Qaradağda iki nəfərin öldüyü avtobus qəzası ilə bağlı cinayət işi başlanılıb
Hadisə 25 Dekabr 2025, 12:08
143
Qaradağda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.
Həmçinin oxuyun
Belə ki, "Suzuki" markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi "Mercedes" markalı avtobusla toqquşub.
Hadisə nəticəsində "Mercedes" markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib. Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
TƏBİB: Qaradağdakı qəzada 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb
Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər (bir kişi və bir qadın) ölüb, 9 nəfər xəsarət alıb.Bu barədə TƏBİB-dən bildirilib.Məlumata görə, hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.Qeyd edək ki, Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən 122 saylı marşrut avtobusu Sahil qəsəbəsi ərazisində qəzaya uğrayıb....
25 Dekabr 2025, 11:44
Sabirabadda kombayn körpüdən kanala aşıb, sürücü ölüb
Sabirabad rayonunda kombaynın körpüdən kanala aşması nəticəsində sürücü ölüb.Hadisə rayonun Sarxanbəyli kəndi ərazisində qeydə alınıb.1988-ci il təvəllüdlü Kərimov Nurlan Zəbulla oğlu idarə etdiyi pambıqyığan maşınla kollektor üzərindəki körpüdən keçərkən kanala aşıb.Hadisə zamanı sürücü ölüb.Faktla abağlı araşdırma aparılır.
25 Dekabr 2025, 10:23
Xaçmazda iki ildir axtarılan kişi qətlə yetirilibmiş - Saxlanılan var
Xaçmaz rayonunda 2023-cü ildə itkin düşən şəxsin qətlə yetirildiyi müəyyən olunub.“Qafqazinfo”nun məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1987-ci il təvəllüdlü Əmirəddin Əkbərovu ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Surəddin Həsənəliyev saxlanılıb.Ə.Əkbərov qətlə yetirildikdən sonra basdırıldığı yerdən aşkar edilərək çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.Şübhəli şəxsdən cinayət aləti olan ov tüfəngi götürülüb.Faktla bağlı araşdırmalar davam etdirilir.
24 Dekabr 2025, 22:55
Gürcüstan DTX-nın keçmiş rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) sabiq rəhbəri Qriqol Liluaşvili barəsində həbs qətimkan tədbiri seçilib.Hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.Liluaşvili qapalı keçirilən prosesdə iştirak etməyib. O, vəkili ilə göndərdiyi məktubunda bildirib ki, iş üzrə materiallarla tanış olmayana qədər iclasa qatılmayacaq.İş üzrə məhkəmə öncəsi dinləmə fevralın 16-na təyin olunub.Xatırladaq ki, Liluaşvili ötən gün saxlanılıb. O, xüsusilə külli miqdarda rüşvətxorluqda və “çağrı mərkəzləri”nin fəaliyyətinə himayədarlıqdan əldə olunan gəlirlərin müxalifətin maliyyələşdirilməsi üçün istifadə edilməsində ittiham olunur.Törədilmiş cinayət əməllərinə görə 11 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur....
24 Dekabr 2025, 21:20
Rusiyanın dron hücumları Ukraynanın neft obyektlərinə ciddi ziyan vurub
Ukraynanın "Naftoqaz" şirkətinin obyektlərindəki avadanlıqlar Rusiya Silahlı Qüvvələrinin iki gün davam edən dron hücumlarından sonra dayanıb.CityPost.az xəbər verir ki, bu barədə "Naftoqaz Ukrayna" milli səhmdar şirkətinin İdarə Heyətinin sədri Sergey Koretski sosial şəbəkədə bildirib.Onun sözlərinə görə, Rusiya son iki gün ərzində "Ukrnafta"nın istehsal obyektlərinə təxminən 100 dron buraxıb."Rusiya ikinci gündür ki, neft-qaz infrastrukturunu hədəf alır. Son iki gün ərzində "Ukrnafta"nın istehsal obyektlərinə təxminən 100 "Şahid" atılıb. Ciddi dağıntılar var. Avadanlıqlar işləmir. Xilasedicilər və şirkətin mütəxəssisləri bu hücumların nəticələrinin aradan qaldırılması istiqamətində işləyirlər", - S.Koretski qeyd edib....
24 Dekabr 2025, 13:51
Ruslan Eyyubovun sahildəki 15 hektarlıq bağ evi - Burada gizli liman var?
Dövlət Gömrük Komitəsi, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin adlarının hallandığı, 6,4 milyon manatdan artıq aksizsiz tütün qaçaqmalçılığı ilə bağlı istintaq fonunda diqqətlər indi daha bir sensasion məqama yönəlib. Söhbət bu iş üzrə həbs edilən əsas fiqurlardan biri, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubovun Xəzər dənizinin sahilində, Şüvəlan qəsəbəsində yerləşən 15 hektarlıq nəhəng ərazisindən gedir.CityPost.az Musavat.com-a istinadən xəbər verir ki, dənizin birbaşa sahilində yerləşən bu ərazinin yalnız 5 hektarı bağ evi və malikanə kimi istifadə olunur. Qalan 10 hektarlıq sahənin nə məqsədlə ayrıldığı, hansı infrastrukturun mövcud olduğu isə açıq...
24 Dekabr 2025, 12:07