Ən böyük əxlaqsızlıq, Kanta görə, azad iradə sahibi olmamaqdır!
Cəmiyyət 03 Sentyabr 2026, 19:05
4223
Aqşin Yenisey yazır:
Alim və fəlsəfə doktorlarımız dil açdıqca, cahillərimizə şükür etməyə başlamışam. Səbəbini izah etməyə çalışacağam. Dadıma çatan söz və fikir azadlığı aydınlanma çağının insana tanıdığı haqqdır. Aydınlanma kəlməsi bər-bəzəksiz halıyla iradə azadlığını ifadə edir. “Aydınlanma”, “azad iradə” dedikdə yada ilk kim düşür? Kant!
Kant özü aydınlanmış insanı bu cür xarakterizə edirdi: "Aydınlanma, insanın özü-özünü könüllü məhkum etdiyi ərgin, yetkin olmamaqdan qurtulmasıdır. Ərmiş olmamaq, başqasının iradəsi olmadan insanın öz ağlından istifadə etməməsidir. Ağlını az olduğu üçün deyil, başqalarının iradəsinin altında olmadığı üçün istifadə etmək cəsarəti göstərməyən insan özü-özünü ərgin, yetkin olmamağa məhkum edər. Sapere aude! Ağlını öz iradənlə istifadə etmək cəsarətini göstər! Budur aydınlanmanın şüarı”.
Hegelin öz fəlsəfəsini Kantın şöhrətinin kölgəsində yaratdığını elan etməsinə baxmayaraq, Robespyerin Parisdəki özbaşınalıqları və evinə soxulan Napoleon əsgərləri onu məcbur etdi ki, özünün totalitarlığa meyilli fəlsəfəsiylə Kantın “azad iradəsini” bir az boğsun.
Kant nədən insan iradəsinə bu qədər azadlıq tanıyırdı? Çünki yoxsul və dindar bir ailənin övladı olmuşdu. Mənəvi asılılığın daha çox maddi asılılıqdan törədiyini öz evində görmüşdü. Böyüdü Kant oldu və xalqına çıxış yolunu göstərdi: Azad iradə! İradəsi azad olmayan insan, cəmiyyət həmişə mənəvi əsarət altında yaşamağa, başqalarının iradəsindən asılı olmağa məhkumdur.
Həmçinin oxuyun
Bütün sosial-ictimai eybəcərliklərin qaynağı da mənəvi asılılıqlardır. Kant hətta deyirdi ki, iradəsi azad olmayan insan əxlaqlı ola bilməz.
İndi gələk bizə. Daha doğrusu, bizim alim və fəlsəfə doktorları ordusuna. Bizim “hegellər” instinktiv olaraq azad iradəni boğmağa çalışmır, azad olmaq istəyən iradəni boğmağa çalışır. Çünki biz azad iradənin nə və necə olduğunu yaxın iki əsrlik tarixi təcrübəmizdə yaşamamışıq. Bəs niyə azad olmaq istəyən iradəni boğmağa çalışırlar? Çünki özləri də azad iradə sahibi deyillər, olmayıblar.
Bizdə nəsildən-nəsilə ötürülən ictimai-sosial miras budur: Biz azad iradə sahibi olmamışıq, siz də olmayın! Bitdi!
Cəmiyyətimizdəki bütün eybəcərliklərin səbəbi isə məhz azad iradə ilə yönləndirilən ağıl çatışmazlığıdır. Biz əxlaqsızlıq deyən kimi cumuruq bir az açıq-saçıq geyinən və cəmiyyətin aşağı təbəqəsindən gələn qız-gəlinin üstünə. Bununla daha böyük əxlaqsızlıqların üstünü örtürük. Ən böyük əxlaqsızlıq, Kanta görə, azad iradə sahibi olmamaqdır!
Sual yaranır? Əgər biz yenə iki əsrlik əsarət düşüncəsiylə (islama olan mənəvi asılılığımızı bu dəfə qoyuram bir qırağa) yaşayacaqdıqsa, nə üçün bu qədər qan töküb müstəqil dövlət qurduq? Əgər mənim düşüncəm yetmiş il əvvəlki azərbaycanlının düşüncəsindən fərqlənməyəcəkdisə, bu qədər qan nəyin uğrunda axıdıldı? Nə üçün mən öz cəmiyyətimi mənəvi əsarətdə saxlayan dəyərlər sisteminə hücum etməmiliyəm, hələ bir sığal da çəkməliyəm? Kantdan əskik oğlanam?
