Bizə yazın

Baku

-°C

USD

-

Abdullayevlər sülaləsinin 4 generalı üzə çıxdı  -DOSYE

Cəmiyyət 16 Dekabr 2025, 15:18

17257

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.

Prezident İlham Əliyevin Sərəncamı ilə general-mayor Adil Ələsgər oğlu Abdullayevə "general-leytenant" ali hərbi rütbəsi verilib.

CityPost.az  xəbər verir  ki, 48 yaşlı A.Abdullayev ötən il fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini təyin edilib. O son təyinata qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

Abdullayev FHN-dən öncə Dövlət Gömrük Komitəsində Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.

Oxu24.com-un  əldə etdiyi məlumata görə,Abdullayevlər nəslində daha 3 general da var.

Onlar yeni general  rütbəsi almış Adil Abdullayevin əmiləridirlər.

Onlardan biri Qüdrət Abdullayev Fövqəladə Hallar  Nazirliyində    Baş Əməliyyat İdarəsinin rəisi vəzifəsini tutur.2008-ci ildən general-mayor ali rütbəsini daşıyır.

O,həmçinin  1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Fotoda Əsgər Abdullayevdir

Adil  Abdullayevin general rütbəsi daşıyan digər əmisi isə Əsgər Abdullayevdir. Onun sonuncu vəzifəsi Dövlət Gömrük Komitəsi sədrinin müavini olub. 2022-ci ilin dekabrında vəzifəsindən azad olunub.

Gömrük xidməti general-leytenantı rütbəsi daşıyır.

Abdullayevlər ailəsinin digər üzvü  Kəramət Abdullayevdir.O,da FHN-də mühüm post tutur.Kəramət Abdullayev həmçinin  Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunda direktor müavinidir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dövlət Turizm Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib 

Dövlət Turizm Agentliyinin kollegiyasının tərkibi təsdiqlənib.CityPost.az   xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Qərarla Dövlət Turizm Agentliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:Kollegiyanın sədriDövlət Turizm Agentliyinin sədriKollegiyanın üzvləri:Dövlət Turizm Agentliyi sədrinin müaviniDövlət Turizm Agentliyi Aparatının rəhbəriDövlət Turizm Agentliyi Aparatının Turizm siyasəti və strategiyası şöbəsinin müdiriDövlət Turizm Agentliyi Aparatının Mədəni irs və regional turizm şöbəsinin müdiriAzərbaycan Turizm və Menecment Universitetinin rektoruAzərbaycan Turizm Bürosu İdarə Heyətinin sədriDövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədriDövlət Turizm Agentliyinin tabeliyində Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzinin İcraçı direktoru....

02 Mart 2026, 21:19

Pensiyaçılara ŞAD XƏBƏR: Sovet dövründə iş stajınız varsa... 

Azərbaycanda pensiya təminatı ilə bağlı müzakirələr fonunda Sovet dövründə çalışmış vətəndaşların iş stajının pensiya hesablanmasına təsiri yenidən aktuallaşıb. Xüsusilə, yaşlı nəslin bir hissəsi hesab edir ki, SSRİ illərində uzun müddət işləmələrinə baxmayaraq, aldıqları pensiya həmin əmək fəaliyyətini tam əks etdirmir. Bu səbəbdən sovet dövrü stajının yenidən qiymətləndirilməsi və pensiyaların artırılması məsələsi ictimai müzakirələrdə tez-tez səsləndirilir. Bəs, Azərbaycan pensiyaçıları üçün Sovet dövründəki iş stajının tanınması və pensiya artımı gələcəkdə mümkün ola bilərmi? CityPost.az  bildirir ki, mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov konkret.az-a açıqlamasında bildirib ki, əslində milli pensiya sistemi formalaşdırılarkən həmin dövrdəki əmək fəaliyyəti müəyyən formada nəzərə alınıb. R.Həsənov: “Exchange” açmaq üçün 50 min...

02 Mart 2026, 19:52

Ötən ay Elm və Təhsil Nazirliyinə 19 006 vətəndaş müraciəti olub 

Fevralın 16-dan 28-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 19 006 vətəndaş müraciəti daxil olub.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, müraciətlərin 2 473-ü elektron, 1 171-i yazılı qaydada, 12 442-si isə çağrı mərkəzləri vasitəsilə yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 920 müraciət qeydə alınıb.Qeyd edilib ki, müraciətlər olimpiada və müsabiqələr, “Rəqəmsal məktəb”, şagird yerdəyişməsi, təhsil tələbə kreditinə elektron müraciət və digər məsələlərlə bağlı olub....

02 Mart 2026, 17:57

İranın Gürcüstandakı səfirliyinin pəncərəsi sındırılıb, bir nəfər saxlanılıb 

İranın Gürcüstandakı səfirliyinin konsulluq şöbəsinin pəncərələrindən birinin şüşəsi sındırılıb.APA-nın yerli bürosu xəbər verir ki, bu barədə İranın Gürcüstandakı səfiri Əli Moujani məlumat yayıb.O, insidentin ötən gecə baş vediyini və faktla bağlı İran vətəndaşının saxlanıldığını bildirib.Səfir qeyd edib ki, yerli qanunvericiliyə uyğun olaraq saxlanılan şəxs 6 ay müddətinə həbsə alınacaq, daha sonra Gürcüstandan deportasiya olunacaq və ölkəyə girişi qadağan ediləcək.

02 Mart 2026, 17:43

Salyanda 356 evdə qaz kəsiləcək  

Sabah 14:00-dan etibarən Salyanda 356 abonentin qaz təchizatı dayandırılacaq.Citypost.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Bildirilib ki, buna səbəb Salyan şəhəri B.Talıblı küçəsində yaşayan vətəndaşa məxsus torpaq sahəsinin qarşısından keçən diametri 108 millimetr olan qaz xəttinin podratçı şirkət tərəfindən yerinin dəyişdirilməsidir.

02 Mart 2026, 17:30

İlham Əliyev Overçuku qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib.Citypost.az xəbər verir ki, görüş əsnasında Rusiya tərəfi regionda mürəkkəb və gərgin şərait fonunda Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində operativ köməyə görə Azərbaycan rəhbərliyinə səmimi təşəkkürünü bildirib.Azərbaycan-Rusiya münasibətlərinin gündəliyi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.Söhbət zamanı qeyd edilib ki, Azərbaycan və Rusiya liderlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə etdikləri razılaşmalara uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də “AZAL” təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaqlar.Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı iqtisadi-ticari,...

02 Mart 2026, 16:44