Bizə yazın

Baku

-°C

USD

-

İlk azərbaycanlı şəfqət bacısı və ali təhsilli qadın kim olub?  

Cəmiyyət 15 Yanvar 2026, 12:35

306

1871-ci ildə Tiflisdə anadan olan rus, fransız, ərəb, fars dillərini mükəmməl bilən Nigar Şıxlinskaya Zaqafqaziya Qızlar İnstitutunu bitirib.

CityPost.az  xəbər verir ki,1909-cu ildə general Əliağa Şıxlinski qohumlarına baş çəkmək üçün Tiflisə gəlir. Artilleriyanın bilicisi və banisi kimi Ə.Şıxlinski məzuniyyəti zamanı Nigar xanımla rastlaşır, tanış olur.

Qismətlərinə yazılan bu görüş və böyük sevgi, sonrakı həyat yollarını müəyyən edir. Nigar Şıxlinskaynın atası “Əliağa hərbçidi, hər gün bir başqa şəhərdə xidmətə göndəriləcək” deyə qızını varlı və yaşlı tacirə ərə verir. Bir oğlu olan Nigar xanımın çox keçmir ki, əri ölür və dul qalır. Rus-Yapon Müharibəsində ağır yaralanaraq Vətənə qayıdandan sonra Əliağa Şıxlinski bütün təpkilərə baxmayaraq sevgi savaşında da qalib gələ bilir. Nigar xanım ağlı, biliyi və müasir dünya görüşü ilə görkəmli sərkərdənin həyat dostuna çevrilir.

Birinci Dünya Savaşı başlayanda Nigar xanım yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin ilk sədri seçilir. Çox keçmədən onun başçılıq etdiyi xəstəxana “Şıxlinskaya Xəstəxanası” kimi məşhurlaşıb, şöhrət tapır. Azərbaycanda Ə.Şıxlinski və F.Xoyskinin təşəbbüsü ilə təsis edilən Qızıl Aypara Cəmiyyətinin Şəfqət Tibb Xidmətinin banisi olur. Dul qadınların, ailədən məhrum olan uşaqların haqlarını qoruyan məqalələr yazan Nigar xanımın bir daha övladı olmur. Bakıya qayıtdıqdan sonra Nigar Şıxlinskaya dilimizdə olan ərəb, fars sözlərini mümkün qədər əvəz edib, Azərbaycan Ədəbiyyatına aid məqalələr də yazır. 1931-ci il avqustun 12-də Nigar Şıxlinskaya həyatla həmişəlik vidalaşır. 

“Həm səadətim, həm də səhhətim onunla getdi. Bir yerdə keçən 22 illik həyatımın səmasında bir bulud ləkəsi belə görünmədi. Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın” deyən Ə.Şıxlinski Nigar xanımın yanında dəfn olunmasını vəsiyyət edir. Şair qəlbli general Ə.Şıxlinski Nigar xanıma yazdığı “Ey sevdiyim, ey dilbərim” şeirinin iki bəndinə görkəmli bəstəkar Üzeyir bəy Hacıbəyli romans bəstələyir. 

Müşərrəfxanım      

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nazirliyinin idarə rəisi vəzifəsindən azad edildi - FOTO 

Gənclər və İdman Nazirliyi Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev tutduğu vəzifədən azad olunub. CityPost.az  Teleqraf-a istinadən xəbər verir ki, onunla bağlanmış müqavilə uzadılmayıb. Qeyd edək ki, E.Quliyev Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin rəisi vəzifəsində 1 il 3 ay işləyib.

15 Yanvar 2026, 14:05

Sabah hava yağmursuz keçəcək - PROQNOZ 

Azərbaycanda yanvarın 16-da havanın yağmursuz keçəcəyi gözlənilir.CityPost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 75-80 %, gündüz 55-65 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 2-5°...

