Bizə yazın

Baku

-°C

USD

-

Abşeronda motoxuliqanlıq edən 30 sürücü saxlanılıb

Cəmiyyət 08 Sentyabr 2026, 16:08

3119

Polis əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması, xüsusilə motosiklet və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin gücləndirilməsi istiqamətində profilaktik tədbirlər davam etdirilir.

Citypost.az  xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən növbəti tədbirlər zamanı motoxuliqanlıq edən, yüksək səs-küy yaradaraq sakinlərin rahatlığını pozan, eləcə də sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edən 30 sürücü saxlanılıb.

Tədbirlər zamanı, həmçinin nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edərək əlavə işıq və səsboğucu qurğular quraşdıran 12, narkotik vasitənin təsiri altında avtomobil idarə edən 2 sürücü barəsində inzibati protokollar tərtib olunub.

Abşeron rayonunda bu istiqamətdə nəzarət-profilaktik tədbirləri davam etdirilir. Bir daha bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hindistanın xarici işlər naziri Bakıda tarixi Atəşgah məbədini ziyarət edib

Hindistan xarici işlər naziri Subramanyam Caişankar Bakıda yerləşən tarixi Atəşgah məbədini ziyarət edib.Citypost.az  xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O bildirib ki, Atəşgah Hindistan və Azərbaycan xalqları arasında tarixi və mədəni əlaqələrin rəmzidir.

23 Oktyabr 2026, 22:20

Sumqayıtda məşhur restoran borca görə satışa çıxarıldı

Sumqayıtda yerləşən “İnci” restoranının əmlakı borca görə hərraca çıxarılıb.Citypost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, Plat.az əldə etdiyi məlumata görə, 17-ci mikrorayon, Niyazi küçəsi, 20 ünvanında yerləşən əmlakın minimum satış qiyməti 646 min manat müəyyən edilib.Əmlakın ilkin bazar qiyməti 760 min manatdır. Beləliklə, obyekt bazar dəyərindən 114 min manat və ya 15% aşağı qiymətə satışa çıxarılıb. Sezar pizzaÜmumi sahəsi 362,3 kvadratmetr olan birmərtəbəli obyekt 25 otaqdan ibarətdir. Orta təmirli əmlakın çıxarışı var. Torpaq sahəsi isə 1925 kvadratmetr təşkil edir.Əmlak hazırda borclu tərəfindən istifadə olunur. Hərrac noyabrın 12-də keçiriləcək, beh məbləği isə 30 min manat müəyyən edilib....

23 Oktyabr 2026, 22:08

Gürcüstanda Azərbaycanla bağlı yalan məlumat yayan jurnalist həbs edildi

Gürcüstanda "Asaval-Dasavali" qəzetinin jurnalisti Dito Çubinidze barəsində həbs qətimkan tədbiri seçilib.Citypost.az  xəbər verir ki, bu barədə "Ajara TV" məlumat yayıb.Həbs qətimkan tədbiri barədə qərarı hakim Eka Barbadze qəbul edib. Məhkəmə iclasında Dito Çubinidze də iştirak edib. Marqarita pizzaQeyd edək ki, Gürcüstanda nəşr olunan "Asaval-Dasavali" qəzetinin əməkdaşı Domenti (Dito) Çubinidze Gürcüstan-Azərbaycan sərhədinin Keşikçidağ (David Qareci) monastır kompleksinin yerləşdiyi hissəsi ilə bağlı dərc etdiyi materiallara görə vətənə xəyanətdə ittiham olunaraq saxlanılıb./Oxu.az...

23 Oktyabr 2026, 22:00

Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq rəsmisi 8 gün sonra azadlığa çıxacaq

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Nadir Muradov və onunla birgə məhkum edilmiş Qafar Abdullayevin cəzası azaldılıb.Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.N.Muradovla Q.Abdullayev bu ilin avqustunda vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdilər. Dördpendirli pizzaAmma onlar bu hökmlə razılaşmayaraq apellyasiya şikayəti veriblər. Şikayətdə həbslə bağlı cəzanın dəyişdirilməsi xahiş edilib.Bakı Apellyasiya Məhkəməsi tərəfləri dinlədikdən sonra şikayətləri qismən təmin edib. Qərara əsasən, Nadir Muradov və Qafar Abdullayevin cəzası 1 il 3 aydan 1 ilə endirilib. Onlar ötən ilin oktyabrın 31-dən həbsdə olduqları üçün 8 gün sonra azadlığa çıxacaqlar.Qeyd...

23 Oktyabr 2026, 21:45

Köçəryan və oğlu daha 2 ay həbsdə qalacaqlar

Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Köçəryanın məhkəməyəqədər həbs müddətini iki ay uzatmaq qərarına gəlib.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, qərarı hakim Vardges Stepanyan verib.Bu gün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi həmçinin Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryanın məhkəməyəqədər həbs müddətini iki ay uzadıb.

23 Oktyabr 2026, 20:35

Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alındı 

Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılması ilə bağlı sosial şəbəkələrdə məlumat və görüntülər yayılıb.Citypost.az  xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) açıqlama verib.Bildirilib ki, BŞİH tərəfindən məsələ ilə bağlı operativ tədbirlər görülüb. Qanunsuz müdaxilələr aradan qaldırılıb, piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb. Bununla da ərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin olunub.Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən gələcəkdə də ərazidə monitorinqlər aparılacaq və bu kimi qanunsuz halların qarşısının alınması üçün müvafiq addımlar atılacaq....

23 Oktyabr 2026, 20:18