Məzarı övladı ilə yanaşı olan ANA - Bu gün doğum günüdür
Cəmiyyət 12 Yanvar 2026, 14:55
5470
Vətən Müharibəsinin ilk günü bir ailənin 5 üzvünün Ermənistan silahlı birləşmələri tərəfindən qətlə yetirilməsi bütün ölkə üçün sarsıdıcı xəbər olmuşdu.
CityPost.az xatırladır ki, dinc Azərbaycan əhalisini hədəfə alan erməni silahlılar 2020-ci ilin sentyabrın 27-si toplarla Naftalan şəhəri Qaşaltı kəndini atəşə tutdular.
Nəticədə həmin kəndin sakinləri Qurbanov Elbrus (baba), həyat yoldaşı Qurbanova Şəfayət (nənə), gəlini Əmirova Afaq (Şəhriyarın anası) və nəvələri 14 yaşlı Qurbanova Fidan və 13 yaşlı Qurbanov Şəhriyar həlak oldular.
Ailənin başçısı isə hərbçi olduğu üçün həmin an cəbhədə döyüşlərdə iştirak etdiyinə görə sağ qalmışdı.
CityPost.az xəbər verir ki, bu gün həmin hadisə zamanı həlak olan Afaq Əmirovanın doğum günüdür.
Həmçinin oxuyun
O,ailənin gəlini idi.Övladları ilə birlikdə dünyasını dəyişmişdi.
Əmirova Afaq Dəmir qızı 12 yanvar 1981-ci ildə Goranboy rayonu Qaşaltı kəndində anadan olub.
Yaşasaydı,bu gün 45 yaşını qeyd edəcəkdi.Ancaq erməni terroru ona bu doğum gününü qeyd etməyə imkan vermədi.
Hazırladı: Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Cənab Prezident, icazə versəniz, yaxınlaşardım” - Müşavirədə maraqlı dialoq
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib. Müşavirədə çıxış edənlərdən biri də Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov olub.Citypost.az xəbərinə görə, o, görülən işlərlə bağlı çıxış edən zaman Prezidentə bir xahişlə müraciət edib.- Möhtərəm cənab Prezident, bu proqramın hazırlanmasını şərtləndirən amilləri və onun əsas tərkib hissəsi olan istiqamətləri göstərmək üçün icazənizlə təqdimata keçmək istərdim. İcazə versəniz, cənab Prezident, yaxınlaşardım.Prezident İlham Əliyev:- Buyurun.Zaur Mikayılov:- Möhtərəm cənab Prezident, əvvəlcə Bakı şəhərində və Abşeron yarımadasında bugünkü sosial-iqtisadi inkişaf və...
12 Yanvar 2026, 17:53
Azərbaycanda havanın temperaturu 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yanvarın 13-ü axşamdan 14-ü axşamadək qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan 14-ü axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, 13-dən 14-nə keçən gecə və 14-də ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Azərbaycanın rayonlarında yanvarın 13-ü günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 15-i axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Əsasən dağlıq və dağətəyi...
12 Yanvar 2026, 17:41
Bakı və Abşeronda su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiqlənib
Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı təsdiq edilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirəcək və icrasına nəzarət edəcək, eləcə də tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verəcək.Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilmə mexanizmlərinə uyğun olaraq hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi...
12 Yanvar 2026, 17:34
Sabah Şirvan şəhərində 4 700-dən çox abonent qazsız qalacaq
Sabah Şirvan şəhərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, Şirvan şəhəri Naxçıvan küçəsində yerləşən 1 264 mənzilli, 25 binadan ibarət "MİDA" MMC yaşayış kompleksinin təbii qazla təmin olunması məqsədilə yeni çəkilmiş qaz xəttinin texniki şərtə əsasən "Şirvan Əhali" ölçü qovşağından qidalanan diametri 530 mm-lik mövcud kollektora birləşdiriləcək.Bu məqsədlə saat 10:00-dan etibarən işlər başa çatanadək Şirvan şəhərinin bir hissəsində (ümumi 4 705 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır....
12 Yanvar 2026, 17:27
Bakının mərkəzində yağış suları ilə bağlı problemlərin həlli üçün yeni sistemlər qurulacaq
İntensiv yağışlar zamanı Bakı şəhərinin mərkəzində yaranan problemlərin aradan qaldırılması məqsədilə yeni yağış suları sistemlərinin qurulması planlaşdırılır.Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.O qeyd edib ki, Bakı şəhərində 30 küçə üzrə yeni yağış suları sistemlərinin tikintisi nəzərdə tutulur: "Bu çərçivədə ilk mərhələdə həmin layihələrin texniki-iqtisadi əsaslandırması hazırlanacaq, daha sonra isə icrasına başlanılacaq. Bu tədbirlər şəhər mərkəzində yaranan əsas problemlərin aradan qaldırılmasına xidmət edəcək".ADSEA sədri xatırladıb ki, 2025-ci ilin aprel ayında Bakıda son 60 ildə...
12 Yanvar 2026, 17:12
Prezident: Elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə edib
İyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu.Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında söyləyib.Dövlətimizin başçısı bildirib: “Biz bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik. İlk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir”....
12 Yanvar 2026, 16:30