Nəsimidə dərmandan zəhərlənən 66 yaşlı kişi həyatını itirdi
Hadisə 09 Mart 2026, 11:54
333
Bakıda dərmandan zəhərlənən 66 yaşlı kişi xəstəxanda ölüb.
Citypost.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.
Məlumata görə, 1960-cı il təvəllüdlü Tofiq Məmmədov yaşadığı 20 Yanvar küçəsindəki evdə dərmandan zəhərlənib. Xəstəxanaya çatdırılan kişi həmin gün orada infarktdan ölüb.
Həmçinin oxuyun
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Minik maşını hasara çırpıldı, 21 yaşlı sürücü öldü
Masallıda baş verən qəzada sürücü ölüb, sərnişin xəsarət alıb.Citypost.az xəbər verir ki, hadisə ötən gün gecə saatlarında Masallı rayonunun Mahmudavar kəndlərində baş verib.Masallı rayon sakini 2005-ci il təvəllüdlü Orxan Zamanov idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib.Avtomobil yolun kənarındakı daş hasara çırpılıb. Qəza nəticəsində sürücü O. Zamanov hadisə yerində ölüb.Avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.Faktla bağlı araşdırma aparılır....
09 Mart 2026, 12:34
Ötən həftə 67 nəfər xilas edilib
Ötən həftə 249 yanğın olub.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 249 yanğına çıxış, 39 halda köməksiz vəziyyətdə qalma və 6 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 26-sı azyaşlı olmaqla 67 nəfər xilas edilib, 3 nəfər təxliyə olunub, 4 nəfər xəsarət alıb, avtoqəzalar nəticəsində avtomobillərdə sıxılı qalmış 2 nəfərin meyiti çıxarılaraq təhvil verilib....
09 Mart 2026, 12:16
Cinayətdə şübhəli bilinən 97 nəfər saxlanıldı
Martın 7-də və 8-də ölkə ərazisində qeydə alınan 99, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Citypost.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 97 nəfər saxlanılıb....
09 Mart 2026, 11:53
Mingəçevirdə hərbçinin meyiti kirayədə yaşadığı evdə aşkarlandı
Mingəçevirdə hərbçinin meyiti kirayədə yaşadığı evdə aşkarlanıb.“Qafqazinfo” xəbər verir ki, hadisə Mingəçevir şəhərində “Energetiklər” adlanan yaşayış massivində qeydə alınıb.Meyiti aşkarlanan şəxsin Naxçıvan Muxtar Respublikası sakini olduğu və şəhərdə yerləşən N saylı hərbi hissədə xidmətdən artıq hərbi qulluqçu (MAXE) kimi xidmət etdiyi bildirilir.İlkin məlumata görə, yaşayış binasının 4-cü mərtəbəsində tapılan meyit həmin ünvanda kirayədə yaşayırmış. Onun üzərində hər hansı zorakılıq əlaməti müəyyən edilməyib.Faktla bağlı araşdırma başlanılıb, meyitin kimliyi və ölüm səbəbi dəqiqləşdirilir....
08 Mart 2026, 13:16
İranda yeni ali rəhbərlə bağlı konsensus əldə olunub
İranın Ekspertlər Şurası İslam Respublikasının ali rəhbərinin seçimi ilə bağlı konsensus əldə edib.Bu barədə Şuranın üzvü Məhəmməd-Mehdi Mirbaqeri bildirib."Ekspertlər Şurasının hörmətli üzvləri bu günlərdə ali dini lideri müəyyənləşdirmək üçün səy göstərdilər və etimadı doğrultdular. Allaha şükür, əksəriyyətin rəyini təşkil edən möhkəm və yekdil fikir formalaşıb", - o deyib.Mirbaqeri həmçinin qeyd edib ki, həll edilməli olan bəzi məsələlər qalır.Ekspertlər Şurasında Xuzistan əyalətini təmsil edən Əmirrza Hedayi sədri yeni liderin adını mümkün qədər tez açıqlamağa çağırıb. "Mehr" agentliyinin məlumatına görə, şura nümayəndələrinin əksəriyyəti bir nəfərin namizədliyi ilə razıdır və ictimaiyyət onun adının elan olunmasını tələb edir.Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail...
08 Mart 2026, 12:42
SEPAH xəbərdarlıq edib: Hörmüz boğazında ABŞ qüvvələrini gözləyirik
ABŞ qüvvələrinin Hörmüz boğazından tankerləri keçirməsini gözləyirik.C ityPost.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bu xəbərdarlıqla SEPAH-ın sözçüsü Əli Məhəmməd Naini çıxış edib.Bu xəbərdarlıq ABŞ-ın Enerji Departamentinin katibinin donanmanın boğazdan gəmiləri “mümkün olan ən qısa müddətdə” müşayiət etməyə hazırlaşdığını açıqlamasından sonra edilib.“Onların gəlməsini gözləyirik”, – Naini deyib.Qeyd edək ki, Hörmüz boğazı strateji əhəmiyyət daşıyır və bölgədə davam edən müharibə səbəbindən gəmilərin burada hərəkəti demək olar tam dayanıb....
07 Mart 2026, 10:56