Zaur Şükürov: Qubadlının dirçəlişi milli həmrəyliyimizin təntənəsidir
Siyasət 24 Oktyabr 2026, 10:01
735
Əsrlər boyunca xalqımızın dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərinin və zəngin mədəniyyətinin inkişafına mühüm töhfələr vermiş bu rayonun müasir tarixi qəhrəmanlıq və mübarizə, eləcə də sarsılmaz iradə, milli həmrəylik və yenidən dirçəliş salnaməsidir.XX əsrin əvvəllərində cərəyan edən mürəkkəb hərbi-siyasi hadisələr Azərbaycanın tarixi torpaqlarının taleyinə əhəmiyyətli dərəcədə təsir etmişdir. Sonrakı illərdə Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və həyata keçirdiyi işğalçılıq siyasəti ölkəmizin bir sıra əraziləri ilə yanaşı, Qubadlı rayonunun da tarixində dərin izlər qoymuşdur.
Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Citypost.az-a açılmasında bildirib.
Millət vəkili xatırladıb ki, 1988-ci ildən etibarən Ermənistanla 120 kilometr, keçmiş Dağlıq Qarabağla isə 45 kilometr sərhədi olan Qubadlı rayonu hər iki istiqamətdən hücumlara məruz qalmış, dinc əhaliyə qarşı terror və zorakılıq halları sistemli xarakter almışdır. 1993-cü il avqustun 31-də rayon Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə işğal edilmişdir. İşğal nəticəsində 29 997 nəfər doğma yurdunu tərk edərək, Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. Rayonun 94 yaşayış məntəqəsi, minlərlə fərdi yaşayış evi, inzibati və sosial obyektləri, mədəniyyət abidələri, məscidləri, körpüləri və infrastrukturu dağıdılmış, Qubadlının iqtisadi və sosial həyatı ağır zərbə almışdır.
Zaur Şükürovun sözlərinə görə, Qubadlının işğal dövründə üzləşdiyi problemlərdən biri də ərazidə qanunsuz məskunlaşdırma siyasətinin həyata keçirilməsi idi. Xaricdən gətirilmiş ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirilməsi beynəlxalq humanitar hüququn prinsiplərinə zidd idi. İşğalçı dövlətin öz mülki əhalisinin işğal olunmuş əraziyə köçürülməsi 1949-cu il tarixli Cenevrə Konvensiyasının IV Konvensiyasının 49-cu maddəsi ilə qadağan olunur. Xaricdə yaşayan ermənilərin vəsaiti hesabına Qubadlının Xanlıq kəndində yeni yaşayış məntəqəsinin salınması da məhz həmin dövrdə həyata keçirilən qanunsuz məskunlaşdırma siyasətinin göstəricisi idi.Qubadlının azadlığına qovuşması Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan 44 günlük Vətən müharibəsinin mühüm mərhələlərindən biri olmuşdur. 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları zamanı Azərbaycan Ordusu böyük əzmkarlıq, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirmişdir. Oktyabrın sonlarına doğru Qubadlı istiqamətində aparılan hərbi əməliyyatlar xüsusilə mürəkkəb xarakter almışdı. Düşmən şəhərdə və ətraf ərazilərdə möhkəm müdafiə mövqeləri qurmuş, strateji yüksəkliklərdə hərbi qüvvələr yerləşdirmişdi. Bu səbəbdən şəhərin azad edilməsi üçün ilk növbədə yüksəkliklərin və ətraf yaşayış məntəqələrinin nəzarətə götürülməsi vacib idi.
Həmçinin oxuyun
Deputat qeyd edib ki, Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin müdafiə mövqeləri bir-bir sıradan çıxarıldı, strateji əhəmiyyət daşıyan yüksəkliklər və ətraf kəndlər azad edildi. Xanlıq, Padar və Sarıyataq istiqamətlərində əldə olunan hərbi uğurlar Qubadlı şəhərinə doğru irəliləyiş üçün əlverişli şərait yaratdı. 2020-ci il oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini işğaldan azad etdi. Noyabrın 9-dək davam edən əməliyyatlar nəticəsində şəhərlə yanaşı, rayonun ümumilikdə 41 kəndi də azadlığına qovuşdu.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri uğurla davam etdirilir, doğma yurdlara qayıdış prosesi mərhələli şəkildə həyata keçirilir. Proqramın növbəti mərhələsində yenidən qurulan Qubadlı rayonunun Zilanlı kəndinə 134 ailənin, Mahruzlu kəndinə isə 93 ailənin köçürülməsi planlaşdırılır ki, bu da doğma torpaqlarda həyatın yenidən canlanmasına və bölgənin dayanıqlı inkişafına mühüm töhfə verəcək.
