Yazıçılar Birliyindəki Rauf Aslanov kimdir?- Müşavir,yoxsa,sələmçi...
Cəmiyyət 29 Dekabr 2025, 16:04
25154
Son günlər Azərbaycan Yazıçılar Birliyində (AYB) baş verən kadr dəyişikliyi təkcə ədəbi cameədə deyil, ümumilikdə ictimai-siyasi müstəvidə ciddi suallar doğurub. Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri, 48 yaşlı şair Sayman Aruzun vəzifədən kənarlaşdırılaraq onun yerinə 79 yaşlı Xalq şairi Sabir Rüstəmxanlının təyin edilməsi cəmiyyətdə haqlı təəccüb və narazılıqla qarşılanıb.
CityPost.az xəbər verir ki, məsələ təkcə yaş fərqində və ya şəxslərin kimliyində deyil. Sual doğuran əsas məqam bu qərarın necə, hansı əsaslarla və hansı təsirlərlə qəbul edilməsidir. Aparılan araşdırmalar göstərir ki, son illər Sayman Aruz sistemli şəkildə müxtəlif hücumlara məruz qalıb. Onun dövlət maraqlarına uyğun fəaliyyəti, xüsusilə Güney Azərbaycan mövzusunda prinsipial mövqeyi bəzi daxili və xarici dairələri ciddi şəkildə narahat edib.
Məhz belə bir fiqurun Yazıçılar Birliyindən uzaqlaşdırılması nəinki məntiqsiz, hətta təhlükəli presedent kimi dəyərləndirilməlidir. Daha da maraqlısı odur ki, bu qərardan bir neçə gün əvvəl bəzi xəbər saytlarında adları və soyadları bilinməyən şəxslərin Azərbaycan Yazıçılar Birliyinə müraciət edərək “Sayman Aruz bizi təmsil edə bilməz” məzmunlu məktub ünvanladıqları barədə məlumatlar yayılıb. Suallar da məhz buradan başlayır.
İctimaiyyəti narahat edən əsas məqam budur: Azərbaycan Yazıçılar Birliyində verilən qərarlar hansı ölkənin və hansı mərkəzin maraqları ilə uzlaşır? Əgər İrandan yönləndirilən, kimliyi bəlli olmayan müraciətlər əsasında Azərbaycanda fəaliyyət göstərən bir qurumda kadr dəyişiklikləri edilirsə, bu artıq sıradan təşkilati məsələ deyil, milli təhlükəsizlik müstəvisində qiymətləndirilməli ciddi siqnaldır.
“Azərbaycan Reallığı” saytının yazdığına görə,bu prosesdə AYB sədri Anarın mövqeyi də ayrıca sual doğurur. Onun bu açıq-aşkar mübahisəli qərara göz yumması yazıçı cameəsi daxilində ciddi narazılıq yaradıb. Təsadüfi deyil ki, tanınmış şair-publisist Mübariz Məsimoğlu özünün “Facebook” hesabında kəskin mövqe sərgiləyərək yazıb:
“Deyəsən, Azərbaycan Yazıçılar Birliyini Həmid Herisçi İrandan idarə edir. Belə olmasaydı, Anar qurultayın seçdiyi Saymanı vəzifəsindən götürüb katibliyin qərarı ilə Həmidi onun yerinə təyin etməzdi”.
Bu fikir emosional çıxışdan daha çox, cəmiyyətdə formalaşan real narahatlığın ifadəsidir. Əgər qurultayın seçdiyi şəxs heç bir rəsmi izahat verilmədən, qeyri-şəffaf mexanizmlərlə vəzifədən uzaqlaşdırılırsa, bu, AYB daxilində institusional böhranın göstəricisidir.
Artıq bu məsələ nə ədəbi intriqa, nə də daxili narazılıq kimi təqdim edilə bilər. Bu qərar istər hüquq-mühafizə orqanları, istərsə də müvafiq dövlət qurumları tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Əgər Azərbaycan Yazıçılar Birliyində qəbul edilən addımlar xarici təsirlərlə, xüsusilə də İran mərkəzli maraqlarla uzlaşırsa, bu, artıq açıq təhlükə siqnalıdır və gecikdirilmədən adekvat reaksiya verilməlidir.
