İnarə Mirhəsənova müşavir təyin olundu
Cəmiyyət 08 Sentyabr 2026, 14:19
252
TƏBİB-in İcraçı direktoruna müşavir təyin edilib.
TƏBİB-dən Citypost.az verilən xəbərə görə, bu vəzifəyə İnarə Vaqif qızı Mirhəsənova təyin olunub.
O, yeni təyinatından əvvəl “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı vəzifəsində çalışıb.
Həmçinin oxuyun
Bildirilib ki, İnarə Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənmə ilə başa vurub.
Qeyd edilib ki, peşəkar fəaliyyəti ərzində maliyyə və sığorta sektorlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb, maliyyə və risklərin idarə olunması, sığorta, investisiyalar, strateji planlaşdırma və korporativ idarəetmə istiqamətlərində geniş təcrübə qazanıb. Karyerasının son 10 ilini PAŞA Qrupunda davam etdirərək Qrupun müxtəlif şirkətlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bu il 1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verilib
Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişiklikliyə əsasən uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət verilir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Citypost.az verilən məlumata görə, artıq 415 işəgötürən tərəfindən 1126 işçiyə uşağının doğulması ilə bağlı 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.Qeyd olunub ki, bu məzuniyyət uşağın doğulmasından əvvəl və sonrakı dövrləri əhatə edir. Məzuniyyətin verilməsi üçün işçi uşağının doğulması ilə əlaqədar müvafiq tibb müəssisəsinin arayışını işəgötürənə təqdim edir....
08 Sentyabr 2026, 14:18
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri seçildi - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası Media və Yayım Şurası sədrinin və üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.Citypost.az xəbər verir ki, sərənxama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri və üzvləri təyin ediliblər:Media və Yayım Şurasının sədriİsmayılov Əhməd Məhəmməd oğluMedia və Yayım Şurasının üzvləriAbdullayev Məhəmməd İzzət oğluBəşirli Aynur Əliövsət qızıKərimova Rəqsanə Tofik qızıMəmmədov Fərhad Rauf oğluNadirov İlkin İlqar oğluNovruzov Fazil Hacıverdi oğlu....
08 Sentyabr 2026, 14:10
Sabiq icra başçısı vəfat etdi
Ağdaş rayon İcra Hakimiyyətinin keçmiş başçısı Veyis Məmmədov vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə Müsavat Məclisinin sədri Arif Hacılı məlumat yayıb.V.Məmmədov Azərbaycan Xalq Hərəkatının fəal iştirakçılarından biri olub.O, 1992-93-cü illərdə icra başçısı işləyib.Mərhum Ağdaş Rayon Ağsaqqallar Şurasının üzvü idi. Filologiya elmləri namizədi Veyis Məmmədov bu yaxınlarda 80 yaşı tamam olmuşdu.Allah rəhmət eləsin.
08 Sentyabr 2026, 13:55
Dövlət Xidmətinin zabiti həbs edildi
Hərbi çağırışçılarla bağlı vəd verərək dələduzluq etməkdə təqsirləndirilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Sədərək rayon bölməsinin zabiti Asim Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində hakim Əziz Eminovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, təqsirləndirilən şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib.O, məhkəmə zalında həbs edilib.İttihama görə, təqsirləndirilən Asim Babayev zərərçəkmişlərə həkim komissiyasından pensiya təminatı təşkil edəcəyi vədi verərək 13 min manatdan çox vəsaiti dələduzluq yolu ilə əldə edib.Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri...
08 Sentyabr 2026, 13:46
Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib
Elm və Təhsil Nazirliyi Gürcüstanın azərbaycandilli ümumtəhsil məktəblərinə 2026-2027-ci tədris ili üçün dərsliklər göndərib.APA-nın yerli bürosu xəbər verir ki, 18 adda 22 050 nüsxə dərslik Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinə təhvil verilib.Vəsaitlər I-XI siniflər üçün “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliklərindən ibarətdir.Təhvil-təslim prosesi Elm və Təhsil Nazirliyinin, Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin nümayəndələrinin, Azərbaycanın Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir Fuad Çıraqovun iştirakı ilə baş tutub.Dərs vəsaitlərinin azərbaycandilli məktəblərə yeni tədris ilinin başlanmasına qədər paylanılması nəzərdə tutulub....
08 Sentyabr 2026, 13:45
İqlim dəyişikliyinin fermerlərə təsirləri açıqlanıb
Fermerlər dəyişən iqlim şəraitinə uyğunlaşmalıdır."Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müşaviri Surxay Novruzov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) ikinci günündə çıxışı zamanı deyib."Gündəlik işimizdə də müşahidə edirik ki, iqlim daha dəyişkən olub. İqlim dəyişikliyi üzrə mütəxəssis olmasam da, bunun qlobal istiləşmə ilə bağlı olduğunu deyə bilmərəm. Lakin yaşadığımız reallıq budur. Son iki ildə meyvə qiymətlərinin çox dəyişkən olduğunu görürük. Bunun səbəblərindən biri tozlanma prosesinin əvvəlki kimi normal getməməsidir. Məsələn, Azərbaycanın bəzi bölgələrində illik normaya görə yağıntının miqdarı 250 mm olduğu halda, bu yaz cəmi 15 dəqiqə ərzində 60 mm yağıntı düşüb. Təcrübədə qarşılaşdığımız mənzərə məhz budur",...
08 Sentyabr 2026, 13:09