Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
Cəmiyyət 08 Sentyabr 2026, 19:39
213
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkədə səfərdə olan ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Deyvid Aleni qəbul edib.
Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesinin irəlilədilməsi, uzunmüddətli və dayanıqlı sülhün təmin olunması, eləcə də regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib.
Eyni zamanda Elnur Məmmədovun Vaşinqton Sülh Sammitinin ildönümü münasibətilə ABŞ-yə etdiyi səfərin nəticələri və imzalanmış üçtərəfli bəyanat, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" (TRIPP) icrası istiqamətində aparılan fəaliyyət, habelə marşrutla bağlı infrastrukturun inşasına rəhbərlik edəcək TRIPP İnkişaf Şirkətinin yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin oxuyun
Bundan əlavə, Azərbaycan-ABŞ ikitərəfli gündəliyi və Strateji Tərəfdaşlıq Xartiyasında əks olunmuş istiqamətlər üzrə gələcək əməkdaşlıq perspektivlərinə nəzər salınıb.
Qeyd edək ki, görüşdə ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon da iştirak edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Məhkəmə "Qazaxlı Alik"in oğlu Fuad Muradov barəsində qərar verib
Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.Citypost.az xəbər verir ki, bu gün Ali Məhkəmə hakim Rəsul Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.Qərara əsasən, şikayət təmin edilməyib və hökm qüvvədə saxlanılıb.Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Fuad Muradov 6 il 6 ay, Ramil Paşşanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Gülnar Hacıyevaya 5 il cəza müəyyən edilib, azyaşlı övladının olmasını nəzərə alaraq, cəza şərti sayılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.Gəncə Apellyasiya Məhkəməsi Ramil Paşşanovun cəzasını azaldaraq 5 ilə endirib. Digərlərinin barəsində olan hökm qüvvədə saxlanılıb.Xatırladaq ki, F....
08 Sentyabr 2026, 19:02
Rusiya vətəndaşı Azərbaycanda 8 il 6 ay müddətinə həbs edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət əleyhinə açıq çağırışlarda təqsirləndirilən Rusiya vətəndaşı Cahid Kamal İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Citypost.az “Haqqın.az”a istinadən xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.Məhkəmənin hökmü ilə Cahid Kamal İsayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Xatırladaq ki, o, 2025-ci ilin noyabrında Türkiyəyə səfəri zamanı saxlanılaraq Azərbaycana ekstradisiya olunub.C.İsayevə Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən edilməsi), 281-1.2-ci (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və rəmzlərin bir qrup şəxs tərəfindən yayılması) və 283.2.1-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi...
08 Sentyabr 2026, 18:30
DİN Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib
Amerika Polis Qüvvələri Birliyinin (AMERİPOL) Direktorlar Şurasının 5-ci Fövqəladə Sammiti çərçivəsində Azərbaycanın Daxili İşlər Nazirliyinin (DİN) təşkilatda müşahidəçi statusunda təmsil olunması təmin edilib.Bu barədə Citypost.az-a DİN-dən məlumat verilib.Bildirilib ki, müvafiq status Daxili İşlər Nazirliyinin AMERİPOL-a üzv dövlətlərin aidiyyəti hüquq-mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, beynəlxalq polis əməkdaşlığı çərçivəsində qarşılıqlı məlumat və qabaqcıl təcrübə mübadiləsinin aparılması, eləcə də təşkilatın müvafiq tədbirlərində iştirak imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.Müşahidəçi statusu eyni zamanda transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, ekstremizm, insan alveri və digər müasir təhdidlərə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edir....
08 Sentyabr 2026, 18:00
Yağışlı hava ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır
Bakı şəhəri və respublikanın digər bölgələrində polis əməkdaşları yağışlı hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində xidmət aparırlar.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, intensiv yağıntılarla əlaqədar vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidmətə əlavə polis naryadları cəlb olunub.Küçə və prospektlərdə nəqliyyatın hərəkəti Yol Patrul Xidməti əməkdaşları tərəfindən tənzimlənir. Vətəndaşlara zəruri köməklik göstərilir, onların mənzil başına təhlükəsiz şəkildə çatmaları təmin olunur....
08 Sentyabr 2026, 17:48
Pensiyalar və müavinətlərin ödəniləcəyi tarix məlum olub
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların sentyabrın 11-də ödənilməsi nəzərdə tutulub.Bu barədə Citypost.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.Müavinətlər isə ayın 25-dən gec olmayaraq ödəniləcək.
08 Sentyabr 2026, 17:40
Ağdaşda fövqəladə hallarda risklərin idarə olunması ilə bağlı tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyi (FHN) və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının birgə təşkilatçılığı ilə Ağdaş rayonunda “Əməyin mühafizəsi, texniki təhlükəsizlik, fövqəladə hallara hazırlıq və risklərin idarə olunması” mövzusunda “dəyirmi masa” keçirilib.Citypost.az xəbər verir ki, tədbirdə FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Xidmətin tabeliyində fəaliyyət göstərən “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin, Ağdaş Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, sahibkarlıq subyektlərinin nümayəndələri, eləcə də SƏTƏMM üzrə mütəxəssislər iştirak ediblər.“Dəyirmi masa”da Ağdaş rayonunda fəaliyyət göstərən sahibkarların texniki təhlükəsizlik və əməyin mühafizəsi sahəsində qarşılaşdıqları problemlər ətrafında...
08 Sentyabr 2026, 17:30