Bizə yazın

Baku

-°C

USD

-

Rusiya vətəndaşı Azərbaycanda 8 il 6 ay müddətinə həbs edildi

Cəmiyyət 08 Sentyabr 2026, 18:30

3631

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət əleyhinə açıq çağırışlarda təqsirləndirilən Rusiya vətəndaşı Cahid Kamal İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Citypost.az “Haqqın.az”a istinadən xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

Məhkəmənin hökmü ilə Cahid Kamal İsayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, o, 2025-ci ilin noyabrında Türkiyəyə səfəri zamanı saxlanılaraq Azərbaycana ekstradisiya olunub.

C.İsayevə Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən edilməsi), 281-1.2-ci (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və rəmzlərin bir qrup şəxs tərəfindən yayılması) və 283.2.1-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülmüşdü.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Faktiki hava açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 24-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə isə qar yağıb.Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 3 sm-dir.Bakıda və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb.Respublikanın rayonlarında düşən yağıntının miqdarı:Kişçayda (Şəki) 47, Zaqatalada 44, Sarıbaşda (Qax) 17, Ağsuda 7, Xızı, Hacıqabulda 6, Qobustan, Oğuz, Balakən, Şamaxı, Qusar, Xınalıq, Saatlı, Quba, Xaltan, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Göyçay, Sabirabad, Salyan, Astara, Lerik, Şabran, Bərdə, Göyçay, Zərdab, Beyləqan,...

24 Oktyabr 2026, 10:32

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

İlk Royale Kazinosu 2027-ci ilin may ayında Bakıda "Sea Breeze"də açılacaq.Citypost.az xəbər verir ki, bu barədə Vesti.az-a "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov məlumat verib."Royale Kazinosunun tikintisi tam sürətlə davam edir. Kazino 2027-ci ilin may ayında açılacaq", - deyə Ağalarov bildirib.90.000 kvadratmetrlik kazino Xəzər dənizinin Azərbaycan sektorunda, "Sea Breeze" kompleksinin daxilində süni yarımadada tikilir. Bina 35 metr hündürlükdə olacaq. Kazinonun iki mərtəbəsinin hər biri 10 metr hündürlükdə, günbəzin altında isə əlavə 15 metr olacaq.Kazinoda 12 VIP salon və beynəlxalq poker turnirlərinə ev sahibliyi edə biləcək bir əsas salon olacaq. Kazinoya giriş 21 yaşdan böyük şəxslər üçün nəzərdə tutulub.Kazinoda həmçinin konsert...

24 Oktyabr 2026, 09:12

Türkiyədə bələdiyyə sədri və oğlu saxlanıldı

Muğla Baş Prokurorluğu tərəfindən Muğlada Milas Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində, barəsində həbs qərarı verilən 35 şübhəlidən 18-i həbs edilib."Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, həbs olunanlar arasında Milas bələdiyyə sədri Fevzi Topuz və oğlu Doruk Topuz da var, 2 şübhəli ev dustaqlığına, 15 şübhəli isə məhkəmə nəzarəti altına alınıb.

24 Oktyabr 2026, 08:55

Akif Əyyubov vəfat etdi

Azərbaycanın tanınmış həkimi Akif Əyyubov vəfat edib.Citypost.az  Oxu.az-a istinadən xəbər verir ki, həkimin ölüm səbəbi hələlik açıqlanmayıb.Qeyd edək ki, A.Əyyubov Ailə Sağlamlıq Mərkəzinin (ASM) bölmə müdiri vəzifəsində çalışıb. O, uzun illər tibb sahəsində fəaliyyət göstərib.

24 Oktyabr 2026, 08:43

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

Zəngəzur Milli Parkında Qafqaz bəbirinin üç balası ilə görüntüləri qeydə alınıb.Citypost.az xəbər verir ki, görüntülər IDEA-nın rəsmi sosial media hesablarında paylaşılıb.Paylaşımda bildirilib ki, kadrlarda nadir vəhşi heyvanın balaları ilə birlikdə təbii mühitində hərəkət etdiyi anlar əks olunub.Qafqaz bəbirinin balaları ilə birlikdə görüntülənməsi bu nadir növün qorunmasının və təbii yaşayış mühitinin mühafizəsinin əhəmiyyətini bir daha ön plana çaxırır.

24 Oktyabr 2026, 08:19

Vurulan gəmidən xilas edilən azərbaycanlılar

Rumıniya sahilləri yaxınlığında vurulan gəmidə olan azərbaycanlılar xilas ediliblər.Citypost.az  Axar.az-a istinadən xəbər verir ki, xilas edilən üç azərbaycanlının hotelə yerləşdirildiyi bildirilir.Onların fotosunu təqdim edirik:

24 Oktyabr 2026, 08:00