Oxu24.com -un araşdırması zamanı məlum olub ki,Azərbaycan Yazıçılar Birliyinin Nizamnaməsinə uyğun olaraq AYB Sədrinin bir müşaviri ola bilər.Müşavir qurultayda səsvermə yolu ilə seçilir.AYB Sədrinin hazırda iki müşaviri var.Onlar Sayman Aruz və Rauf Aslanovdur.
Baş müşavir kimi təqdim olunan Rauf Aslanov barəsində mətbuatda zaman-zaman qalmaqallı xəbərlər yer alıb. Rauf Aslanovuna adı mediada tez-tez AYB üzvlərinin mənzil hüquqlarını tapdamaqda,AYB sədri Anarın hökümət telefonlarından şəxsi işləri üçün istifadə etməkdə və uzun illər sələmçilik fəaliyyəti ilə məşğul olmaqda hallanıb.O,həmçinin AYB-də Mənzil Komissiyasının sədridir.
Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən çıxan şair İlham Qəhrəman Rauf Aslanov barəsində mediada sərt ittihamlar səsləndirib. O,”Kulis.az” saytına verdiyi müsahibəsində Aslanovu “Anarın şəxsi makleri” adlandırıb.
Həmçinin oxuyun
Fotoda İlham Qəhrəmandır
“Raufun mənə dediyini olduğu kimi yazıram: "Evin qiyməti 150 mindir, gör, neynirsən..."
Yazıçılar Birliyindən çıxmaq haqda ərizə verəndən 1 ay sonra Raufa zəng etdim, məni 27 il üzv olduğum qurumdan ona inanıb hər şeydən məhrum olduğumu deyəndə, həmin sözü bir də təkrar etdi: "Məndən incimə, evin qiyməti 150 mindir..."
Mənim 150 minim olsaydı, elə bazardan balalarıma ev alaram, daha Anarın insafına bel bağlamaram. Mən nadir hallarda AYB-nə gedərdim. Bununla belə, haçan Raufun kabinetində olurdumsa, ancaq gələn zənglərə cavab verirdi: "Yevro remontdur, dənizə panoramı var və s." deyə İlham Qəhrəman müsahibəsində qeyd edir.
Göründüyü kimi,Azərbaycan Yazıçılar Birliyində dərin böhran baş verir.
Oxu24.com baş verənlərlə bağlı yazıda adı hallanan Rauf Aslanovla əlaqə saxlayıb.O,suallara ətraflı cavab verə bilməyəcəyini qeyd edib.
“Bu gün son iş günüdür.İşlərimiz çoxdur.Nizamnamədə bir müşavir olduğu yazılıb.Digər məsələləri kadrlar şöbəsi ilə əlaqə saxlayın”,-deyə o bildirib.
AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzazadə də məsələyə münasibət bildirib.O,sədrin iki müşaviri ola bilərmi sualına cavab olaraq bildirib ki,katibliyin qərarı ilə və daxili əmrlə bu mümkündür
Mövzuya daha ətraflı araşdırma apardıqdan sonra qayıdacağıq.
Miri Məcidli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yarışla əlaqədar müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Sentyabrın 5-də Bakıda keçiriləcək İRONMAN70.3 yarışı ilə əlaqədar paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə əsasən, 13 müntəzəm marşrutun (5, 6, 53, 72, 88, 120A, 125, 149, 149E, 164, 195, 205 və E1 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.Məlumata görə, 72, 120A, 125, 149, 149E, 205, E1 nömrəli marşrutların “Azneft dairəsi” istiqamətində hərəkəti Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu – İpək yolu – Mikayıl Müşfiq küçəsi – Nəriman Nərimanov prospekti – Mehdi Hüseyn küçəsi – Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi – Niyazi küçəsi ilə təşkil ediləcək.Eyni zamanda,...