Z. Şükürov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı və xalqımızın həmrəyliyi nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması tariximizin ən əlamətdar hadisələrindən birinə çevrilmişdir. Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ildə reallaşdırılan lokal xarakterli antiterror əməliyyatları Azərbaycanın dövlətçilik qüdrətini, milli əzmini və qətiyyətini bir daha bütün dünyaya göstərmişdir. Əminik ki, məhz bu uzaqgörən və müstəqil siyasət sayəsində Azərbaycanın beynəlxalq nüfuzu bundan sonra da yüksələcək, regionumuzda davamlı sülhün və tərəqqinin bərqərar olmasına nail olacağıq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zahid Oruc: İrəvanın təhlükəsizliyi Bakının qərarlarından asılıdır
Azərbaycan sülhü də müharibə kimi qazanacaq, Şuşa kimi..İrəvanın təhlükəsizliyi üçüncü paytaxtlarda müəyyənləşmir, məhz Bakının qərarı ilə təsdiqlənir.Azərbaycanla Ermənistan arasında hazırki münasibətləri xarakterizə edərkən, Xankəndi Zəfərindən sonra lokal və genişmiqyaslı toqquşmaların olmaması xüsusi vurğulanır. Lakin sülhün institusional əsasları, xalqlararası düşmənçiliyin azaldılması üçün davamlı tədbirlərin həyata keçirilmirsə,regional təhlükəsizlik arxitektutasının yaradılmadığı şəraitdə şərti sərhədlər növbəti toqquşmlara və yeni təmas xəttinə çevrilə bilər. Paradoks ondadır ki, sülhün siyasi və diplomatik əsasları yaradıldığı halda, onun hüquqi təsbitinə aparan proses hələ də başa çatmayıb. 8 avqust 2925-ci il tarixi yol ayrıcı, Azərbaycanın parlaq Qələbəsinin bir nömrəli siyasi paytaxtda tanınması və Ağ Evdə əldə edilən razılaşmaların mahiyyətini...
24 Oktyabr 2026, 10:42
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovu qəbul edib.Citypost.az xəbər verir ki, görüş barədə partiyanın "X" sosial media hesabında video paylaşılıb.
23 Oktyabr 2026, 20:58
Ədalət Verdiyev Nəsrullahın öldürülməsini əks etdirən videonu şərh edib
Hərbi ekspert Ədalət Verdiyev İsrailin Baş naziri Benyamin Netanyahunun süni intellekt vasitəsilə hazırlanmış Həsən Nəsrullahın öldürülməsini əks etdirən videonu yayımlaması ilə bağlı fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, Ədalət Verdiyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Hərbi ekspertin sözlərinə görə, Netanyahu seçki kampaniyası çərçivəsində İran, SEPAH, HƏMAS və Hizbullahla bağlı bu cür çoxsaylı materiallar paylaşa bilər. O, yayımlanan videoların təkzib edilməsinin mümkün olmayacağını iddia edib.Ədalət Verdiyev paylaşımında yazıb:“Netanyahu süni intellekt vasitəsilə hazırlanmış Həsən Nəsrullahın öldürülməsi videosunu yayımlayıb. Video baş verənləri tam həcmdə əks etdirir.Seçki kampaniyası ilə bağlı Netanyahu İran, SEPAH, HƏMAS və Hizbullah ilə əlaqədar onlarla belə material paylaşa bilər.Kimsə də...
23 Oktyabr 2026, 08:43
ABŞ İrana yeni zərbə endirməyə hazırlaşır? – Ədalət Verdiyev AÇIQLADI
Hərbi ekspert Ədalət Verdiyev ABŞ-ın İrana qarşı yeni hərbi əməliyyata başlaya biləcəyi ilə bağlı fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, hərbi ekspert bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Ədalət Verdiyevin sözlərinə görə, Pentaqon yeni əməliyyata başlamaq üçün ABŞ Prezidenti Donald Trampdan icazə gözləyir və paralel olaraq qoşunları İran sərhədinə yaxınlaşdırır.Ekspert həftənin sonuna qədər İrana növbəti zərbənin endirilməsi ehtimalının böyük olduğunu bildirib.Turan
23 Oktyabr 2026, 08:27
Alqış Musayev: “Səfirliyimiz qarşısında aksiya keçirənlər Türkiyənin və Türkün düşmənidir!”
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev Ankaradakı Azərbaycan səfirliyinin qarşısında aksiya keçirənlərə və aksiya keçirmək istəyənlərə münasibət bildirib.Citypost.az xəbər verir ki, Alqış Musayev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O, paylaşımında Ankaradakı səfirliyimizin qarşısında aksiya keçirənləri və aksiya keçirmək istəyənləri Türkiyənin və türk xalqının düşməni adlandırıb.“Ankaradakı səfirliyimiz qarşısında aksiya keçirənlər və keçirmək istəyənlər Türkiyənin və Türkün düşmənidir!” – deyə Alqış Musayev yazıb.Turan...
23 Oktyabr 2026, 08:15
Məhəmməd Əsədullazadə: “Ölkəmizə qarşı ideoloji təsirlər müxtəlif formalarda həyata keçirilir”
Ölkəmizə qarşı ideoloji təsirlər müxtəlif istiqamətlər üzrə həyata keçirilir. Bu təsirlər dini və məzhəbsəl amillərlə yanaşı, təhsil və dil sahələrində də özünü göstərir.Citypost.az xəbər verir ki, bunu politoloq, Müasir Müsavat Partiyası (MCP) sədrinin müavini Məhəmməd Əsədullazadə sosial şəbəkə hesabında yazıb.Politoloq ölkəmizə qarşı yönələn ideoloji təsirlərin müxtəlif formalarda təzahür etdiyini vurğulayıb.“Ölkəmizə qarşı ideoloji təsirlər müxtəlif formalarda həyata keçirilir. Bu təsirlər həm dini və məzhəbsəl, həm də təhsil və dil baxımından özünü göstərir”, – deyə Məhəmməd Əsədullazadə qeyd edib....
23 Oktyabr 2026, 08:02