Bizə yazın

Baku

-°C

USD

-

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət 24 Oktyabr 2026, 13:20

671

Hazırda Azərbaycanda müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, eləcə də həftəsonu avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənildiyindən sürücülərə diqqətli olmaları tövsiyə edilib.

APA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, xüsusilə gecə və səhər saatlarında dumanlı və çiskinli hava şəraiti yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu isə sürücülərin digər hərəkət iştirakçılarını, yol nişanlarını, nişanlama xətlərini və nizamlayıcı vasitələri vaxtında görməsinə maneə yaradır.

BDYPİ həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, sürücülərə əlverişsiz hava şəraitində daha diqqətli olmağı, sürət həddini yol şəraitinə uyğun seçməyi və texniki cəhətdən nasaz nəqliyyat vasitələri ilə yola çıxmamağı tövsiyə edib.

Həmçinin dayanma, durma, parklanma, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyin vacibliyi vurğulanıb.

İdarə hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına riayət etməyə və təhlükəsizliyə biganə qalmamağa çağırıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hüseyn Cavidin anadan olduğu gündür

Bu gün  Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin (1882–1941) anadan olduğu gündür. "Şərqin Şekspiri", "Cavid Əfəndi" təxəllüsləri ilə anılan ədibimizin əsl adı və soyadı Hüseyn Rasizadədir. Hüseyn Cavid Azərbaycan Respublikasının sabiq Baş Naziri Artur Rasizadə ilə qohumluq əlaqələrinə malikdir. Hüseyn Cavid daha çox dramaturq kimi  tanınmış və ədəbiyyat xəzinəmizə bir-birindən dəyərli dram əsərləri bəxş etmişdir. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan...

24 Oktyabr 2026, 14:13

Kafedəki davada saxlanılan deputat oğlunun FOTOSU

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub.Citypost.az  Unikala istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

24 Oktyabr 2026, 14:10

Kəmaləddin Heydərov baş leytenanta yeni vəzifə verdi 

Fövqəladə Hallar Nazirliyində yeni təyinat baş tutub.Citypost.az  Yurdmedia-ya istinadən xəbər verir ki, İbrahim Məsimov FHN Dövlət Yanğından Mühafizə Xidmətində Yanğından mühafizə bölməsinin rəisi vəzifəsinə təyin edilib.  Baş leytenant İbrahim Məsimov 2022-ci ildən yeni təyinata qədər qurumda növbə rəisi vəzifəsində çalışıb.

24 Oktyabr 2026, 13:56

Cəlilabad bələdiyyəsinə yeni sədr seçildi

Cəlilabad bələdiyyəsinin rəhbərliyində dəyişiklik olub.Citypost.az Modern.az-a istinadən, bələdiyyədə keçirilən iclasda sədr müavini Rafiq Rüstəmov yeni sədr seçilib. Bu barədə özü xəbəri saytımıza təsdiqləyib.O, səs çoxluğu ilə yeni vəzifəyə layiq görülüb.Qeyd edək ki, bələdiyyənin əvvəlki sədri Vahid Mirzəyev Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bu səbəbdən o, bələdiyyə sədri vəzifəsindən istefa verib....

24 Oktyabr 2026, 13:39

Eh,niyə yadından çıxardın məni - Xatirə Rəhimbəyli

Eh,niyə yadından çıxardın məni,Məni taleyindən niyə qovladın ?!Üstünə qaçmağa,daldalanmağa ,Yadında qalmağa bir kimsəm yoxdu...Sənin taleyində çoxmu şuluqdum ,Çoxmu nadinc idim bəxtində,zalım ?!Zülümlə,zillətlə düşürüb məni ,Kimə yer elədin taxtında,zalım ?!Daha ürəkləri döyəcəyim yox,Açıb qapısını girəcəyim yox..Ta işıq gələnə gedə bilmərəm ,Sevgin həsrətinin div gözləriymiş,Ah,niyə demədin vaxtında ,zalım ?!Yoox ,nahaq yadından çıxardın məni ,Nahaq küçələrə atdın eşqimi!Yox ,nahaq elədin dərbədər məni,Sən nahaq incitdin bu qədər məni!!!Eh,niyə yadından çıxardın məni,Məni taleyindən niyə qovladın ?!Üstünə qaçmağa,daldalanmağa ,Yadında qalmağa bir kimsəm yoxdu...1999,Ağcabədi....

24 Oktyabr 2026, 13:20

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək.Havanın temperaturu gecə 15-17° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, şərq rayonlarında isə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-21° isti,...

24 Oktyabr 2026, 12:47