Bizə yazın

Baku

-°C

USD

-

31 Türkiyə vətəndaşının Azərbaycana girişinə qadağa qoyulub

Cəmiyyət 21 Oktyabr 2026, 13:42

604

Xarici İşlər Nazirliyi Türkiyənin 31 vətəndaşını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.

Bu barədə Citypost.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, aşağıda qeyd edilən Türkiyə Respublikasının vətəndaşları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq “arzuolunmaz şəxslər” elan edilib və onların Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub:

Ahmet Barış İyison – İyison Medya şirkətinin və Gazeteciabi layihəsinin rəhbəri

Cem Özyurt – Bloger

Akın Duru – TV8 və Acunmedya əməkdaşı

Dursun Eker – Jurnalist, File Prodüksiyon Hizmetleri

Adem Özköse – Jurnalist, siyasi analitik, yazıçı

Muhammed Emin Yıldırım – “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul təmsilçisi

Cüneyt Sezer – Bloger, sosioloq, publisist və siyasi analitik

Serhat Koyuncu – İctimai xadim

Mikail Ayyıldız – Dini yazar və araşdırmaçı

Ahi Aratoğlu – Araşdırmaçı yazar, şair və sosioloq

Muharrem Çavuş – AK Parti Boğaziçi Gençlik Kolları Başkanı (2020-2025)

Fatih Erbakan – Yeniden Refah Partiyasının sədri

Yahya Uğraş – HÜDA PAR Partiyasının sədr müavini

Aydın Binboğa – İqtisadçı, siyasətçi

Hakkı Eren – “Köklü Değişim” jurnalisti

Sait Seyitoğlu – HÜDA PAR partiyasının Batman maliyyə və inzibati işlər şöbəsinin rəhbəri

Mehmet Boynukalın – Marmara Universiteti İlahiyat professoru, Ayasofya İmam-Hatibi

Okan Aytaş – Jurnalist, Finansopia Medya şirkətinin sahibi

Mert Armağan – Jurnalist

Yaşar Yavuz – Yeni Şafak, Diriliş Postası, Referans jurnalist

Ahmet Sırrı Arvas – Şair, jurnalist, yazıçı

Yusuf Kaplan – Yazıçı, jurnalist

Erdinc Teğmen – Erte Medya’nın sahibi

Ahmet Çakar – İdman şərhçisi, keçmiş futbol hakimi

Halil Atakan Ay – İlahiyyatçı

İsmail Kılıçarslan – TV NET, “Yeni Şafak” qəzeti

Murat Şahin – Akıt TV- də proqram aparıcısı

İrfan Kaya Ülger – Akıt TV- də proqram aparıcısı

Fatin Dağistanlı – Akıt TV- də proqram aparıcısı

Ömer Ulutaş – Toprak partiyasının sədri

Ömer Faruk Gergerlioğlu – Millət vəkili

XİN-dən o da bildirilib ki, Azərbaycan Respublikasına qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yadıma Natiq bəyin "Sev" romanı düşdü

Dostumuz Natiq Məmmədlinin bu yaxınlarda "Sev" adlı bir romanı nəşr olundu. Mövzusu bu idi ki, banqladeşli iki gənc fərqli dini inancdan olduqları və evlənərlərsə ölümlə cəzalandırılacaqları üçün qaçıb gəlib  Azərbaycanda evləniblər. Müəllifin dediyinə görə, hadisə həqiqətən baş vermiş və miqrasiya idarəsində qeydə alınmış hadisədir. İndi oxuyanda ki, iki banqladeşli gənci Məkkədə öpüşdükləri üçün edam edib, meyitlərini də vətənlərinə göndəriblər, yadıma Natiq bəyin "Sev" romanı düşdü. Gənclər, oxuyun o romanı və seçim edin: milyonların inancımı,  milyonların sevgisimi?...