Alim və fəlsəfə doktorlarımızdan ricam budur, mən və mənim kimi düşünənlərin müzakirəyə açdığı böyük mətləbləri “təkəbbür”, “özündən müştəbehlik”, “böyüyün üzünə ağ olmaq" kimi mental cəfəgiyyat dəstiylə səciyyələndirib cılızlaşdırmayın. Sizin işiniz bura qədər idi, bundan sonrasına qarışmayın. Həzrət Abbas haqqı, bizim sizin nə vəzifənizdə, nə titullarınızda, nə də çörəyinizdə gözümüz var.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Hindistanın xarici işlər naziri Bakıda tarixi Atəşgah məbədini ziyarət edib
Hindistan xarici işlər naziri Subramanyam Caişankar Bakıda yerləşən tarixi Atəşgah məbədini ziyarət edib.Citypost.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O bildirib ki, Atəşgah Hindistan və Azərbaycan xalqları arasında tarixi və mədəni əlaqələrin rəmzidir.
23 Oktyabr 2026, 22:20
Sumqayıtda məşhur restoran borca görə satışa çıxarıldı
Sumqayıtda yerləşən “İnci” restoranının əmlakı borca görə hərraca çıxarılıb.Citypost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, Plat.az əldə etdiyi məlumata görə, 17-ci mikrorayon, Niyazi küçəsi, 20 ünvanında yerləşən əmlakın minimum satış qiyməti 646 min manat müəyyən edilib.Əmlakın ilkin bazar qiyməti 760 min manatdır. Beləliklə, obyekt bazar dəyərindən 114 min manat və ya 15% aşağı qiymətə satışa çıxarılıb. Sezar pizzaÜmumi sahəsi 362,3 kvadratmetr olan birmərtəbəli obyekt 25 otaqdan ibarətdir. Orta təmirli əmlakın çıxarışı var. Torpaq sahəsi isə 1925 kvadratmetr təşkil edir.Əmlak hazırda borclu tərəfindən istifadə olunur. Hərrac noyabrın 12-də keçiriləcək, beh məbləği isə 30 min manat müəyyən edilib....
23 Oktyabr 2026, 22:08
Gürcüstanda Azərbaycanla bağlı yalan məlumat yayan jurnalist həbs edildi
Gürcüstanda "Asaval-Dasavali" qəzetinin jurnalisti Dito Çubinidze barəsində həbs qətimkan tədbiri seçilib.Citypost.az xəbər verir ki, bu barədə "Ajara TV" məlumat yayıb.Həbs qətimkan tədbiri barədə qərarı hakim Eka Barbadze qəbul edib. Məhkəmə iclasında Dito Çubinidze də iştirak edib. Marqarita pizzaQeyd edək ki, Gürcüstanda nəşr olunan "Asaval-Dasavali" qəzetinin əməkdaşı Domenti (Dito) Çubinidze Gürcüstan-Azərbaycan sərhədinin Keşikçidağ (David Qareci) monastır kompleksinin yerləşdiyi hissəsi ilə bağlı dərc etdiyi materiallara görə vətənə xəyanətdə ittiham olunaraq saxlanılıb./Oxu.az...
23 Oktyabr 2026, 22:00
Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq rəsmisi 8 gün sonra azadlığa çıxacaq
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Nadir Muradov və onunla birgə məhkum edilmiş Qafar Abdullayevin cəzası azaldılıb.Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.N.Muradovla Q.Abdullayev bu ilin avqustunda vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdilər. Dördpendirli pizzaAmma onlar bu hökmlə razılaşmayaraq apellyasiya şikayəti veriblər. Şikayətdə həbslə bağlı cəzanın dəyişdirilməsi xahiş edilib.Bakı Apellyasiya Məhkəməsi tərəfləri dinlədikdən sonra şikayətləri qismən təmin edib. Qərara əsasən, Nadir Muradov və Qafar Abdullayevin cəzası 1 il 3 aydan 1 ilə endirilib. Onlar ötən ilin oktyabrın 31-dən həbsdə olduqları üçün 8 gün sonra azadlığa çıxacaqlar.Qeyd...
23 Oktyabr 2026, 21:45
Köçəryan və oğlu daha 2 ay həbsdə qalacaqlar
Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Köçəryanın məhkəməyəqədər həbs müddətini iki ay uzatmaq qərarına gəlib.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, qərarı hakim Vardges Stepanyan verib.Bu gün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi həmçinin Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryanın məhkəməyəqədər həbs müddətini iki ay uzadıb.
23 Oktyabr 2026, 20:35
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı
Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılması ilə bağlı sosial şəbəkələrdə məlumat və görüntülər yayılıb.Citypost.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) açıqlama verib.Bildirilib ki, BŞİH tərəfindən məsələ ilə bağlı operativ tədbirlər görülüb. Qanunsuz müdaxilələr aradan qaldırılıb, piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb. Bununla da ərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin olunub.Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən gələcəkdə də ərazidə monitorinqlər aparılacaq və bu kimi qanunsuz halların qarşısının alınması üçün müvafiq addımlar atılacaq....
23 Oktyabr 2026, 20:18