15 Yanvar 2026, 13:57

İrandakı hadisələr Rusiyanın mövqeyini daha da zəiflədə bilərmi? – Ekspert şərhi  

Xəbər verdiyimiz kimi,İranda günlərdir ki,siyasi gərginlik yaşanır.Etirazlar fonunda ölü sayı durmadan artır.İranda baş verənlər regiona necə təsir edəcək?Rusiyanı nələr gözləyir?Mövzu ilə bağlı  CityPost.az-a danışan  siyasi şərhçi Turan Rzayev hesab edir ki, İranda baş verən son hadisələr Rusiyanın onsuz da zəifləyən mövqeyinə ciddi təsir göstərə bilər. Onun sözlərinə görə, Rusiya hazırda İrandan, xüsusilə də “Shahed” tipli dronlar başda olmaqla, bir sıra silah növləri alır.Ekspert vurğulayır ki, hərçənd Rusiya özü də silah ixracatçısıdır, müharibənin yazılmamış qaydaları mövcuddur: müharibə şəraitində silah satışı əsasən dayandırılır və istehsal birbaşa cəbhə ehtiyaclarına yönəldilir. Bu baxımdan, İranda yaranmış qeyri-sabitlik dron ixracı və yanacaq tədarükü baxımından Rusiyaya ciddi...

15 Yanvar 2026, 12:43

Rafael Qvaladze vəfat edib

Konstitusiya Məhkəməsinin sabiq hakimi, əməkdar hüquqşünas Rafael Qvaladze vəfat edib.CityPost.az  xəbər verir ki, o, yanvarın 15-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.Qeyd edək ki, Rafael Sergeyeviç Qvaladze fəaliyyəti dövründə “Əməkdar hüquqşünas” fəxri adına layiq görülüb, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

15 Yanvar 2026, 12:23

Misir Mərdanovdan Mehdiyevin xanımı ilə bağlı AÇIQLAMA 

Son günlər sabiq təhsil naziri Misir Mərdanovun ətrafında söhbətlər səngimək bilmir. Yayılan iddialara görə, Misir Mərdanov Bakı Dövlət Universitetinin Hesablama riyaziyyat kafedrasında Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanı kafedra müdiri postunda əvəzləyəcək.Maraqlı burasındadır ki, universitetin rəsmi səhifəsində Hesablama riyaziyyat kafedrasına başqa şəxsin rəhbərlik etdiyi məlum olur, Qalina Mehdiyevanın adına rast gəlmək mümkün deyil.CityPost.az  xəbər verir ki, Oxu.Az-ın əməkdaşı söhbətlərə tam aydınlıq gətirmək üçün Misir Mərdanovla əlaqə saxlayıb:"Məndən bir cümlə alıb yüz yerə yozurlar. Heç nə danışmaq istəmirəm, siz düz yazsanız da, başqaları cümlələri götürüb dəyişirlər. Başım sakit yaşayıram. Nə deyirlər, bilmirəm. Mən öz işimi davam etdirirəm. Harada işləyəcəyimi də özüm...

15 Yanvar 2026, 11:42

AAYDA: Gecə və səhər yollar qardan və buzdan təmizlənib 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar avtomobil yollarında hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirib.Bu barədə  agentlikdən məlumat verilib.Dağlıq və dağətəyi ərazilərdən keçən respublika və yerli əhəmiyyətli avtomobil yollarında yolun hərəkət hissəsindən qarın təmizlənməsi və buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər fasiləsiz şəkildə gecə boyu və səhər saatlarında həyata keçirilib.Qarın intensiv yağdığı, eləcə də buzlaşmanın yarandığı ərazilərə xüsusi texnikalar - qar təmizləyən maşınlar, duz-qum səpən avadanlıqlar, eləcə də kifayət qədər canlı qüvvə cəlb olunub. Görülən tədbirlər nəticəsində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin edilib.Hazırda AAYDA-nın yol...

15 Yanvar 2026, 11:33