Bizə yazın

Baku

-°C

USD

-

Ağacları qurudub,sonra kəsirlər - Suraxanıdan ŞİKAYƏT

Hadisə 12 Noyabr 2025, 15:15

3916

Suraxanı Rayonu ərazisində yaşıllıqlar  baxımsızlıq ucbatından təhülkəli ilə üzləşib.

Bu barədə CityPost.az-a müraciət edən bir qrup sakin bildirib.

Sakinlərin bildirdiyinə görə,Surxayanı rayonu,Yeni Günəşli,”D masssivi” adlandırılan ərazidə yaşıllıqlar baxımsızlıq nəticəsində məhv olur.

Onların  dediklərinə görə,ərazidə yerləşən ağaclar lazımı qaydada sulanmadığı üçün kütləvi şəkildə quruma baş verir.

Bu isə ərazidə yaşayanları  narahat edir.Ərazidə yaşayan sakinlərin dediklərinə görə,son vaxtlar ağaclar kütləvi şəkildə quruduğundan onlar kəsilir və nəticədə yaşıllıq məhv olur.

Həmin ərazidən görüntüləri təqdim edirik:

Hazırladı: Fuad

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gəncədə qadın əri tərəfindən bıçaqlanıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 1966-cı il təvəllüdlü X.Məmmədli bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.Məlumata görə, X.Məmmədlini həyat yoldaşı 1965-ci il təvəllüdlü A.Məmmədov aralarında baş verən mübahisə zamanı bıçaqlayıb.Hazırda hadisəni törətməkdə şübhəli bilinən A.Məmmədovun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.Faktla bağlı araşdırma aparılır....

24 Oktyabr 2026, 13:10

Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb

Bakıda kütləvi dava olub.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb.Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.Qeyd edək ki, mediada yayılan məlumata görə, hadisə Xətai rayonu ərazisində baş verib. Bir nəfərin öldüyü bildirilir.

24 Oktyabr 2026, 11:38

Azərbaycanda ötən gün 50 şübhəli saxlanılıb

Oktyabrın 23-də Azərbaycanda polis tərəfindən cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin edilib.Axtarışda olduğuna görə ümumilikdə 127 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Bundan başqa, narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.Həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Dələduzluğa görə axtarışda olan...

24 Oktyabr 2026, 10:59

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb.Citypost.az , Zaqatala rayonunda yerləşən evdən pul oğurlanması barədə polisə məlumat daxil olub.Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R.Musayev müəyyən edilərək saxlanılıb.Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib.Faktla bağlı cinayət işi başlanılıb. R.Musayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

24 Oktyabr 2026, 09:43

Şərurda anbarda dəhşətli hadisə: Ölü və yaralı var

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib.Citypost.az  Oxu.Az-a istinadən xəbər verir ki, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

23 Oktyabr 2026, 21:11

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb."Report"un Qərb bürosunun məlumatına görə, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib.Təxminən 20 dəqiqə sonra körpə vəfat edib.Faktla bağlı araşdırma başlanılıb.

23 Oktyabr 2026, 19:56