Bizə yazın

Baku

-°C

USD

-

Xalq şairi Məmməd Rahimin anım günüdür

Cəmiyyət 03 Sentyabr 2026, 12:37

3752

Müşfiqin cəzalanmasını tələb edən Xalq şairi 

Bu gün Xalq şairi Məmməd Rahimin anım günüdür.

Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Məmməd Rahim (Hüseynov Məmməd Abbas oğlu) 1907-ci il aprelin 20-də Bakıda anadan olub. Şairin atası Abbas kişi kiçik sahibkar olub, ailəsini yaxşı dolandırıb. Elə buna görə də Məmməd Rahim yaşıdlarının çoxuna görə yaxşı təhsil almışdı. O, əvvəlcə rus-tatar məktəbində, sonra isə sovet məktəbində oxuyaraq orta təhsilini tamamlamışdı. 1917-ci ildə onun on yaşı olanda atası dünyasını dəyişir. Məmməd atasından sonra böyük qardaşının himayəsində yaşayır.

1946-cı ildən sonra dövlət işindən uzaqlaşmış və ancaq bədii yaradıcılıqla məşğul olub. Şair əsasən Yazıçılar İttifaqının poeziya bölməsinin rəhbəri kimi çalışıb.

Məmməd Rahimi həmkarları əsasən istedadsız bir şair hesab edib. Lakin onun məşhur “Saldı qara gözlərin neçə aşiqi bəndə” şeiri dövrünün ən yaxşı şeirlərinin siyahısındadır.

Məmməd Rahim repressiya dövründə yaşayan yeganə şairdir ki, onun haqqında müsbət heç bir xatirə yoxdur. O, əsasən tanınmış yazıçılar haqqında gizli və açıq donoslar yazan qələm adamı kimi xarakterizə olunur. Bu donosların bir çoxu həmin dövrün mətbuatında qalmaqdadır.

Rahimin ən yaxşı əsəri olan “Leninqrad göylərində” poeması Sovet İttifaqı Qəhrəmanı Hüseynbala Əliyevin obrazını yaradılıb. Əfsanəvi təyyarəçinin döyüş yolunu əhatəli şəkildə təsvir edən bu əsər qəhrəmanın ölümü ilə bitir. Şair bu faciəni hüzn, ağrı dolu sətirlərlə təsvir edir.

Şairin bacısı Xeyransa Hüseynova xatirələrində deyir: “Məmməd Rahimdən savayı mənim beş qardaşım vardı. Ancaq evimizin əziz-xələf oğlu məhz Rahim idi. Onu çox sevirdik. Babamın adını daşıyırdı. Rahim özü nə qədər desən xeyirxah idi. Bacıların arasında məni çox istərdi, mən də onu çox sevər, başına pərvanə kimi dolanardım. Rayondan gələn bir çox şair, yazıçı bizim evdə qalardılar. Yazıçı Əbülhəsən ailəsi ilə evi olmadığına görə bizim həyətimizdəki evdə qalırdı. “Dünya qopur” romanını Əbülhəsən məhz bu evdə yazıb. Şair Süleyman Rüstəm həmişə bizə gələndə Əbülhəsənə sataşardı ki, ay Əbülhəsən, dünya nə zaman qopacaq? Romanı nə vaxt bitirəcəksən?.. Gəncədən Mikayıl Rəfili də öz ailəsi ilə bizim evə pənah gətirmişdi. Həyətimizdə bir-iki otağı Rahim onların istifadəsinə vermişdi. Onlar bir müddət özlərinə ev alana kimi orada qaldılar. Mikayıl Müşfiq də tez-tez bizə gələrdi. Rahimlə bir yerdə institutda təhsil alırdılar.”

Lakin, Məmməd Rahim Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Əhməd Cavadın, repressiya olunmasında ciddi rol oynayıb. O, öz çıxışlarında Müşfiq haqqında deyir: “Zahirən Sovet, lakin bütün daxili quruluşu etibarilə qəddar kontrrevolüsioner ruh ilə dolu olan bir sıra əsərləri vardır. İkiüzlü Mikayıl Müşfiq uzun zaman öz-özünü sədaqət nümayəndəsi kimi tanıtdırmağa can atmışdı. Halbuki, gördüyü işin mahiyyəti etibarilə o, fəlakət carçısından başqa bir şey deyil. O, Azərbaycanın döyüşkən əməkçi xalqını aciz, üzü qara vermişdir. Tarix qabağında isə bu xalq heç də üzüqara olmamışdır. O, əsrlərcə döyüşmüş, üsyan etmiş və nəhayət şanlı Aprel revolüsiasını yaradaraq öz həqiqi azadlığını əldə etmişdir. Müşfiq bunu görməyə kordur. Mikayıl Müşfiq maskalanmaq üçün bəzən çox gurultulu məsələdən yapışıb revolüsion temalar arasında gizlənməyə çalışırdı. Xalq səadətinə düşmən olan bu əclaf, "İnqilab” şeirində proletar revolüsiasını yandırıb yaxan lava, bir vulkan stixiyası kimi təsvir edir. Mikayıl Müşfiq kimi satqınlar sinifsiz dünya qurmaq uğrunda mübarizə aparan sovet ədəbiyyatına az əngəl olmamışlar. Artıq onlar ifşa olunmuş, maskaları tamamilə yırtılmışdır. Düşməni amansızcasına ifşa etməkdə prinsipial tənqid hələ çox işlər görməlidir”.

