Palata Mədəniyyət Nazirliyində nöqsanlar aşkarladı
Cəmiyyət 22 Aprel 2026, 13:55
343
Hesablama Palatası Mədəniyyət Nazirliyi və onun tabeliyində olan “Əsaslı Tikinti və Təchizat” MMC-də dövlət satınalmaları üzrə audit aparıb.
Citypost.az xəbər verir ki, audit 2023–2025-ci illəri əhatə edib. Bu dövrdə ümumilikdə 387 satınalma keçirilib, 99,9 mln. manatlıq müqavilə bağlanılıb və bunun 64,8%-i icra olunub.
Audit nəticəsində satınalma prosesində nəzarət və hesabatlılıq sahəsində nöqsanlar, həmçinin əvvəlki illərlə müqayisədə təkrarlanan uyğunsuzluqlar müəyyən edilib.
Hesabatda qeyd olunur ki, bəzi hallarda müqavilələr gec bağlanıb, vəsaitlər satınalma proseduru keçirilmədən istifadə olunub. Eyni zamanda bazar qiymətləri araşdırılmadığı üçün mallar və xidmətlər daha baha qiymətlərlə alınıb.
Bundan əlavə, bəzi hallarda aşağı qiymət təklif edən şirkətlərlə zəruri araşdırmalar aparılmadan müqavilə bağlanıb, nəticədə öhdəliklərin tam və vaxtında icra olunmaması halları qeydə alınıb.
Həmçinin oxuyun
Audit göstərib ki, bəzi satınalmalar üzrə müqavilələr 30%-ə qədər baha bağlanıb, tətbiq edilməli olan 100 min manatdan çox cərimə tətbiq olunmayıb.
Eyni zamanda, sərgilərin təşkili ilə bağlı 207,3 min manat vəsait maliyyə sənədlərində əks etdirilməyib, tədbirlərin keçirilməsi zamanı isə 651 min manata yaxın artıq büdcə vəsaiti xərclənib.
Qeyd edilib ki, bəzi hallarda qanunvericilikdə nəzərdə tutulmayan təlim xidmətləri alınıb, təlimçilərin 60%-i isə müəyyən edilmiş tələblərə cavab verməyib.
Audit nəticəsində ümumilikdə 1,131 mln. manat vəsaitin bərpası nəzərdə tutulub. Hesablama Palatası aşkar olunmuş nöqsanların aradan qaldırılması və dövlət satınalmalarında nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq qərarlar qəbul edib.(APA)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
TƏBİB-də yarpaq tökümü - Növbə Şahin Qurbanova çatır
İmişli rayon Mərkəzi Xəstəxanasının direktoru Şahin Qurbanovun yarıtmaz fəaliyyətinə dair yerli mətbuatda zaman-zaman xəbərlər yer almaqdadır. TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilən kimi bir vaxtlar “ağsaqqalım” dediyi, onu vəzifəyə gətirən adamı Şahin Qurbanov “əyyaş”, “içki düşkünü” adlandırdı. Ona içki məclisləri təşkil etdiyi halda “indiyədək onunla bir stəkan çay da içməmişəm” deyərək dostluq münasibətlərini inkar etdi.Anar Bayramov TƏBİB-ə yeni icraçı direktor təyin edilən kimi Şahin Qurbanov utanmadan onunla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində bir yerdə çalışdığını əsas gətirib “Anar müəllim öz adamımızdır” ifadəsini işlətdi. Böyük filosof Diogen yazırdı ki,kiçik yerlərə...
22 Aprel 2026, 15:27
Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsindən azad edilib
Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova vəzifəsindən azad edilib.APA-nın əldə etdiyi məlumata görə, onun yerinə müavini Kamil Hacıyev təyin olunub.Qeyd edək ki, son günlər bir neçə xəstəxananın baş həkimlərinin dəyişməsi barədə məlumat yayılıb."Yeni Klinika"nın baş direktoru Barat Yusifov və Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov vəzifələrindən azad edilmələri barədə xəbəri oxu.az və bakupost.az saytlarına təsdiqləyiblər.Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov, Respublika Uroloji Mərkəzin direktoru Pərviz Hacıyev və Abşeron Mərkəzi rayon Xəstəxanasının direktoru Səkinə Sadıxovanın da vəzifələrindən azad edilməsi barədə məlumatlar yayılıb.Məsələ ilə bağlı TƏBİB-ə yönləndirilən çoxsaylı sorğular isə cavabsız qalıb....
22 Aprel 2026, 15:03
Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib
Latviya Prezidentinin şərəfinə rəsmi lanç verilib.Citypost.az xəbər verir ki, aprelin 22-də Prezident İlham Əliyevin adından Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verilib.
22 Aprel 2026, 14:59
İmişli rayon prokurorluğunda "Açıq Qapı" günü təşkil olunub
İmişli rayon prokurorluğunda aprelin 22-də "Açıq Qapı" günü təşkil olunub."Report"un Muğan bürosu xəbər verir ki, tədbirdə media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də ictimai fəallar iştirak ediblər."Açıq Qapı" gününün əsas məqsədi vətəndaşların prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanış olmalarını təmin etmək, hüquqi maarifləndirmə işini genişləndirmək və prokurorluq orqanlarının şəffaflıq prinsiplərinə əsaslanan fəaliyyətini ictimaiyyətə təqdim etmək olub.Tədbiri giriş sözü ilə açan İmişli rayon prokuroru Valeh Səmədov çıxış edərək bu cür görüşlərin hüquqi biliklərin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, prokurorluq orqanlarının fəaliyyətində vətəndaş hüquq və azadlıqlarının qorunmasının, şəffaflığın təmin olunmasının və ictimaiyyətlə açıq dialoqun əsas prioritet istiqamətlərdən olduğunu vurğulayıb.Rayon...
22 Aprel 2026, 14:45
FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.FHN-in mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli, Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Hüsniyyə Babayeva, Baş idarənin əməkdaşları və kursantlar iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev çıxışında bu cür tədbirlərin kursantların hərtərəfli hazırlığında mühüm rol oynadığını qeyd edib. O, bildirib ki, müasir dövrdə fövqəladə hallara...
22 Aprel 2026, 14:33
Anar Quliyev səfir Lu Mey arasında görüş oldu
Azərbaycan və Çin arasında dayanıqlı şəhərsalma üzrə əməkdaşlıq müzakirə olunub.Bu barədə Citypost.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.Məlumata əsasən, bununla bağlı müzakirələr Komitənin sədri Anar Quliyev ilə Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşdə aparılıb.Görüşdə Azərbaycan və Çin arasındakı mövcud strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb, müxtəlif istiqamətlərdə, xüsusilə şəhərsalma və infrastruktur layihələri sahəsində əməkdaşlığın perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb.Müzakirələrin əsas mövzularından biri Bakı şəhərinin ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) olub.Anar Quliyev qeyd edib ki, WUF13 dayanıqlı şəhər inkişafının gələcəyini formalaşdıran ən mühüm qlobal platformalardan biridir. Bu mənada Çin tərəfinin Forumda...
22 Aprel 2026, 14:30