Bizə yazın

Baku

-°C

USD

-

Yaponiya sahillərində güclü zəlzələ baş verib

Hadisə 13 Fevral 2026, 10:26

169

Yaponiya sahillərində 5,5 maqnitudalı zəlzələ baş verib.

CityPost.az-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumatına görə, yeraltı təkanlar Yaponiyanın cənubundakı Okinava prefekturası yaxınlığında qeydə alınıb.

Məlumata görə, zəlzələnin mərkəzi təxminən 300 min insanın yaşadığı Naha şəhərindən 106 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda 4-cü sinif şagirdi qəfil HƏYATINI itirdi

Bakıda məktəbli qəfil vəfat edib.Citypost.az məlumat verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.10 yaşlı Elcan Məmmədov yaşadığı evdə səhhətinin qəfil pisləşməsi səbəbindən dünyasını dəyişib.211 saylı orta məktəbin 4-cü sinif şagirdi olan Elcanın son günlər qripə yoluxduğu bildirilib.Faktla bağlı araşdırma aparılır. (“Qafqazinfo”)

13 Fevral 2026, 10:27

Tehranda evdə partlayış olub, üç nəfər yaralanıb

İranın paytaxtı Tehranda evdə baş verən partlayış nəticəsində üç nəfər yaralanıb.CityPost.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə Tehran bələdiyyəsinin yanğınsöndürmə və təhlükəsizlik təşkilatının nümayəndəsi Cəlal Maleki bildirib.Onun sözlərinə görə, hadisə şəhərin Mövləvi küçəsindəki yaşayış evində baş verib. Hadisə yerinə üç yanğınsöndürmə briqadası cəlb olunub. Partlayış zamanı iki gənc xilas edilib, üçüncü isə hadisə nəticəsində əmələ gələn dağıntılar altından çıxarılıb.Bildirilib ki, yanğın və partlayışa təbii qaz balonunun partlamasının səbəb olduğu ehtimal edilir....

13 Fevral 2026, 10:19

Çaylar necə yaranır?  

İnsanların əksəriyyəti çaya sadəcə axan su kimi baxırlar. Amma elmi baxımdan çaylar Yer kürəsinin ən səssiz, amma ən güclü qüvvələrindən biri sayılır. Əvvəlcə, maraqlı bir həqiqətə nəzər salaq. Axan çayların çoxu əslində öz yerlərində axmır... Alimlər müəyyən ediblər ki, çayların böyük hissəsi minlərlə il ərzində öz istiqamətlərini,yataqlarını  dəyişib, yəni bir vaxtlar başqa bir səmtə axan çay bu gün tamam fərqli yerdən keçir və ya əks tərəfə axır... Buna çay köçü də deyirlər. Daha qəribəsi isə bəzi çayların yerin altından axmasıdırı. Amma biz onları yerin səthində görürük, müşahidə edirik... Yeraltı çaylar yuxarı qalxır, çaylara qoşulurlar və çayların suyu artdığı halda heç...

12 Fevral 2026, 17:40

Bakı və Sabirabad sakinləri dəm qazından ölüb 

Baklıda 27 yaşlı kişi dəm qazından ölüb.Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.Məlumata görə, 1999-cu il təvəllüdlü Aleksandr Bayramov yaşadığı Bakıxanov qəsəbəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.Sabirabad rayonunda da dəm qazından ölüm hadisəsi qeydə alınıb. Fevralın 10-da 1966-cı il təvəllüdlü Nəzakət Əhmədova yaşadığı Qaratəpə kəndindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.Hər iki faktla bağlı araşdırma aparılır.

12 Fevral 2026, 11:22

Bakıda kişi yanaraq ölüb

Bakıda 37 yaşlı kişi yanaraq ölüb.CityPost.az  xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.1989-cu il təvəllüdlü Əfsun Xanlarov yaşadığı evdə öz ehtiyatsızlığı nəticəsində yanıq xəsarətləri alıb və hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.

12 Fevral 2026, 09:41

İmişlidə 15 kiloqram narkotik vasitə aşkarlanıb 

İmişlidə 15 kiloqram narkotik vasitə aşkarlanıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən Elvin Mustafayev və tanışı N.İsaxanova saxlanılıblar.Onlardan 15 kiloqram narkotik vasitə olan tiryək və marixuana aşkarlanıb. E.Mustafayev və N.İsxanova sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib....

11 Fevral 2026, 10:47