İlham Əliyev bu ŞƏXSLƏRİ səfir təyin etdi
Cəmiyyət 04 Sentyabr 2026, 15:08
309
Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib.
"Report" xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncamlar imzalayıb.
Həmçinin oxuyun
Sərəncamlara əsasən, Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə, Anar Keykavus oğlu Əcəmov isə Niderlandda fövqəladə və səlahiyyətli səfirləri təyin edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveçin ölkəyə yeni təyin olunmuş səfiri Luis Morsinqi qəbul edib.Bu barədə Citypost.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.Bildirilib ki, səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, diplomatik fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və İsveç arasında mövcud əlaqələrin inkişaf etdirilməsi baxımından səfirin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.Görüşdə Azərbaycan-İsveç ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, humanitar və təhsil sahələrində əməkdaşlığın perspektivləri, habelə regional məsələlər müzakirə olunub.İki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələrin müntəzəm əsasda keçirilməsinin ikitərəfli gündəliyin daha da inkişaf etdirilməsinə töhfə verdiyi vurğulanıb. Bu xüsusda,...
04 Sentyabr 2026, 15:48
Bu şəhərlərdə güzəştli mənzillər satışa çıxarıldı
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihələri – Lənkəran Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən ümumilikdə 535 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı prosesinə 04.09.2026-cı il tarixində saat 11:00-da başlanılıb və mənzillərin seçimi müvafiq qaydalara uyğun olaraq həyata keçirilib.Citypost.az xəbər verir ki, bu saata olan məlumata görə, satışa çıxarılan 535 mənzilin hamısı vətəndaşlar tərəfindən seçilib.Mənzillərin seçimi prosesinə Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin,...
04 Sentyabr 2026, 15:28
Naxçıvanda külli miqdarda qızılı Türkiyəyə keçirməyə cəhd edən qrup üzvlərinə hökm oxunub
Azərbaycanda qızıl qaçaqmalçılığında ittiham olunan 5 nəfərə hökm oxunub.APA-nın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, təqsirləndirilən Əli Ə. və Cəlil M. 5 il 6 ay, Vüsal S., Afiq A. və Rəvan Ə. isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkəcəklər.Onlardan 3-ü məhkəmə zalında həbs olunub.Qeyd edək ki, təqsirləndirilən şəxslər ötən il Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.İttihama görə, onlar 2025-ci ilin sentyabrında qızıl məmulatlarının qaçaqmalçılıqla Türkiyəyə aparılaraq satılması və əldə ediləcək gəlirin bölüşdürülməsi barədə razılaşıblar.Bunun üçün ümumilikdə 215 min manat...
04 Sentyabr 2026, 15:15
391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
107 dövlət orqanında mövcud olan 391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.Bu barədə Citypost.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.Bildirilib ki, elana çıxarılan vəzifələr üzrə namizədlərlə 1798 müsahibənin keçirilməsi planlaşdırılır.Ən yüksək müsahibə sayı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Aparat, "YAŞAT" Fondu ilə iş şöbəsi, baş məsləhətçi (1 vakant yer üzrə 63 namizəd), Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Aparat, Dövlət qulluğu və insan resurslarının idarə edilməsi şöbəsi, İnsan resurslarının idarə edilməsi sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 42 namizəd) vəzifələri üzrə qeydə alınıb.Müsahibələrin 14 sentyabr – 29 oktyabr tarixlərində keçirilməsi planlaşdırılır....
04 Sentyabr 2026, 15:00
Azərbaycanlılara işgəncə verən erməni müstəntiq
Stalin repressiyaları zamanı Azərbaycanlı ziyalılara, Hüseyn Cavidə, Salman Mümtaz, Əhməd Cavad, Mikayıl Müşfiq kimi şəxsiyyətlərə işgəncələr verənlər suyahasında adları çəkilən Sinman, Qalstyan, Avanesyan, Borşev və digərlərinin adı çəkilir. Bunlardan biri yəhudi olan Sinman əslində özünü Süleymanov adı ilə tanıtsa da əslində o yəhudi olub. Lev Abramoviç Sinman məhbuslara qarşı psixoloji və fiziki zorakılıq tətbiq etməklə fərqlənib və onlara qondarma "əks-inqilabi təşkilatın üzvü" olduqlarını məcburi şəkildə qəbul etdirib. Bu barədə yazı olacaq. Burda adı çəkilənlər içərisində Azərbaycan xalqına elə Azərbaycanlıların əli ilə işgəncələr verən Qalstayan barədə sizə məlumat vermək istəyirəm. Mikayıl Müşfiq və Salman Mümtaz istintaqında müstəntiq kimi iştirak edən bu...
04 Sentyabr 2026, 14:51
Bakıda bal yarmarkası keçiriləcək
Kənd Təsərrüfatı Nazirliyi tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Arıçılıq Məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkasına qeydiyyat başlayır. Citypost.az xəbər verir ki, Bal Yarmarkasında iştirak etmək istəyən arıçılar üçün qeydiyyat 7 sentyabr saat 11:00-dan 9 sentyabr saat 23:59-dək bal.kendden.az portalı üzərindən onlayn qaydada həyata keçiriləcək. Qeydiyyat yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2026-ci il sentyabr ayının 1-dək minimum 40 arı ailəsi ilə təsərrüfatlarını bəyan etmiş fermerlər üçün açıq olacaq. Yarmarkada iştirak hüququ qazanmış arıçılara isə SMS vasitəsilə məlumat veriləcək. Arıçı fermerlərin hər biri yarmarkada maksimum 450 kq bal (qablaşdırma ilə birlikdə) və 30...
04 Sentyabr 2026, 14:38