Bizə yazın

Baku

-°C

USD

-

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Cəmiyyət 20 Oktyabr 2026, 18:50

483

99-cu “Oskar” müfakatlandırma mərasimində Azərbaycanı rejissor Zaur Qasımlının “Tağıyev: Məktəb” (Taghiyev: School) filmi təmsil edəcək. Film “Ən yaxşı beynəlxalq tammetrajlı film” nominasiyasında irəli sürülüb.

Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan filmlərinin “Oskar” mükafatına təqdim edilməsi üzrə komissiyanın sədri, rejissor Şamil Əliyev Trend-ə bildirib.

Film azərbaycanlı sənayeçi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatından, eləcə də onun XX əsrin əvvəllərində müsəlman qızlar üçün məktəb açmaq uğrunda səylərindən bəhs edir. Tarixi dram Azərbaycanın görkəmli xeyriyyəçisinin həyatı və fəaliyyəti haqqında genişmiqyaslı kino layihəsinin davamıdır.

Layihənin əvvəlki hissəsi olan “Tağıyev: Neft” (Taghiyev: Oil) filmi də ötən il “Oskar” uğrunda mübarizədə Azərbaycanı təmsil edib.

Bu il “Ən yaxşı beynəlxalq tammetrajlı film” nominasiyasında iştirakçıların sayı rekord həddə çatıb. Belə ki, Amerika Kino Akademiyasının üzvlərinin nəzərdən keçirməsi üçün dünyanın müxtəlif ölkələrindən 105 film təqdim olunub. Əvvəlki rekord 93 filmlə 2020-ci ildə qeydə alınıb.

İlkin səsvermə mərhələsinin dekabrın 7-dən 11-dək keçirilməsi planlaşdırılır. Qısa siyahıya (shortlist) daxil edilən 15 filmin adının isə dekabrın 15-də elan ediləcəyi gözlənilir.

“Tağıyev: Məktəb” filminin “Oskar” uğrunda mübarizədə iştirakı beynəlxalq auditoriyaya Azərbaycan tarixinin mühüm səhifələrindən biri və ölkədə təhsilin, xeyriyyəçiliyin inkişafına əhəmiyyətli töhfələr vermiş şəxsiyyətin irsi ilə tanış olmaq imkanı yaradır.

Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev” bədii filminə bu günədək Azərbaycanın kinoteatrlarında 200 mindən çox tamaşaçı baxıb.

Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilən kinoepopeyanın dörd hissəsinin – “Tağıyev: Neft”, “Tağıyev: Çar”, “Tağıyev: Sonа” və “Tağıyev: Məktəb” filmlərinin hamısı tamaşaçılar tərəfindən geniş rəğbətlə qarşılanıb və ölkənin aparıcı kinoteatrlarında ən çox maraq doğuran yerli kino layihələrindən birinə çevrilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva və Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva oktyabrın 20-də Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olublar.Citypost.az xəbər verir ki, ziyarət zamanı qonaqlara Türkmənistanın əl xalçalarının vətəni olaraq qədim ənənələrə əsaslanan xalçaçılıq sənətini bu gün də uğurla qoruyub inkişaf etdirdiyi bildirilib. Qeyd olunub ki, bu məqsədlə yaradılmış və qiymətli eksponatların qorunduğu Xalça Muzeyində nadir və nəhəng nümunələr saxlanılır.Vurğulanıb ki, burada 2001–2003-cü illərdə toxunulmuş və “Ginnesin Rekordlar Kitabı”na daxil edilmiş dünyanın ən böyük xalçası, İkinci Dünya müharibəsi illərində qadınların çətinliklərə baxmayaraq sona çatdırdıqları ilk nəhəng...

20 Oktyabr 2026, 19:19

Prokuror “Məclis.info” rəhbərinə 12 il həbs cəzası istəyib

“Məclis.info” saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.Prokuror təqsirləndirilən İmran Əliyev 12 il, Elgiz Qəhrəman 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.Təqsirləndirilən Tamella Musayevanın səhhəti pisləşib, dövlət ittihamçısı çıxışını sonlandıra bilməyib.Növbəti proses 3 noyabra təyin edilib.Xatırladaq ki, təqsirləndirilən İmran Əliyev ötən il aprelin 19-da həbs edilib. Elgiz Qəhrəman və Tamella Musayeva isə sonradan iş üzrə təqsirləndirilən şəxs kimi tanınıb və barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilib.Qeyd...

