Bizə yazın

Baku

-°C

USD

-

Sabah bu yerlərə lopa-lopa qar yağacaq, 16 dərəcə şaxta olacaq- hava PROQNOZU 

Cəmiyyət 14 Yanvar 2026, 22:59

220

Yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında fasilələrlə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtdan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 11-16° şaxta, gündüz 2-5° şaxta olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hər səhər içdiyiniz suya bunları əlavə etsəniz tənəffüsünüz dəyişəcək!

Tənəffüs sisteminin sağlam işləməsi ümumi sağlamlıq və həyat keyfiyyəti üçün son dərəcə vacibdir. Ancaq müasir həyat tərzi, hava çirkliliyi, qidalanma pozuntuları və fiziki hərəkətsizlik səbəbindən nəfəs alma qabiliyyətimiz zəifləyə bilər. Bu problemi aradan qaldırmaq üçün mürəkkəb dərmanlara qaçmadan əvvəl daha təbii və gündəlik üsulları sınaqdan keçirmək mümkündür. Bu bloqda hər səhər içdiyiniz adi suya sadəcə bir neçə təbii əlavə etməklə tənəffüs keyfiyyətinizi necə dəyişə biləcəyinizi izah edəcəyik. Bu əlavələr həm nəfəs yollarını təmizləyir, həm bəlğəmi azaldır, həm də ağciyərləri qoruyur. Üstəlik, bu üsullar ev şəraitində asanlıqla və ucuz başa gələn texnikalardır. Səhər su içmək onsuz da bədənin oyanmasına kömək edir;...

14 Yanvar 2026, 23:27

Tək qalmaq istəyi tənbəllik deyil – Bunu necə açıqlayaq?

Tək qalmaq istəyi çox zaman insanlar tərəfindən yanlış başa düşülür və bu vəziyyət tez-tez tənbəllik, sosial bacarıq çatışmazlığı və ya hətta motivasiya yoxluğu ilə əlaqələndirilir. Əslində isə tək qalmaq istəyi insanın daxili ehtiyaclarının, şəxsi enerji idarəsinin və emosional balansının bir hissəsi ola bilər. Hər kəsin sosiallaşma limiti fərqlidir və bu limitin aşılması zehni və emosional yorğunluğa gətirib çıxara bilər. Tək qalmaq, öz düşüncələrinə qulaq asmaq və daxili sükunəti qorumaq yaradıcılığı və məhsuldarlığı artıran vacib bir amildir. Bir çox insan tək qaldığında düşüncələrini təhlil etmək, həyat planlarını gözdən keçirmək və özünü daha dərindən tanımaq imkanı tapır. Sosial cəmiyyətin yaratdığı “həmişə aktiv...

14 Yanvar 2026, 23:25

Azərbaycanda bu şəxslər hər ay 140 manat müavinət ala bilər 

Ailə başçısını itirmiş və 18 yaşınadək əlilliyi müəyyən edilmiş, hazırda isə 18 yaşdan yuxarı əlilliyi olan şəxslər üçün dövlət tərəfindən sosial müavinət təyin edilir.BAKU.WS-in məlumatına görə, mövcud qaydalara əsasən, bu kateqoriyaya aid şəxslərə aylıq 140 manat məbləğində maddi dəstək göstərilir.Müavinətin təyin olunması üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, eləcə də ailə başçısının vəfatını təsdiq edən rəsmi sənəd tələb olunur. Ailə başçısı itkin düşmüş və ya ölmüş elan edilibsə, bu barədə məhkəmə qərarı təqdim edilməlidir. Müraciətin nümayəndə vasitəsilə edilməsi zamanı isə nümayəndənin səlahiyyətlərini təsdiqləyən etibarnamə və ya qəyyumluq sənədi də əlavə olunmalıdır.Qanunvericiliyə görə, bu sosial müavinət yalnız Azərbaycan vətəndaşlarına deyil, eyni...

14 Yanvar 2026, 23:18

Naxçıvanda iki türkiyəli tələbə dəm qazından zəhərlənərək ölüb 

Naxçıvanda iki tələbə dəm qazından zəhərlənərək ölüb.Hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb.Məlumata görə, Ahmet və Büşra adlı tələbələr Türkiyə vətəndaşlarıdır.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.

14 Yanvar 2026, 22:19

Prezident onu bu nazirliyə müavin təyin etdi - FOTO 

Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib.CityPost.az   APA-ya istinadən xəbər verir ki, bu barədə müvafiq Sərəncam imzalanıb.Qeyd edək ki, A.Bayramov uzun müddət idi ki, maliyyə nazirinin müavini vəzifəsində çalışırdı. O, xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.

14 Yanvar 2026, 21:39

Əziz ADAM... 

Axırıncı dəfə onunla illər öncə görüşmüşdük. Onda saçı qapqara, yaraşıqlı cavan idi. Dünən təsadüfən əlimə düşən bu şəklinə baxıb xeyli dəyişdiyinin şahidi oldum. Yaşı elə çox olmasa da yavaş-yavaş ahıllığa doğru yol gedir...Sabir Abdin həmişə mənə əziz adam olub. Bildiyimə görə, doğmalığı da çatır. Onun ata nənəsi ilə mənim ata babam qan qohumu olublar. Yazılı tərcüməyi halı onu daha çox prokuror, hüquqşünas kimi təqdim etsə də, əslində o, gözəl şairdir...... Sabir Məzlumağa oğlu Abdinov 1962-ci ilin yanvar ayının 16-da Bakı şəhərində anadan olub. 1979-cu ildə Yardımlı rayonunda orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İxtisasca hüquqşünasdır. Uzun...

14 Yanvar 2026, 21:05