Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları proqnozu cüzi üstələyib
Cəmiyyət 22 Aprel 2026, 12:31
335
Bu ilin I rübündə Azərbaycanda neft-qaz sektorundan dövlət büdcəsinə daxilolmalar ümumi daxilolmaların 42,3 %-ni təşkil etməklə 4 milyard 64,9 milyon manat olub ki, bu da proqnozla müqayisədə 12,4 milyon manat və yaxud 0,3 % çoxdur.
CityPost.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, yanvar-mart aylarında büdcə gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 21 %-ni və yaxud 854,9 milyon manatı vergi daxilolmaları, 79 %-ni və yaxud 3 milyard 210 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edib.
Həmçinin oxuyun
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 48,8 %-i və yaxud 417,4 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər və digər ödənişlər, 37,4 %-i və yaxud 319,5 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergisi, 13,8 %-i və yaxud 118 milyon manatı Azəri-Çıraq-Günəşli yatağı üzrə mənfəət vergisi olub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Palata Mədəniyyət Nazirliyində nöqsanlar aşkarladı
Hesablama Palatası Mədəniyyət Nazirliyi və onun tabeliyində olan “Əsaslı Tikinti və Təchizat” MMC-də dövlət satınalmaları üzrə audit aparıb.Citypost.az xəbər verir ki, audit 2023–2025-ci illəri əhatə edib. Bu dövrdə ümumilikdə 387 satınalma keçirilib, 99,9 mln. manatlıq müqavilə bağlanılıb və bunun 64,8%-i icra olunub.Audit nəticəsində satınalma prosesində nəzarət və hesabatlılıq sahəsində nöqsanlar, həmçinin əvvəlki illərlə müqayisədə təkrarlanan uyğunsuzluqlar müəyyən edilib.Hesabatda qeyd olunur ki, bəzi hallarda müqavilələr gec bağlanıb, vəsaitlər satınalma proseduru keçirilmədən istifadə olunub. Eyni zamanda bazar qiymətləri araşdırılmadığı üçün mallar və xidmətlər daha baha qiymətlərlə alınıb.Bundan əlavə, bəzi hallarda aşağı qiymət təklif edən şirkətlərlə zəruri araşdırmalar aparılmadan müqavilə bağlanıb, nəticədə öhdəliklərin...
22 Aprel 2026, 13:55
Zahid Oruc: "Prezident torpaqlarımızın azadlığında olduğu kimi, inşaat ordusunun da Ali Baş Komandanıdır”
Hesablama Palatasının 2025-ci il üzrə Fəaliyyət Hesabatı yüksək peşəkarlıqla hazırlanıb və dövlət maliyyə idarəetməsinin əsas istiqamətlərinin təhlilini əhatə edən mühüm sənəddir. Ali maliyyə nəzarəti orqanı olan Palatanın fəaliyyəti yalnız dövlət büdcə vəsaitlərinin deyil, həmçinin icmal və qeyri-büdcə fondları ilə işləyən qurumların vəsaitlərdən səmərəli, qənaətli və məqsədyönlü istifadəsinin təkmilləşdirilməsinə xidmət edir.CityPost.az xəbər verir ki,bu sözləri millət vəkili Zahid Oruc bildirib.Hesabata əsasən, ötən il ümumilikdə 6,7 milyard manat həcmində dövlət vəsaiti audit qiymətləndirilməsindən keçirilib. Göründüyü kimi, illik büdcənin altıda biri-lakin daha strateji sahələr əhatə olunub. Audit nəticəsində müəyyən edilən 584,8 milyon manat uyğunluq pozuntusu, 626,3 milyon manat maliyyə təhrifləri və 342,9 milyon...
22 Aprel 2026, 12:50
Sabah 25 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında aprelin 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Məlumata görə, gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı...
22 Aprel 2026, 12:39
Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib
Azərbaycan və Latviya prezidentləri İlham Əliyev və Edqars Rinkeviçs arasında geniş tərkibdə görüş keçirilib."Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
22 Aprel 2026, 12:35
Cəbrayılda “Şəfəq” layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb
Cəbrayıl rayonunda yerləşən “Şəfəq” günəş layihəsi sahəsində günəş panellərinin quraşdırılmasına başlanılıb.BP-dən Citypost.az-a verilən məlumata görə, ilk günəş panelinin bu ayın əvvəlində quraşdırılması ilə layihə üzrə tikinti işləri plana uyğun irəliləməkdə davam edir.Məlumata görə, “Şəfəq” günəş enerjisi layihəsinin tikinti işləri ötən il yekun investisiya qərarının qəbul edildiyi vaxtdan əhəmiyyətli dərəcədə irəliləyib. Fotovoltaik modullar, payalar və struktur komponentləri daxil olmaqla əsas avadanlıqların təchizatı və çatdırılması uğurla tamamlanıb. Payaların və izləyici sistemlərin quraşdırılması üzrə işlərdə də ciddi irəliləyiş əldə olunub və bu avadanlıqların təxminən 30%-i artıq quraşdırılıb.Tikinti işlərinin 2027-ci ildə başa çatması planlaşdırılır. Cəbrayılda inşa edilən bu 240 MVt gücündə stansiyanın ildə təxminən...
22 Aprel 2026, 12:25
YAP MSK üzvlüyünə namizədlərini parlamentə təqdim edib
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilmək üçün namizədlərinin siyahısını Milli Məclisə təqdim edib.Citypost.az xəbər verir ki, bununla bağlı YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib.YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun təqdimatına əsasən, Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afət oğlu, İbrahimov Ramiz Hilal oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Məmmədov Elmar Eldar oğlu və Abdullayeva Sevinc Qurban qızının Mərkəzi Seçki Komissiyasının əsas, Mustafayeva Elnarə Eyyub qızının isə əvəzedici üzvü seçilməsi üçün Milli Məclisə təqdimat verilməsi barədə qərar qəbul edilib....
22 Aprel 2026, 12:05