Bizə yazın

Baku

-°C

USD

-

Hüseyn Cavidin anadan olduğu gündür

Cəmiyyət 24 Oktyabr 2026, 14:13

550

Bu gün  Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin (1882–1941) anadan olduğu gündür. "Şərqin Şekspiri", "Cavid Əfəndi" təxəllüsləri ilə anılan ədibimizin əsl adı və soyadı Hüseyn Rasizadədir. Hüseyn Cavid Azərbaycan Respublikasının sabiq Baş Naziri Artur Rasizadə ilə qohumluq əlaqələrinə malikdir. 

Hüseyn Cavid daha çox dramaturq kimi  tanınmış və ədəbiyyat xəzinəmizə bir-birindən dəyərli dram əsərləri bəxş etmişdir. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Ana" pyesi H.Cavidin dramatik növdə yazdığı ilk əsəridir. Ümumən H.Cavidin dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. O, "Şeyx Sənan" əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. 1920-1930-cu illərdə Hüseyn Cavid "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" kimi bir sıra tarixi dramlar yazmışdır. Bununla yanaşı, H.Cavid həm də zəngin lirik, lirik-epik yaradıcılığa malikdir. 

Təəssüf ki, Stalin repressiyasının "dalğası" H.Caviddən yan keçməmiş, ədib 8 il müddətinə İrkutsk vilayətinin Tayşet rayonunda islah əmək düşərgəsinə məhkum edilməklə sürgün olunmuşdur. O, 1941-ci ildə  məhz burada dünyasını dəyişmişdir. Ölümündən sonra, daha dəqiq desək,  1956-cı il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət almışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə H.Cavidin məzarı illər sonra Naxçıvana gətirilmiş və "Cavid məqbərəsi" adlı yerdə dəfn edilmişdir. 

Ruhun şad, məkanın cənnət olsun, Cavid Əfəndi!

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda leysan yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

24 Oktyabr 2026, 14:52

Kafedəki davada saxlanılan deputat oğlunun FOTOSU

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub.Citypost.az  Unikala istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

24 Oktyabr 2026, 14:10

Kəmaləddin Heydərov baş leytenanta yeni vəzifə verdi 

Fövqəladə Hallar Nazirliyində yeni təyinat baş tutub.Citypost.az  Yurdmedia-ya istinadən xəbər verir ki, İbrahim Məsimov FHN Dövlət Yanğından Mühafizə Xidmətində Yanğından mühafizə bölməsinin rəisi vəzifəsinə təyin edilib.  Baş leytenant İbrahim Məsimov 2022-ci ildən yeni təyinata qədər qurumda növbə rəisi vəzifəsində çalışıb.

24 Oktyabr 2026, 13:56

Cəlilabad bələdiyyəsinə yeni sədr seçildi

Cəlilabad bələdiyyəsinin rəhbərliyində dəyişiklik olub.Citypost.az Modern.az-a istinadən, bələdiyyədə keçirilən iclasda sədr müavini Rafiq Rüstəmov yeni sədr seçilib. Bu barədə özü xəbəri saytımıza təsdiqləyib.O, səs çoxluğu ilə yeni vəzifəyə layiq görülüb.Qeyd edək ki, bələdiyyənin əvvəlki sədri Vahid Mirzəyev Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bu səbəbdən o, bələdiyyə sədri vəzifəsindən istefa verib....

24 Oktyabr 2026, 13:39

BDYPİ sürücülərə xəbərdarlıq edib

Hazırda Azərbaycanda müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, eləcə də həftəsonu avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənildiyindən sürücülərə diqqətli olmaları tövsiyə edilib.APA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.Bildirilib ki, xüsusilə gecə və səhər saatlarında dumanlı və çiskinli hava şəraiti yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu isə sürücülərin digər hərəkət iştirakçılarını, yol nişanlarını, nişanlama xətlərini və nizamlayıcı vasitələri vaxtında görməsinə maneə yaradır.BDYPİ həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, sürücülərə əlverişsiz hava şəraitində daha diqqətli olmağı, sürət həddini yol şəraitinə uyğun seçməyi və texniki cəhətdən nasaz nəqliyyat...

24 Oktyabr 2026, 13:20

Eh,niyə yadından çıxardın məni - Xatirə Rəhimbəyli

Eh,niyə yadından çıxardın məni,Məni taleyindən niyə qovladın ?!Üstünə qaçmağa,daldalanmağa ,Yadında qalmağa bir kimsəm yoxdu...Sənin taleyində çoxmu şuluqdum ,Çoxmu nadinc idim bəxtində,zalım ?!Zülümlə,zillətlə düşürüb məni ,Kimə yer elədin taxtında,zalım ?!Daha ürəkləri döyəcəyim yox,Açıb qapısını girəcəyim yox..Ta işıq gələnə gedə bilmərəm ,Sevgin həsrətinin div gözləriymiş,Ah,niyə demədin vaxtında ,zalım ?!Yoox ,nahaq yadından çıxardın məni ,Nahaq küçələrə atdın eşqimi!Yox ,nahaq elədin dərbədər məni,Sən nahaq incitdin bu qədər məni!!!Eh,niyə yadından çıxardın məni,Məni taleyindən niyə qovladın ?!Üstünə qaçmağa,daldalanmağa ,Yadında qalmağa bir kimsəm yoxdu...1999,Ağcabədi....

24 Oktyabr 2026, 13:20