Rahim Əhməd Cavad haqqında Sergey Kirova müraciətində isə deyir: “Neft yurdunda ən erkən yox etməyə başladın imansız müsavatı…” Maraqlıdır ki, “mülayimləşmə” dövrü başlayanda şəhid-şair Əhməd Cavadın şeirlərini ilk dəfə toplayıb kitab halında çap etdirən də Məmməd Rahim olur…

Deyilənə görə, Məmməd Rahim maddi cəhətdən çox imkanlı olduğuna görə adamlara pul verib özünü təriflədərmiş. Eyni zamanda ondan çoxlu pul borc alan həmkarları üzə düşüb Məmməd Rahim haqqında xoş sözlər söyləməyə məcbur olurmuşlar.

Məmməd Rahimin “Azərbaycan” jurnalında “Xəzər sularında” adlı poeması çıxır. Əsəri Qabil də oxuyur. Amma nədənsə Məmməd Rahimlə görüşüb fikrini söyləməkdən qaçır.

Bir gün “Azərnəşr”in foyesində uşaqlar Rahimin başına toplaşırlar. Kişiyə xoş sözlər deyirlər. Birdən hardansa Qabil peyda olur. O, Məmməd Rahimdən yan keçmək istəsə də Məmməd Rahimin gözü onu alır.

- Qabil, niyə yan ötürsən, salam-kalamın hanı?

Qabil diksinir. Bir neçə saniyə yerində qalır. Birdən uşaqları yararaq şairlə üz-üzə dayanır.

- Rahim müəllim, sizə iyirmi min manat borcum var. Maşın alanda mənə əl tutmusunuz, çox sağ olun. Özü də, bu pulu iki-üç ilə, bəlkə də beş ilə ancaq qaytararam. Amma bunların mətləbə dəxli yoxdur. Poemanızı oxumuşam. Xoşuma gəlməyib, çox zəif yazmısınız.

Repressiya illərində Mircəfər Bağırova ədəbi mühitdə baş verənləri çatdıran imzalardan biri də Məmməd Rahim olub. Süleyman Rüstəm söhbətlərinin birində belə nəql edir: O illər qardaş-qardaşa etibar etmirdi. Hətta ata oğulun yanında ehtiyatla danışırdı. Elə bil, otuz yeddinci ildə divar da qulaqlı idi. Lap asqıranda belə Mərkəzi Komitədə eşidirdilər. Bir gün Yazıçılar İttifaqında Səməd Vurğuna dedim ki, ay Səməd, bu xəbərçi kimdir, nə danışırıq gedib Bağırova xəbər verir. Gəl bunu tapaq. Səməd dedi ki, axı necə tapaq? Lap pıçıltı ilə danışırıq, onu da aparıb Bağırova çatdırırlar. Səmədə dedim ki, mən məclisdə türk ədibi Tofiq Fikrətin bir neçə şeirini qəsdən oxuyacağam. Özüm də deyəcəyəm ki, bundan sonra mən türk ləhcəsində, türk şivəsində şeir yazacağam... Başladım türk şeirlərindən birini, əlbəttə, qəsdlə Azərbaycan və türk ləhcələri ilə qarışdırdım. Elə etdim, inansınlar ki, bu şeiri mən yazmışam. Həmin şeiri ilk dəfə Səməd Vurğunun və Məmməd Rahimin yanında oxumuşam.

Axşamı məni Mərkəzi Komitəyə çağırdılar. Dedilər, Mircəfər Bağırov sənin əlindən yaman qəzəblənib. Fikirləşdim ki, yəqin türk dilində şeir "yazdığım" üçündür.

İcazə alıb Bağırovun kabinetinə girdim. O, kabinetdə gəzişə-gəzişə karandaşları oynada-oynada kinayə ilə məni süzdü:

- Dəmirçi oğlu, deyəsən sən də pantürkist olmusan! Türkcə şeirlər yazırsan! Belə getsə, gənclərimizin hamısının beynini korlayacaqsan!

Mən tez zarafata salıb dedim:

- Yoldaş Bağırov, allah eləməsin ki, pantürkist olam. Biz xəbərçi axtarırdıq. Onu da tapdıq. Mən həmin türk şeirini ancaq Səməd Vurğunun, bir də Məmməd Rahimin yanında oxumuşam. Demək, yalançı xəbərçini tapmışıq.

