Yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Cəmiyyət 04 Sentyabr 2026, 15:48
2770
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveçin ölkəyə yeni təyin olunmuş səfiri Luis Morsinqi qəbul edib.
Bu barədə Citypost.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, diplomatik fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və İsveç arasında mövcud əlaqələrin inkişaf etdirilməsi baxımından səfirin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Görüşdə Azərbaycan-İsveç ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, humanitar və təhsil sahələrində əməkdaşlığın perspektivləri, habelə regional məsələlər müzakirə olunub.
İki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələrin müntəzəm əsasda keçirilməsinin ikitərəfli gündəliyin daha da inkişaf etdirilməsinə töhfə verdiyi vurğulanıb. Bu xüsusda, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların davam etdirilməsinin vacibliyi qeyd edilib.
Həmçinin oxuyun
Regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov bölgədə davamlı sülh və sabitliyin təmin olunmasına yönəlmiş Azərbaycanın səyləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, eləcə də regionda yeni əməkdaşlıq imkanları barədə qarşı tərəfə məlumat verib.
Görüşdə həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, regional bağlantılar, enerji təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər beynəlxalq məsələlər müzakirə olunub.
Luis Morsinq Azərbaycan ilə İsveç arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İDRAKİ GÜNƏŞSİZLİYİN PATOLOJİ AKSİOMASI...
Bir müddətdir ki, ictimai sferada məlum hicab mövzusundan qaynaqlanan uğursuz emosional çəkişmələri eləcə müşahidə edirəm.Konseptual mahiyyətə söykənən mülahizə metodları, çıxışetmə qabiliyyəti, mütərəqqi addımlar atmaq ideyası... qalıb bir kənarda, əksəriyyət kütlə hirsi, hətta “meşə psixologiyası” ilə bir-birinə barmaq silkələyib, nifrət nümayiş etdirir...... Əvvəla, dəfələrlə qeyd etmişəm, indi də xüsusi şəkildə deyim ki, əzizlərim, 21-ci əsr inanclar sistemində moizə, xütbə (hətta dini təlqin!) əsiri deyil, idrak, fundamental təfəkkür, yüksək maştablı dünyagörüş, elitar mədəniyyət, analtika, analiz, tərəqqi... əsridir.Amma və lakin(!) vurğuladığım bu mütləq mahiyyətə bir fərdin çatması xüsusi hal kimi öz üzərində çalışmaqdan keçirsə (heç şübhəsiz ki, keçir!), bütövlükdə bir dövlətin, kütlənin, xalqın......
13 Oktyabr 2026, 19:39
Parlamentdə 12 məsələ müzakirə olunacaq
Milli Məclisin gündəliyi məlum olub.Citypost.az xəbər verir ki, gündəlikdə 12 məsələ var.1. “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Hərbi...
13 Oktyabr 2026, 19:20
Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavərənin (AQEM) 7-ci sammitində iştirak etmək üçün oktyabrın 14-15-də Azərbaycana işgüzar səfər edəcək.Bu barədə "Report" Özbəkistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.Məlumata görə, Azərbaycanın sədrliyi çərçivəsində keçirilən forumun gündəliyinə Asiya qitəsində etimadın möhkəmləndirilməsi, sülh və təhlükəsizliyin təmin edilməsi, habelə AQEM-in gələcək institusional inkişafının aktual məsələləri daxil edilib."Nəqliyyat əlaqələndirilməsi, rəqəmsallaşdırma, dayanıqlı iqtisadi artım və digər prioritet istiqamətlərdə praktiki əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək", - məlumatda qeyd olunub.Bildirilib ki, iştirakçılar regional və beynəlxalq gündəliyin əsas məsələləri barəsində fikir mübadiləsi aparacaqlar.Sammitin yekunlarına əsasən, AQEM-in rolunun və səmərəliliyinin artırılmasına yönəlmiş Bakı Bəyannaməsinin və...
13 Oktyabr 2026, 18:55
Sayman Aruzdan İran haqda ŞOK FAKTLAR
"Mən vaxtilə İranda yaşamışam. Oradakı molla rejiminin insanlara, xüsusilə də insanların şəxsi azadlıqlarına qarşı sərgilədiyi qəddar münasibəti öz gözlərimlə görmüş, öz canımla yaşamışam. Mən adi bir qısaqol geyimə görə küçədə həbs olunmuş, polisə aparılmış, orada döyülmüşəm. İnanmağı çətin olsa da adicə xanım tələbə yoldaşım ilə birlikdə universitetdən çıxanda həbs edilmiş 40 zərbə şallağa məhkum olmuşam. 3-cü sinifdə oxuyanda müəllimlə Azərbaycan Türkcəsində danışdığıma görə sinifdən xaric edilmişəm. Mən İran fars-molla rejiminin yaymaq istədiyi mənfur "dini" ideologiyanı çox gözəl tanıyıram".Bu sözləri CityPost.az--a açıqlamasında Cənubi Azərbaycandan olan şair,AYB sədrinin müşaviri Sayman Aruz bildirib."Bəli, dostlar, sadəcə geyimimə, tələbə yoldaşımla birgə yeridiyimə, ana dilində sinifdə...
13 Oktyabr 2026, 18:50
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
Venesiya şəhərində İtaliya Hərbi Dəniz Qüvvələrinin təşkilatçılığı ilə XV Trans-Regional Dəniz Gücü Simpoziumu (Trans-Regional Seapower Symposium – T-RSS) keçirilib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.Beynəlxalq tədbirdə müxtəlif ölkələrin hərbi dəniz qüvvələrinin komandanları və nümayəndə heyətləri, beynəlxalq təşkilatların, elmi dairələrin və müdafiə sənayesinin təmsilçiləri iştirak ediblər.Simpoziumda qlobal və regional dəniz təhlükəsizliyi, beynəlxalq dəniz yollarının mühafizəsi, müasir çağırışlara qarşı birgə fəaliyyət, eləcə də hərbi dəniz qüvvələri arasında əməkdaşlığın inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.Tədbir çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib.Görüşlərdə hərbi dəniz qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də...
13 Oktyabr 2026, 18:47
Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb
Oktyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Müdafiə Nazirliyindən Citypost.az-a verilən məlumata görə, görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər, eləcə də bu Zəfərə aparan döyüş təcrübəsi və əldə olunan nəticələr barədə ətraflı məlumat verilib.Azərbaycan ilə Kamboca arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.Tərəflər müdafiə və təhlükəsizlik sahələrində əlaqələrin inkişafının, o cümlədən birgə təlimlərin keçirilməsinin və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb....
13 Oktyabr 2026, 17:38