Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 15 Yanvar 2026, 16:49
216
Sabah Bakının Yasamal və Suraxanı rayonlarının bəzi ərazilərində təbii qazın verilişində fasilə yaranacaq.
Bu barədə CityPost.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Həmçinin oxuyun
Bildirilib ki, paytaxtın Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi, həmçinin Suraxanı rayonu, Hövsan qəsəbəsində qaz sızmaları aradan qaldırılacaq. Bu işlərlə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
COVID-19-la mübarizə aparan həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadılıb
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.CityPost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2026-cı il aprelin 1-dək veriləcək.Əvvəl bu müddət 2026-cı il yanvarın 1-dək müəyyən edilmişdi.Qeyd edək ki, COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji...
15 Yanvar 2026, 17:58
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirib
Yanvarın 15-də Azərbaycan və Ermənistan nümayəndələri tərəfindən Sədərək-Yerasx dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış keçirilib.Nazirlər Kabinetindən bildirilib ki, bu baxışın məqsədi müvafiq infrastrukturun bərpası tədbirlərinin yerinə yetirilməsi məqsədilə xüsusi dəmir yolu tikintisi texnikasının hərəkəti üçün həmin dəmir yolu sahəsinin texniki cəhətdən yararlılığının qiymətləndirilməsi olub.Tərəflər keçirilən baxış çərçivəsində həmin sahədə dəmir yolu infrastrukturunun texniki vəziyyətinin qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar....
15 Yanvar 2026, 17:26
İlham Əliyev onu vəzifəsindən azad etdi - FOTO
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəzindən azad edilib.CİtyPost.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb.Qeyd edək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifələrində çalışıb.
15 Yanvar 2026, 16:36
Azərbaycandan soyuq hava dalğası keçəcək - XƏBƏRDARLIQ
Azəraycanda yanvarın 15-i axşam, 16-da gözlənilən qısa fasilədən sonra 17-si gündüzdən ikinci soyuq hava dalğası keçəcək.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu yanvarın 22-dək davam edəcək.Sözügedən dövrdə hava şəraiti yenidən yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.Bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da yağıntıların sulu qara keçəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, minimal temperatur Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq rayonlarda 5-10 dərəcə, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq.Bakının...
15 Yanvar 2026, 15:58
Binəqədidə binada yanğın başlayıb
Bakının Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın başlayıb.Bu barədə CityPost.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
15 Yanvar 2026, 15:25
Şahbaz Şərif İlham Əliyevə təşəkkür edib
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəsində ilk "ASAN xidmət" mərkəzinin açılışına dəstək verdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.Citypost.az Pakistan mediasına istinadən xəbər verir ki, Baş nazir bunu bu gün mərkəzin açılış mərasimində deyib.Hökumət başçısı "ASAN xidmət"i vətəndaşyönümlü idarəetmə, dövlət xidmətlərinin keyfiyyətinin artırılması və biznes fəaliyyətinin sadələşdirilməsi istiqamətində mühüm addım adlandırıb.Onun sözlərinə görə, mərkəz Milli Məlumat Bazası və Qeydiyyat İdarəsi (NADRA), Xarici İşlər Nazirliyi, polis, Federal Vergi İdarəsi və digər qurumlar da daxil olmaqla bir sıra dövlət strukturlarını bir mərkəzdə birləşdirir ki, bu da xidmətləri effektiv, şəffaf və vətəndaşlar üçün rahat formada təqdim etməyə imkan verir.Ş.Şərif qeyd edib...
15 Yanvar 2026, 15:14