NATO: Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndənin təyinatı prosesi yekunlaşır
Dünya 15 Yanvar 2026, 18:21
250
NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsinin təyinatı prosesi yekunlaşır.
Bu barədə NATO-nun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
“Cənubi Qafqaz və Qara dəniz regionları müttəfiq ölkələrin ümumi təhlükəsizliyi üçün vacibdir. Bu, Azərbaycan da daxil olmaqla, regiondakı bir sıra ölkələrlə uzunmüddətli tərəfdaşlıqlarımızda öz təzahürünü tapır. Hərbi blokun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsinin təyin olunması prosesi artıq yekunlaşır. Bir müddətdən sonra məsələ ilə bağlı daha ətraflı məlumat verəcəyik”, - qeyd olunub.
Həmçinin oxuyun
Qeyd edək ki, Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon APA-ya müsahibəsində NATO-nun yaxın zamanda Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin etməyi planlaşdırdığını bildirib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Rejim dəyişikliyi baş verərsə, vəziyyət hansı istiqamətdə dəyişə bilər?
İran bir neçə gündür ki,gərgin anlar yaşayır.Sözsüz ki,qonşu ölkədə yaşananlar Azərbaycanda da müzakirə mövzusudur.Mövzu ilə bağlı CityPost.az politoloq Turan Rzayevlə həmsöhbət olub.– Hazırda konkret olaraq hansı bölgələrdə aktivlik müşahidə olunur?Politoloqun sözlərinə görə,hazırda Urmiyə, Xoy, Maku kimi şəhərlərdə aksiyalar qeydə alınır. Lakin Təbriz, Marağa və Ərdəbil kimi strateji şəhərlər hələlik gözləmə mövqeyindədir və proseslərə açıq şəkildə qoşulmayıblar.– Rejim dəyişikliyi baş verərsə, vəziyyət hansı istiqamətdə dəyişə bilər?"Əgər İranda rejim dəyişərsə və hazırda alternativ kimi görünən Pəhləvi ailəsi hakimiyyətə gələrsə, vəziyyət kəskin şəkildə dəyişə bilər. Bu istiqamətdə ABŞ-də müəyyən təmasların olduğu, həmçinin İsrailin də rejim dəyişikliyində maraqlı olduğu məlumdur.Güney Azərbaycan üçün “qırmızı xətt”...
15 Yanvar 2026, 14:30
Rusiya Ukraynaya növbəti dəfə zərbələr endirib
Rusiya yanvarın 15-i gecə saatlarında Ukraynanın enerji infrastrukturuna yeni zərbələr endirib, nəticədə Xarkov və Jitomir vilayətlərindəki yaşayış məntəqələri elektriksiz qalıb.Bu barədə "RBK-Ukrayna" ölkənin Energetika Nazirliyinə istinadən məlumat yayıb."Rusiya növbəti dəfə enerji infrastrukturuna zərbələr endirdi. Nəticədə Jitomir və Xarkov vilayətlərində istehlakçılar elektriksiz qalıb", - məlumatda bildirilib.Qurumdan qeyd edilib ki, qəza-bərpa işləri davam etdirilir.
15 Yanvar 2026, 14:12
ABŞ Venesuela neftinin ilk partiyasını 500 mln. dollara satıb
ABŞ müsadirə etdiyi Venesuela neftinin ilk partiyasını 500 milyon dollar məbləğində satıb.CityPost.az xəbər verir ki, bu barədə "Semafor" portalı öz mənbələrinə istinadən məlumat yayıb.Məlumata görə, neft satışından əldə edilən gəlir ABŞ-ın nəzarətində olan bank hesablarında saxlanılır və bu hesabların əsas mərkəzi Qətərdədir.Portala danışan adının açıqlanmasını istəməyən amerikalı rəsminin sözlərinə görə, Qətər Vaşinqton üçün neytral maliyyə platforması hesab olunur və bu da vəsaitlərin təhlükəsiz şəkildə köçürülməsi və saxlanmasına, onların mümkün müsadirə riskindən qorunmasına imkan verir....
