Ağstafa xəstəxanasının Təcili tibbi yardım şöbəsi təmirdən sonra istifadəyə verilib
Cəmiyyət 06 May 2026, 12:40
271
Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsi əsaslı təmir olunaraq yenidən istifadəyə verilib.
Bu barədə Citypost.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, açılış mərasimində TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Ağstafa Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyad Yusifov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Müşfiq Hüseynov, xəstəxana əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.
Təcili tibbi yardım şöbəsinin fəaliyyəti barədə məlumat verən Ağstafa Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyad Yusifov deyib ki, əsaslı təmir işlərinə 2025-ci ilin avqust ayında başlanılıb və şöbə strukturunun təkmilləşdirilməsinə, müasir tələblərə uyğunlaşdırılmasına çalışılıb.
Həmçinin oxuyun
Təmir zamanı xəstələrin vəziyyətlərinin ağırlıq dərəcələrinə görə çeşidlənməsi üçün triaj (tibbi çeşidləmə) sahəsi yaradılıb. Sürətli, effektiv və keyfiyyətli tibbi yardımın göstərilməsinin təmin edilməsi üçün qırmızı, sarı və yaşıl sahələr ayrılıb.
Bunlardan əlavə, pediatrik yardım, kiçik cərrahi əməliyyat və müdaxilə, o cümlədən təcili doğum otaqları yaradılıb.
Təmir zamanı şöbəyə mərkəzləşdirilmiş oksigen sistemi quraşdırılıb və binadan kənarda stansiya yaradılıb. Eyni zamanda şöbənin elektrik və istilik sistemləri də yenidən qurulub. Şöbə yeni tibbi avadanlıqlarla təchiz edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zakir İbrahimov Esvatini səfiri ilə görüşdü
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Esvatini Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sibusisive Mnqomezulu ilə görüş keçirib."AzerGold"dan Citypost.az-a verilən məlumata görə, görüş zamanı tərəflər iqtisadi əməkdaşlıq imkanlarını müzakirə ediblər. Zakir İbrahimov bildirib ki, Azərbaycan geniş və güclü beynəlxalq əlaqələrə malikdir və bu gün dünyanın bir çox aparıcı güc mərkəzləri ilə strateji tərəfdaşlıq müqavilələri imzalayan azsaylı dövlətlərdən biridir. Uzun illər boyu zəngin neft və qaz ehtiyatları ilə tanınan ölkəmiz daxili enerji tələbatını tam şəkildə təmin edir və eyni zamanda enerji sahəsində ixrac potensialını davamlı olaraq gücləndirir. Bu isə ölkənin təkcə regional deyil, həm də tədricən qlobal miqyasda aparıcı güclərdən...
06 May 2026, 12:29
Sabahın hava proqnozu açıqlanıb
Mayın 7-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75% olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 10-14° isti, gündüz...
06 May 2026, 12:21
Ötən gün tapılan körpənin taleyi ilə bağlı rəsmi açıqlama verildi
"Abşeron rayonu ərazisində tapılan və valideynləri tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar".Citypost.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.Qeyd olunub ki, hazırda Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən körpənin mövcud vəziyyəti nəzərə alınaraq qanunvericiliyə uyğun addımlar atılır."Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşağın mənafeyinə uyğun olaraq onun müvafiq qayğı ilə əhatə edilməsi üçün tədbirlər görüləcək", - deyə məlumatda bildirilib.Xatırladaq ki, ötən gün "Azərbaycan Uşaqları" birliyinin sədri Kəmalə Ağazadə Goradil qəbiristanlığının Fatimeyi Zəhra Məscidinin yanında atılmış uşağın valideynlərinin tapılması və uşağın...
06 May 2026, 12:03
Bəzi yerlərə intensiv yağış yağır
Azərbaycanın bəzi yerlərində arabir şimşək çaxır, yağış, Şahdağa isə qar yağır, ayrı-ayrı yerlərdə yağıntı intensiv xarakterlidir.Citypost.az-a xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 6-sı saat 11:00-a olan məlumatında qeyd edilib.Səhər saatlarından Bakıda və Abşeron yarımadasında da yağış yağması müşahidə olunur.Respublikanın rayonlarına düşən yağıntının miqdarı Lerikdə 8, Zaqatalada 6, Qax, Tovuzda 4, Sədərək, Gədəbəy, Ağstafa, Ceyrançöldə 3, Lənkəran, Astara, Yardımlı, Altıağac, Şəki, Balakəndə 2, Quba, Daşkəsən, Şahdağ, Şamaxı, Qobustan, Qusar, Xaçmaz, İmişli, Xaltan, Şabran, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Şahbuz, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Ordubadda 1 mm-dək qeydə alınır.Neft daşları, Balakən, Daşkəsən, Altıağac, Qusar, Göygöl, Şəki, Şamaxı,...
06 May 2026, 11:55
Milli Onkologiya Mərkəzi həkimi ilə vidalaşır
Xəbər verdiyimiz kimi, Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirli vəfat edib.Oxu24.com xəbər verir ki, Milli Onkologiya Mərkəzində həkimin xatirəsinə guşə yaradılıb.Onun bu gün dəfn olunacağı qeyd olunub.Qeyd edək ki, aprelin 30-da onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Əliyev Mübariz Sahib oğlu qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni qeyd olunan müalicə müəssisəsinin Radiologiya şöbəsində partladıb. Baş vermiş partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, həkim-radioloq Asif Nəsirli isə ağır yaralanmışdı.Faktla bağlı cinayət işi açılıb....
06 May 2026, 11:45
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Citypost.az xəbər verir ki, söhbət zamanı dövlət başçısının Məhəmməd Əl-Casirlə görüşləri məmnunluqla xatırlandı, onun ölkəmizə səfərlərinin tərəfdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirildi.Azərbaycanla İslam İnkişaf Bankı arasında uzun illərdir səmərəli əməkdaşlığın qurulduğu vurğulandı.Bankın Azərbaycanda iqtisadiyyatın müxtəlif istiqamətlərində, həmçinin enerji, o cümlədən yaşıl enerji, kənd təsərrüfatı, su və irriqasiya sistemləri, infrastruktur və sosial sahələrdə bir sıra layihələr həyata keçirdiyi qeyd edildi. Bu xüsusda vurğulandı ki, 20-yə yaxın dövlət və özəl layihənin icrası üçün bank tərəfindən 1,2 milyard ABŞ dollarından çox vəsait ayrılıb.Görüşdə bankın bu...
06 May 2026, 11:07