20 Oktyabr 2026, 19:00

Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Oktyabrın 21-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Yeni Həyat və Şirvan küçələrinin kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.Məhdudiyyət səbəbindən 114B, 555 və 557 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.Bildirilib ki, 114B nömrəli marşrutun Müşfiqabad qəsəbəsi istiqamətində hərəkəti H.Z.Tağıyev-Sahil avtomobil yolu, Şirvan küçəsi, Bakı-Şamaxı-Yevlax avtomobil yolu, Yeni qəsəbə (Müşfiqabad), Yeni Həyat küçəsi ilə təşkil ediləcək.Əks istiqamətdə avtobuslar Bakı-Şamaxı-Yevlax avtomobil yolu, Şirvan küçəsi, H.Z.Tağıyev-Sahil və Bakı-Şamaxı-Yevlax avtomobil yolları ilə, daha sonra isə mövcud sxem üzrə...

20 Oktyabr 2026, 18:27

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Oktyabrın 25–26-da Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.Bu barədə Citypost.az ACF-dən məlumat verilib.Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 83 klub və idman cəmiyyətini təmsil edən 506 cüdoçu (407 oğlan və 99 qız) ümumilikdə 16 çəki dərəcəsində qüvvəsini sınayacaq.Ne-vaza cüdoda yerüstü (parter) mübarizəni əhatə edən texnikalar toplusudur. Bu istiqamət üzrə hazırlıq idmançıların parterdə hücum və müdafiə imkanlarının inkişaf etdirilməsinə, görüş zamanı müxtəlif taktiki vəziyyətlərə daha effektli uyğunlaşmasına xidmət edir....

20 Oktyabr 2026, 18:10

Generalın 1 milyon manatlıq şikayəti üzrə məhkəmə qərarı verilib

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalovun zərərçəkmiş kimi tanındığı “şabalıd cinayəti” ilə bağlı məhkəmə araşdırması başa çatıb.Citypost.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm oxunub.Bu iş üzrə ittiham olunan şəxs də zabitdir. FHN-də işləmiş kapitan Ayaz Bayramov general Zeynalovla yaxın olub. Sonradan Ayaz və generalı şabalıd ticarətinə başlayıblar. Bakıda şabalıd bazarında monopoliya qurmaq istəyən general bu iş üçün milyonlarla pul xərcləyib. O, bəzi vaxtlarda “Lexus”, “BMW” və “Chevrolet” markalı avtomobillərini də Ayazın adına keçirib ki, girov qoyub pul götürsün. Ayaz əsasən R.Zeynalovun pulu ilə Qəbələ, Balakən və Zaqataladan Bakı bazarına şabalıd...

20 Oktyabr 2026, 18:00

Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi davam edir

Bakıda 13 il əvvəl qətlə yetirilən Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən Xəyal Əlizadənin məhkəmə prosesində şahid ifadə verib.Citypost.az Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndiriliən şəxsə əvvəlcə ifadə vermək təklif edilib.Xəyal Əlizadə isə şahidlərin dindirilməsindən sonra ifadə verəcəyini bildirib.Prosesdə şahid qismində dindirilən Pəri Qasımova deyib ki, hadisə olan günü həmin yerə yaxın olan qarajda olub:"Yoldaşım qarajda səliqə-səhman yaradırdı. Mən də əyləşmişdim. Gördüm iki nəfər dalaşır. Mən qışqıraraq yanımdakılara dedim ki, aralayın birdən nəsə olar. Sonra oğlanı bıçaqla vurduğunu gördük, vurandan sonra əlinin qanını silə-silə yanımızdan keçib getdi. Uşaq qışqırırdı ki, qoymayın ölüm. Oğlanı bir əli...

20 Oktyabr 2026, 17:37