15 Yanvar 2026, 11:10
Fransa Qrenlandiyaya qoşun GÖNDƏRİR
Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Danimarkanın təşkil etdiyi və NATO çərçivəsində keçiriləcək birgə hərbi təlimlərdə iştirak edəcəyini açıqlayıb. Citypost.az xəbər verir ki, Fransa prezidenti bu barədə X sosial şəbəkəsində paylaşım edib. Makronun sözlərinə görə, Qrenlandiyada keçiriləcək təlimlər “Arktik Dözümlülük” adlanır və Fransa Silahlı Qüvvələrinin ilk bölmələri artıq təlimlərin keçiriləcəyi əraziyə doğru yola düşüb.Fransa prezidenti bildirib ki, bu iştirak NATO üzrə müttəfiqlərlə əməkdaşlığın gücləndirilməsinə və Arktika regionunda təhlükəsizliyin təmin olunmasına xidmət edir.Onun sözlərinə əsasən, ilk hərbi bölmələrdən sonra əlavə kontingentlərin də bölgəyə göndərilməsi planlaşdırılır. Bu isə müxtəlif iqlim və taktiki şəraitdə genişmiqyaslı hərbi təlimlərin keçirilməsinə imkan verəcək. ...
15 Yanvar 2026, 10:08
İrandakı etirazlarda ölənlərin sayı 2 600-ü keçib, 18 mindən çox nümayişçi saxlanılıb
İranda keçirilən etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində ölənlərin sayı 2 615-ə yüksəlib, 18 470 nəfər isə həbs edilib.CityPost.az xəbər verir ki, bu rəqəmlər "Human Rights Activist News Agency" (HRANA) təşkilatının aksiyaların 18-ci gününün yekunlarına dair hesabatında öz əksini tapıb.Ölənlərdən 13-nün uşaq, 14-nün isə aksiyalarda iştirak etməyən mülki şəxslər olduğu bildirilib. 153 təhlükəsizlik qüvvəsi əməkdaşının öldüyü vurğulanan məlumatda 882 ölüm halı ilə bağlı araşdırmanın davam etdiyi qeyd olunub.Məlumata görə, yanvarın 14-də ölkə üzrə 31 vilayətin 187 şəhərində 617 etiraz aksiyası qeydə alınıb.Qeyd edək ki, İranda dekabrın 28-də milli valyutanın qəfil kəskin dəyər itirməsindən sonra etirazlar başlayıb....
15 Yanvar 2026, 09:37
Dünya Müsəlman Alimlər Birliyi Başçısı İsrailə qarşı birlik ÇAĞIRIŞI edib
Dünya Müsəlman Alimlər Birliyi Başçısı Əli Muhyiddin Əl-Qaradaği İsrailin Qəzzədə atəşkəs razılaşmasını pozmasına və hücumlarını davam etdirməsinə görə İslam dünyasını birliyə çağırıb.Citypost.az xəbər verir ki, Qaradaği, Qətərin paytaxtı Dohada yerləşən Dünya Müsəlman Alimlər Birliyinin baş qərargahında Anadolu Agentliyinə açıqlamasında, İsrailin keçmişdə imzaladığı heç bir razılaşmaya sadiq qalmadığını xatırladıb və Qəzzədəki son atəşkəsin bunun ən açıq nümunəsi olduğunu bildirib. O, İslam dünyasının dağınıq və parçalanmış strukturunun İsrail qarşısında caydırıcılığını zəiflədiyini vurğulayaraq deyib:"Bu gün İslam dünyasının üzərinə düşən vacib məsələ güclü olmaqdır. İsrailin atəşkəs razılaşmasının şərtlərinə əməl etməsini təmin edəcək və pozuntularına imkan verməyəcək qədər güclü olmalıyıq. İşğalçı İsraili yalnız İslam dünyasının birliyi...
14 Yanvar 2026, 16:14