21 Oktyabr 2026, 14:05

Ölməyimi bilirəm -Ağacəfər HƏSƏNLİ

Ölməyimi bilirəm,ovcumun içi kimi.Durnanın yad ölkəyə məcburi köçü kimi.Fələk cümə axşamıgünahı bağışlamır. Bel bağladım, oxşamır–qapıda elçi kimi. Asta yerişində tox,usta girişindən qorx...Nə "hə" deyir, nə də "yox",–qaraçı falçı kimi.Qoca deyil, cavandı,məsləhəti əyandı. Şirin nitqi rəvandı–pərgardı dilçi kimi.Qızdırmam nəfəs kəsir,qarşımı səhvən kəsir. Mübarək kəfən kəsir–son ölçü-biçi kimi.

21 Oktyabr 2026, 13:03

Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, filosof və mütəfəkkir şair Xəlil Rza Ulutürk milli-demokratik hərəkatımızın yorulmaz mücahidlərindən idi. O, Azərbaycan ədəbiyyatında türkçülük, azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından olub. Xəlil Rza Ulutürk çoxlarından fərqli olaraq poeziyada şəxsiyyətini, şəxsiyyətində isə poeziyasındakı amallarını gerçəkləşdirmiş şairlərdəndir.Citypost.az xəbər verir ki, bu gün Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasının 92-ci ildönümü tamam olur.Azərbaycanın görkəmli şairi Xəlil Rza Ulutürk 1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində anadan olub. Ona babası Xəlil öz adını verib. Xəlil qayğı və nəvazişlə böyüyüb. Yeddi yaşı olanda 2 nömrəli Salyan rayon orta məktəbində təhsil almağa başlayıb. Məktəb illəri Xəlilin bədii...

21 Oktyabr 2026, 12:58

Azərbaycanlı çoban Ermənistana keçib - İDDİA 

Ermənistanla sərhədi keçərək bu ölkənin ərazisinə daxil olan azərbaycanlı çobanın saxlanıldığı iddia olunur.Citypost.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Berd şəhərindəki mənbələr bildirib.Yerli sakinlərin bildirdiyinə görə, çoban Tavuş vilayətinin Çinari kəndi istiqamətində sərhədi keçib.İlkin məlumata əsasən, o, hərbi polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.Xəbər Ermənistanın bir sıra KİV-lərində də tirajlanıb.Ermənistan Müdafiə Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.Tavuş vilayətindəki icmalardan birinin rəhbəri “NewsTV5”yə açıqlamasında hadisə barədə eşitdiyini, lakin dəqiq məlumatının olmadığını bildirib.“Bizim rayonun meşələrindən keçərək gəlib”, – deyə icma rəhbəri qeyd edib.Ermənistan Milli Təhlükəsizlik Xidmətindən məsələni dəqiqləşdirərək məlumat veriləcəyi bildirilib. (Modern.az)...

21 Oktyabr 2026, 12:39

DYP təmirlə bağlı sürücülərə müraciət etdi 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Quba–Bakı avtomobil yolunda aparılan təmirlə bağlı sürücülərə müraciət edib.Citypost.az xəbər verir ki, müraciətdə deyilir ki, hazırda Quba–Bakı avtomobil yolunun Ekoloji Nəzarət Stasionar Postundan Sulutəpə istiqamətində olan hissəsində aidiyyəti qurum tərəfindən təmir-bərpa işləri aparılır."Bununla əlaqədar qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Yolun günün sonunadək bağlı olacağı nəzərdə tutulur. Sürücülərdən alternativ olaraq Xocəsən dairəsindən Sulutəpə istiqamətində hərəkət etmələri, müvəqqəti yol nişanlarının tələblərinə əməl etmələri xahiş olunur.Ərazidə hərəkətin təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat axınının nizamlanması üçün yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür",- müraciətdə qeyd edilib....

21 Oktyabr 2026, 12:38

Məktəblərdə “TikTok”a giriş məhdudlaşdırılıb

Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb.Citypost.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib.Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub:"Həmin görüntülər cinayət, narkotik, şiddət və s. məzmunlar daşıyırdı. Təbii ki, bu məhdudlaşma təkcə məktəblə bitməməlidir. Ailədə də uşaqların bu kimi məzmunlardan və platformalardan uzaq durmasına nəzarət edilməlidir"....

21 Oktyabr 2026, 12:09