04 Sentyabr 2026, 21:19
Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürüldü
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb."Unikal" xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib:“Əziz Murad!Hamımız sənin tezliklə sağalmağını arzulayırıq. Sən güclü insansan və biz inanırıq ki, sən bu sınaqdan mütləq üzüağ çıxacaq və qalib gələcəksən. Azərbaycana sənin kimi istedadlı, işıqlı və öz sənətinə sadiq insanlar gərəkdir. Düşüncələrimiz, dualarımız və ən xoş arzularımız bu gün səninlədir.Xüsusilə ən çətin anlarında sənətkarlarımıza göstərdikləri diqqət, qayğı və dəstəyə görə möhtərəm cənab Prezidentə və hörmətli Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk.Allah sənə...
04 Sentyabr 2026, 19:34
Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt, Gəncə şəhərləri və Salyan rayonunda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.Araşdırma zamanı Bakı şəhəri Nizami rayonunun Özbəkistan və Şirin Mirzəyev küçələrində, Nəsimi rayonunun Novruzov qardaşları küçəsi 75 ünvanında, Yasamal rayonunun Mətbuat prospektində, Sumqayıt şəhərinin Səməd Vurğun və C.Cabbarlı küçələrində, eləcə də Nizami küçəsi ilə Polad Həşimov küçəsinin kəsişməsində, Gəncə şəhərinin 3-cü mikrorayon ərazisində və Salyan rayonunun inzibati ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 199 620 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət...
04 Sentyabr 2026, 19:08
AYNA yolların xətlənməsinə 37 milyon manat xərcləyəcək
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən respublika ərazisində yollarda xətlənmə işlərinin satın alınması ilə bağlı açıq tender elan edilib.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, tenderin yekun qiyməti 36 milyon 795 min manat təşkil edib.Sənədlərdə göstərilən işlər arasında 2 milyon kvadratmetr düz xəttin (soyuq boya) çəkilməsi, 100 kvadratmetr düz xəttin (termoplastik isti boya) çəkilməsi, 49 458 kvadratmetr soyuq boya ilə əl işləri, 41 min kvadratmetr xəttin su jeti texnikası ilə silinməsi, 2 min kvadratmetr xəttin qara boya ilə silinməsi, 130 kvadratmetr yerə yapışan simvolların tətbiqi və digər işlər yer alır....
04 Sentyabr 2026, 18:50
Zahid Oruc BAMF-ın 34 illiyini TƏBRİK ETDİ
Xəbər verdiyimiz kimi, bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaranmasından 34 il ötür.CityPost.az bildirir ki, bu münasibətlə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc BAMF prezidenti Umud Mirzəyevə zəng edərək təbriklərini çatdırıb.Zahid Oruc təbrikində Umud Mirzəyevin şəxsiyyətinin rəhbərlik etdiyi təşkilatın fəaliyyətində də əks olunduğunu bildirib.“İnsan özü necədirsə, rəhbərlik etdiyi təşkilat da həqiqətən elə olur. Mən bilirəm ki, Umud müəllim necə bir insandırsa, onun rəhbərlik etdiyi təşkilat da elədir: aydındır, safdır, şəffafdır, qəlbi təmizdir. Təşkilatın da qəlbi təmizdir”, – deyə o qeyd edib.Parlamentari Umud Mirzəyevin illər ərzində beynəlxalq aləmdə qazandığı dostluqlara da...
04 Sentyabr 2026, 18:30
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
"Bakı Metropoliteni" QSC-nin paytaxtın Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası "20 Sentyabr" adlandırılacaq.Citypost.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yeni qərar qəbul edib.Baş nazir Əli Əsədovun imzaladığı qərar 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğu nəzərə alınaraq, Prezident İlham Əliyevin təşəbbüsünə əsasən qəbul olunub.Bakı Şəhər İcra Hakimiyyəti və səhmdar cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etməlidir....
04 Sentyabr 2026, 18:11