Bizə yazın

Baku

-°C

USD

-

Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşdu

Hadisə 17 Aprel 2026, 10:13

1282

Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunda yük və minik avtomobilləri toqquşub.

Citypost.az xəbər verir ki, hadisə yolun 90-cı kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb.

Quba istiqamətində hərəkətdə olan yük maşını idarəetmənin itirilməsi nəticəsində beton maneələrə çırpılaraq yolun əks tərəfinə çıxıb. Bundan sonra qarışdıdan gələn “VAZ 21015” markalı avtomobillə toqquşub.

Qəza zamanı minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər iki avtomobilə və yol təsərrüfatına ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. (Azərtac)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Lahıc yolunda qayalar yolun ortasına düşdü

İsmayıllı rayonu ərazisində uçqun hadisəsi qeydə alınıb.Citypost.az xəbər verir ki, bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.Hadisə zamanı Lahıc istiqamətindəki dağ yolunda iri qaya parçaları yola tökülüb

16 May 2026, 08:37

Bakıda məktəbdə şagirdlər arasında DAVA - hüquq-mühafizə orqanları araşdırma aparır 

Mayın 12-də 271 nömrəli tam orta ümumtəhsil məktəbinin sanitar qovşağında tənəffüs zamanı 2 nəfər IX sinif şagirdi (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) arasında münaqişə baş verib.271 nömrəli tam orta ümumtəhsil məktəbindən APA-ya verilən məlumata görə, bu barədə şagirdlər müəllim və məktəb rəhbərliyinə heç bir məlumat verməyib.Bildirilib ki, videogörüntü sosial şəbəkədə yayıldıqdan sonra məsələ məktəb rəhbərliyi tərəfindən araşdırılıb. Fiziki təzyiqə məruz qalan şagird heç bir xəsarət almayıb.“Məktəb rəhbərliyi tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Valideynlər məktəbə dəvət edilib, onlara övladlarının davranışlarına diqqətin artırılması və bu istiqamətdə məktəblə əməkdaşlığın gücləndirilməsi yönündə tövsiyələr verilib.Məktəb psixoloqu tərəfindən uşaqlarla bağlı müvafiq dəstəkləyici tədbirlərə başlanılıb.Elm və...

15 May 2026, 14:05

Ermənistanda Paşinyanı “xain” adlandıran bloqerə cinayət işi açılıb 

Ermənistan İstintaq Komitəsi Baş nazir Nikol Paşinyanı “xain” adlandıran bloqer Artak Avetisyan barəsində cinayət işi açıb və onun həbsi üçün məhkəməyə müraciət edib.Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.Məlumatına görə, Avetisyan mayın 12-də informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək nifrət, ayrı-seçkilik və düşmənçilik yaradan açıqlamalar verib.Bildirilib ki, bloqer həmin fikirləri “Facebook” sosial şəbəkəsində yayımladığı videoda səsləndirib.Komitənin açıqlamasında qeyd olunub ki, Avetisyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 329-cu maddəsi ilə ittiham irəli sürülüb.Maddə ictimai şəkildə nifrətin, ayrı-seçkiliyin və düşmənçiliyin yayılmasına görə 3 ildən 6 ilədək həbs cəzasını nəzərdə tutur....

14 May 2026, 21:22

Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib, gizlədilən silah tapılıb 

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.Ədliyyə Nazirliyndən Citypost.az daxil olan məlumata görə, nazirliyin Penitensiar xidmətinin əməliyyat aparatının DİN-in müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi ərazisində gizlədilmiş 1 ədəd "AKS-74U" markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 5.45 millimetrlik güllə aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma aparılır....

14 May 2026, 14:25

Qubada iki avtomobil toqquşub 

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.APA-nın Şimal bürosunun məlumatına görə, qəza rayonun Heydər Əliyev prospektində baş verib.Belə ki, iki “Mercedes” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində avtomobillərə ziyan dəyib.İlkin məlumata görə, qəza zamanı ciddi xəsarət alan olmayıb.

12 May 2026, 10:03

Lökbatandakı yanğında xəsarət qeydə alınmayıb

12.05.2026-cı il tarixində saat 01:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Qaradağ rayonu, Lökbatan qəsəbəsindən çağırış qeydə alınıb.Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Citypost.az-a verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.Saat 09:30 radələrinədək xəsarət qeydə alınmayıb.

12 May 2026, 09:52