Bakıda 25 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb
Hadisə 15 Yanvar 2026, 10:08
176
Bakıda 25 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.
CityPost.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Rüstəm Şabanli oğlu İsmayılov yaşadığı Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 60 ünvanında hamam otağında çimərkən dəm qazından zəhərlənərək həyatını itirib.
Həmçinin oxuyun
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qardaş qardaşı BIÇAQLADI
Lənkəranda qardaş qardaşı bıçaqlayıb.Citypost.az xəbər verir ki, Lənkəran şəhər sakini Emral Mirzəyev aralarında yaranmış münaqişə zamanı qardaşı Semral Mirzəyevi bıçaqlayıb.Faktla bağlı cinayət işi başlanılıb.
15 Yanvar 2026, 10:06
“Brend marka” adı ilə satdığı saatlar saxta çıxdı - Polis saxladı
Paytaxtın Səbail rayonunda dələduzluq faktı qeydə alınıb.DİN-in Mətbuat xidmətindən bildirilib ki, zərərçəkən əvvəlcədən tanıdığı şəxsdən "brend marka" adı altında 2 ədəd qol saatı alıb və sonradan həmin məhsulların orijinal olmadığı ortaya çıxıb. Bu yolla vətəndaşın 5 200 manatı ələ keçirilib. Polis əməkdaşları qeyd olunan əməli törətməkdə şübhəli bilinən 41 yaşlı R.İsmayılovu saxlayıb.Rayon ərazisində yerləşən ticarət mərkəzlərinin birində isə talama cinayətinin qarşısı alınıb. Müştərinin mağazadan oğurluq etməyə cəhd göstərdiyindən şübhələnən satıcılar dərhal polisə məlumat verib və şübhəli bilinən 42 yaşlı A.Abışova saxlanılıb.Araşdırmalar aparılır....
14 Yanvar 2026, 19:29
Biləsivar notariatında miras qalmaqalı...Xanoğlan Məmmədov məsuliyyətə cəlb olundu
Biləsuvar rayonunda notariatla bağlı məhkəmə müstəvisinə daşınan bir iş müzakirələrə səbəb olub. Biləsuvar rayonunun sabiq notariusu Məmmədov Xanoğlan Rzaqulu oğlunun barəsində cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılır.İttiham tərəfi sabiq notariusu vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və səlahiyyət həddini aşma əməllərində təqsirləndirilir. Məsələnin əsas xətti isə miras işləri üzərində qurulub və diqqət mərkəzində məhz bu epizodlar dayanır.İstintaqın versiyasına görə, 2023-cü ildə iki ayrı fakt üzrə digər vərəsələrin mövcudluğu barədə məlumatların nəzərə alınmadığı, nəticədə vərəsəlik şəhadətnaməsinin miras qoyanın övladlarından yalnız birinə verildiyi iddia edilir. Qeyd olunur ki, bu addım həmin şəxsin digər varislər qarşısında üstün vəziyyətə gətirilməsi ilə nəticələnib.İşin ən çox...
14 Yanvar 2026, 19:01
Qusarda avtoxuliqanlıq edən sürücü tutulub
Qusar rayonunda yol hərəkəti qaydalarına riayət olunmasının təşviqi, hərəkət iştirakçılarının maarifləndirilməsi və yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.DİN-in Mətbuat xidmətinin Quba Regional qrupundan APA-ya verilən məlumata görə, Qusar Rayon Polis İdarəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydaları kobud şəkildə pozaraq avtoxuliqanlıq edən daha bir sürücü - 28 yaşlı Tural Qasımov saxlanılıb. Onun idarə etdiyi "VAZ 2106" markalı 38-BX-530 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını davamlı şəkildə pozduğu təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.Araşdırma zamanı sürücünün avtoxuliqanlıq edən zaman narkotik vasitə və spirtli içkinin təsiri altında olduğu...
14 Yanvar 2026, 14:16
Efiopiyada turistlərə hücum: iki Türkiyə vətəndaşı HƏLAK OLDU
Efiopiyada turistik səfər zamanı həyata keçirilən hücum nəticəsində Türkiyə vətəndaşları Erdoğan Akbulak və Cengizhan Güngör, eləcə də efiopiyalı sürücü həyatını itirib.Citypost.az xəbər verir ki, Türkiyənin Addis-Abebadakı səfiri Berk Baranın bildirdiyinə görə, hadisə yanvarın 12-də Efiopiyanın Cənub Millətlər və Xalqlar Regionunda, “Tum” şəhərinə yaxın kənd ərazisində baş verib. Turist qrupunda olan digər iki Türkiyə vətəndaşı isə hücumdan xilas olmağı bacarıb.Səfirin sözlərinə görə, sağ qalanlar və həlak olanların nəşləri Addis-Abebaya gətirilib, nəşlərin bu gecə “Türk Hava Yolları” ilə İstanbula göndərilməsi planlaşdırılır.Berk Baran bildirib ki, Efiopiya rəsmiləri hadisə ilə bağlı dərhal əlaqə saxlayaraq başsağlığı verib və araşdırma üçün xüsusi işçi qrupu yaradılıb. Hücumun...
14 Yanvar 2026, 11:44
Polis onlarla bağlı tədbirlər gördü
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.Bu barədə CityPost.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.Yanvarın 13-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 9 avtomat silahı, 3 tapança, 2 qumbaraatan, 5 qumbara, 26 tüfəng, 18 patron darağı və 1286 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər....
14 Yanvar 2026, 11:12