Məmməd Rahim 1977-ci il mayın 6-da Bakıda vəfat edir. Fəxri Xiyabanda dəfn olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İordaniyanın Kərək şəhərində kilsəyə silahlı hücumu pisləyib, ölkənin hökumətinə və xalqına başsağlığı verib.Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.Bildirilib ki, ibadət yerlərinə qarşı zorakılıq və mülki şəxsləri hədəf alan hücumlar pislənilir.Azərbaycan İordaniya ilə həmrəyliyini ifadə edib, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananlara tezliklə şəfa tapmalarını arzulayıb.Qeyd edək ki, İordaniyanın Kərək vilayətində yunan pravoslav kilsəsinə edilən silahlı hücum nəticəsində 7 nəfər ölüb, 40 nəfər yaralanıb.Ölkənin səhiyyə naziri İbrahim Bdurun və hökumət sözçüsü Məhəmməd Momaninin açıqlamalarına görə, hadisə Həmud kəndindəki kilsədə dəfn mərasimi zamanı baş verib.İordaniyanın daxili işlər...

24 Oktyabr 2026, 12:32

Bakıda qətl hadisəsi: Deputatın oğlu ilə bağlı məlumat yayıldı

Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni detalları məlum olub.Oxu. Az-ın əldə etdiyi məlumata görə, hadisənin iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur.A.Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisinin deputatı, Parlamentin İnsan hüquqları komitəsinin sədr müavinidir.A.Əlizadənin iki oğlu var. Onlardan birinin adı Əhməd, digərinin adı Orxandır. Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir. Əhməd isə kriminala meyilli şəxsdir.Əhməd Əlizadə hadisədən sonra polisə könüllü təslim olub. Kriminal aləmdə "Yeraz Əhməd" kimi tanınır....

24 Oktyabr 2026, 12:04

Şahdağ və Kəlbəcərə qar yağıb

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə isə qar yağıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 3 sm-dir.Bakıda və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb.Respublikanın rayonlarında düşən yağıntının miqdarı:Kişçayda (Şəki) 47, Zaqatalada 44, Sarıbaşda (Qax) 17, Ağsuda 7, Xızı, Hacıqabulda 6, Qobustan, Oğuz, Balakən, Şamaxı, Qusar, Xınalıq, Saatlı, Quba, Xaltan, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Göyçay, Sabirabad, Salyan, Astara, Lerik, Şabran, Bərdə, Göyçay, Zərdab, Beyləqan,...

24 Oktyabr 2026, 11:50

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı (BMT) Günü ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, nazirliyin “X” hesabında yayımlanan paylaşımda Azərbaycanın çoxtərəfliliyə, beynəlxalq sülh və təhlükəsizliyə, eləcə də dayanıqlı inkişafa sadiqliyini bir daha təsdiqlədiyi bildirilib.Qeyd olunub ki, Azərbaycan beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dialoqun təşviqinə və hamı üçün daha dinc, ədalətli və təhlükəsiz dünyanın qurulmasına töhfə verməyə davam edəcək.

24 Oktyabr 2026, 11:12

Faktiki hava açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə isə qar yağıb.Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 3 sm-dir.Bakıda və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb.Respublikanın rayonlarında düşən yağıntının miqdarı:Kişçayda (Şəki) 47, Zaqatalada 44, Sarıbaşda (Qax) 17, Ağsuda 7, Xızı, Hacıqabulda 6, Qobustan, Oğuz, Balakən, Şamaxı, Qusar, Xınalıq, Saatlı, Quba, Xaltan, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Göyçay, Sabirabad, Salyan, Astara, Lerik, Şabran, Bərdə, Göyçay, Zərdab, Beyləqan,...

24 Oktyabr 2026, 10:32

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

İlk Royale Kazinosu 2027-ci ilin may ayında Bakıda "Sea Breeze"də açılacaq.Citypost.az xəbər verir ki, bu barədə Vesti.az-a "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov məlumat verib."Royale Kazinosunun tikintisi tam sürətlə davam edir. Kazino 2027-ci ilin may ayında açılacaq", - deyə Ağalarov bildirib.90.000 kvadratmetrlik kazino Xəzər dənizinin Azərbaycan sektorunda, "Sea Breeze" kompleksinin daxilində süni yarımadada tikilir. Bina 35 metr hündürlükdə olacaq. Kazinonun iki mərtəbəsinin hər biri 10 metr hündürlükdə, günbəzin altında isə əlavə 15 metr olacaq.Kazinoda 12 VIP salon və beynəlxalq poker turnirlərinə ev sahibliyi edə biləcək bir əsas salon olacaq. Kazinoya giriş 21 yaşdan böyük şəxslər üçün nəzərdə tutulub.Kazinoda həmçinin konsert...

24 Oktyabr 2026, 09:12