Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
Cəmiyyət 05 İyun 2026, 11:24
388
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb.
Citypost.az xəbər verir ki, iclasın gündəliyinə 8 qanun layihəsi daxil edilib.
İclasa parlamentin spikeri Sahibə Qafarova sədrlik edir.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
Qeyd edək ki, Sahibə Qafarova iyunun 1-dən qanunverici orqanın növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiya 82 deputatın tələbi ilə Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən çağırılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar "ASAN xidmət" avtobusu Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərir.Citypost.az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyində təşkil olunan xidmət çərçivəsində Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, habelə məhkumluq barədə arayışların verilməsi üzrə xidmətlər göstərilir.Hazırda səfirliyin inzibati binasında vətəndaşların qəbulu davam edir.Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar öncədən Elektron Növbə Portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.Qəbul üçün növbə aşağıdakı ünvandan əldə edilə bilər:appointment.mfa.gov.az/azPortalda səfirlik seçildikdən sonra müvafiq xidmət və müraciət tarixi (5, 6 və ya 7 iyun) qeyd edilməlidir....
05 İyun 2026, 12:33
Azərbaycan Mərkəzi Bankı və Macarıstan Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Bakıda keçirilən “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın ikinci toplantısı çərçivəsində Azərbaycan Mərkəzi Bankı ilə Macarıstan Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.Bu barədə Citypost.az-a AMB-dən bildirilib.Məlumata görə, Memorandum iki qurum arasında əməkdaşlığın institusional və hüquqi əsaslarının möhkəmləndirilməsinə, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə, həmçinin mərkəzi bankçılıq sahəsində qabaqcıl təcrübə və bilik mübadiləsinin təşviqinə xidmət edəcək.Memorandum çərçivəsində monetar siyasət, bank nəzarəti, kapital bazarları, sığorta sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları və digər qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi təmin ediləcəkdir. Bu məqsədlə görüşlərin, seminarların, təcrübə mübadilələrinin, təlim proqramlarının və işgüzar səfərlərin təşkili nəzərdə tutulur.Memorandum həm mərkəzi...
05 İyun 2026, 12:22
Yasamal Rayon Prokurorluğunda "Açıq Qapı" günü keçirilib
Yasamal Rayon Prokurorluğunun inzibati binasında media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəalların iştirakı ilə "Açıq qapı" günü təşkil olunub.Citypost.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd prokurorluq orqanlarının fəaliyyəti barədə ictimaiyyətin məlumatlılığının artırılması, vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, habelə hüquqi maarifləndirmə işinin gücləndirilməsi olub.Tədbirdə çıxış edən Yasamal rayon prokuroru Elman Süleymanov qeyd edib ki, belə görüşlər dövlət qurumları ilə ictimaiyyət arasında açıq dialoqun inkişafına, vətəndaşların hüquqi biliklərinin artırılmasına və prokurorluq orqanlarına ictimai etimadın daha da möhkəmlənməsinə xidmət edir.O, rayon prokurorluğunun fəaliyyət istiqamətləri, cinayətkarlığa qarşı mübarizə sahəsində görülən işlər, vətəndaş müraciətlərinə baxılması mexanizmləri və qanunun aliliyinin təmin olunması istiqamətində...
05 İyun 2026, 11:58
Bəzi dağlıq rayonlarda şimşək çaxacaq
İyunun 5-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 4-ü gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Düşən yağıntının miqdarı Gədəbəydə 7, Şərurda 4, Daşkəsəndə 2, Ordubad, Şahbuz, Sədərək, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qrız, Beyləqan, Biləsuvar, Cəlilabad, Yardımlı, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək olub.İyunun 4-də saat 14:28-14:30 radələrində Gədəbəy rayonuna diametri 7 mm, rayonun Düzyurd və Talakənd kəndlərinə, saat 14:40 radələrində Daşkəsən rayonunun Alaxançallı, Qaratağlar, Qaraqullar, Muşavaq, Zinzahal, Zivlan, Suqovuşan kəndlərinə də dolu düşüb....
05 İyun 2026, 11:38
İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev Azərbaycanın ev sahiblik etdiyi Ümumdünya Ətraf Mühit Gününün (WED) iştirakçılarına müraciət ünvanlayıb.Citypost.az xəbər verir ki, mətni Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev oxuyub.
05 İyun 2026, 11:25
Azərbaycan Danimarkanı milli bayram münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Danimarkanı milli bayramı münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bununla bağlı nazirliyin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib."Danimarka Krallığının Milli Günü münasibətilə ölkə hökuməti və xalqını səmimi qəlbdən təbrik edirik", - paylaşımda qeyd olunub.
05 İyun 2026, 11:15