Bizə yazın

Baku

-°C

USD

-

M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Cəmiyyət 04 Sentyabr 2026, 16:57

289

Metro xətlərinin ayrılması ilə əlaqədar sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması məqsədilə aparılmış təhlillərə əsasən, yeni ekspres marşrut xətti təşkil edilir.

Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, metronun "20 Yanvar" stansiyasından "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli" və "Həzi Aslanov" stansiyaları istiqamətində artan sərnişin tələbatının qarşılanması üçün sentyabrın 6-dan M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.

Avtobusların "20 Yanvar" metrostansiyasındakı dayanacağı Rövşən Cəfərov küçəsi, "Velotrek" adlanan ərazinin qarşısı, "Həzi Aslanov" metrostansiyasında isə Məhəmməd Hadi küçəsi, metronun qarşısı təyin edilib.

Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək təşkil ediləcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Casusluqda ittiham olunanların cəzası dəyişdirilmədi

Dövlətə xəyanət etməkdə təqsirləndirilən İlkin Qənbərov, Vüsal Ağayev, Tural Alıyev, Məmməd Şərifov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən İlkin Qənbərov, Vüsal Ağayev 18 il, Tural Alıyev və Məmməd Şərifov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan İlkin Qənbərov, Vüsal Ağayev, Tural Alıyev və Məmməd Şərifov DTX tərəfindən...

04 Sentyabr 2026, 17:00

Quzanlının görkəmli şəxsiyyətləri -Professor Qulu Xəlilliyə dərs demiş Əfqan Məmmədov   

Quzanlının görkəmli şəxsiyyətləri -Professor Qulu Xəlilliyə dərs demiş Əfqan MəmmədovCityPost.az xəbər verir ki,Əfqan Məmmədov 1926-cı ildə Quzanlıda doğulub. Atası Qafqaz İslam Ordusunun əsgəri olmuş Salman Həllacdır.2 illik Ağdam Müəllimlər İnstitutunu, sonra Azərbaycan Pedaqoji İstitutunun (indiki ADPU) Azərbaycan dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirib.Əmək fəaliyyətinə 1940- cı illərin əvvəllərindən Ağcabədidə başlayıb. Rayonun müxtəlif kəndlərində, o cümlədən Qaravəlli, Salmanbəyli, Poladlı, Sarlcalı müəllim işləyib.Sarıcalı kəndində uzun müddət orta məktəbdə tədris işləri üzrə direktor müavini, gecə məktəbində isə direktor müavini vəzifəsində çalışıb.1964- cü ildən Ağdam rayonunun İmamqulubəyli kənd səkkizillik məktəbində, bir neçə ildən sonra, ömrünün sonuna qədər Quzanlı kənd səkkizillik məktəbində tədris...

04 Sentyabr 2026, 16:34

Ceyhun Bayramov sabiq XİN rəhbəri ilə telefon danışığı aparıb

4 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının sabiq xarici işlər naziri Yermek Koşerbayev arasında telefon danışığı baş tutub.XİN-dən Citypost.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov Yermek Koşerbayevə fəaliyyəti dövründə Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına və ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü ifadə edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalar çərçivəsində bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik bildirilib....

04 Sentyabr 2026, 16:24

Azərbaycanlılara işgəncə verən erməni müstəntiq    

Stalin repressiyaları zamanı Azərbaycanlı ziyalılara, Hüseyn Cavidə, Salman Mümtaz, Əhməd Cavad, Mikayıl Müşfiq kimi şəxsiyyətlərə işgəncələr verənlər suyahasında adları çəkilən Sinman, Qalstyan, Avanesyan,  Borşev  və digərlərinin adı çəkilir. Bunlardan biri yəhudi olan Sinman əslində özünü Süleymanov adı ilə tanıtsa da əslində o yəhudi olub. Lev Abramoviç Sinman məhbuslara qarşı psixoloji və fiziki zorakılıq tətbiq etməklə fərqlənib və onlara qondarma "əks-inqilabi təşkilatın üzvü" olduqlarını məcburi şəkildə qəbul etdirib. Bu barədə yazı olacaq. Burda adı çəkilənlər içərisində Azərbaycan xalqına elə Azərbaycanlıların əli ilə işgəncələr verən Qalstayan barədə sizə məlumat vermək istəyirəm. Mikayıl Müşfiq və Salman Mümtaz istintaqında müstəntiq kimi iştirak edən bu erməninin iki...

04 Sentyabr 2026, 16:10

Yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveçin ölkəyə yeni təyin olunmuş səfiri Luis Morsinqi qəbul edib.Bu barədə Citypost.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.Bildirilib ki, səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, diplomatik fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və İsveç arasında mövcud əlaqələrin inkişaf etdirilməsi baxımından səfirin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.Görüşdə Azərbaycan-İsveç ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, humanitar və təhsil sahələrində əməkdaşlığın perspektivləri, habelə regional məsələlər müzakirə olunub.İki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələrin müntəzəm əsasda keçirilməsinin ikitərəfli gündəliyin daha da inkişaf etdirilməsinə töhfə verdiyi vurğulanıb. Bu xüsusda,...

04 Sentyabr 2026, 15:48

Bu şəhərlərdə güzəştli mənzillər satışa çıxarıldı

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihələri – Lənkəran Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən ümumilikdə 535 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı prosesinə 04.09.2026-cı il tarixində saat 11:00-da başlanılıb və mənzillərin seçimi müvafiq qaydalara uyğun olaraq həyata keçirilib.Citypost.az  xəbər verir ki, bu saata olan məlumata görə, satışa çıxarılan 535 mənzilin hamısı vətəndaşlar tərəfindən seçilib.Mənzillərin seçimi prosesinə Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin,...

04 Sentyabr 2026, 15:28