Bizə yazın

Baku

-°C

USD

-

Elxan Şahinoğlu: Pezeşkianın zəngi vacib addımdır

Siyasət 09 Mart 2026, 11:49

766

Politoloq Elxan Şahinoğlu Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığını müsbət qiymətləndirib.

Citypost.az xəbər verir ki,politoloqun fikrincə, zəng dərhal məlum hadisədən sonra baş verməsə də, Pezeşkianın başsağlığı və İrana humanitar yardım niyyətini bildirməsi vacibdir.

Elxan Şahinoğlu qeyd edib ki, Pezeşkian Naxçıvanın dron atəşinə tutulması ilə bağlı insidentin araşdırılacağını vurğulayıb, hətta hadisənin İranla əlaqəsi olmadığını iddia etsə də, məsələni araşdırmaq vədinin önəmi böyükdür.Öz növbəsində İlham Əliyev İranda baş vermiş son hadisələrdə çoxsaylı mülki şəxslərin həlak olması ilə bağlı bir daha başsağlığı verib və bunun ölkəmizin qonşuda müharibənin əleyhinə olduğunu göstərdiyini vurğulayıb. Şahinoğlu əlavə edib ki, Azərbaycan heç bir qonşu ilə gərginlik istəmir və ortaq layihələrin, qarşılıqlı əməkdaşlığın tərəfdarıdır.

Mühüm nəticələrdən biri də telefon danışığından dərhal sonra Azərbaycan və İran arasında bütün növ nəqliyyat vasitələri ilə yüklərin daşınmasının bərpa olunmasıdır. Şahinoğlu vurğulayıb ki, İrandakı bütün qüvvələr Prezident Pezeşkianın Azərbaycanla tərəfdaş münasibətləri qurmaq səylərinə mane olmamalıdır. Əks halda, ölkəmizə qarşı təxribat davam edərsə, həm İran Prezidenti pis vəziyyətdə qalacaq, həm də Azərbaycanla bütün körpülər yandırılacaq və bunun ciddi mənfi nəticələri olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yeganə Hacıyeva: Azərbaycan-İran gərginliyi diplomatik addımlarla yumşalır

Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva Citypost.az-a bildirib ki, dövlətlər arasında diplomatik etimad, iqtisadi və enerji əməkdaşlığı üçün təhlükəsiz regional mühitin yaradılması vacibdir. Politoloqun  sözlərinə görə, regional təhlükəsizliyin əsas elementlərindən biri ölkələr arasında dini və siyasi hörmətin mövcudluğu və həssas məqamlarda bu iradənin nümayiş etdirilməsidir.Y.Hacıyeva qeyd edib ki, Naxçıvana edilən dron hücumu regional təhlükəsizlik mühitini gərginləşdirib, lakin Azərbaycan bu gərginliyi yumşaltmaq və dialoq imkanlarını qorumaq məqsədilə diplomatik və humanitar addımlar atır. Prezident İlham Əliyevin yeni dini lideri təbrik etməsi İranın dini və siyasi elitası ilə münasibətlərin normallaşdırılması istiqamətində atılan mühüm addımdır. Bu jest yalnız rəsmi protokol çərçivəsində deyil, həm...

10 Mart 2026, 14:40

İlham Əliyev Naxçıvan MR-in Konstitusiyasında dəyişiklikləri təsdiqlədi

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər təsdiqlənib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.Konstitusiya qanununda Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddə (maddə 3-1 və maddə 28-1) əlavə edilib, 1 maddə (maddə 5) çıxarılıb, bir sıra maddələrdə və Preambula hissədə isə dəyişikliklər edilib.Qanuna əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da əksini tapacaq.Konstitusiyaya əlavə edilən "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı 3-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının...

10 Mart 2026, 12:20

YAP İdarə Heyətinin iclası keçiriləcək 

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçiriləcək.APA-nın xəbərinə görə, iclas 12 mart tarixində təşkil olunacaq.

10 Mart 2026, 11:56

Elman Vəliyev: Azərbaycan balans siyasətini qoruyur

Konflikt analitik Elman Vəliyev Orta Şərqdə hazırda gedən müharibənin dünya neft bazarına böyük təsir göstərdiyini bildirib. Citypost.az xəbər verir ki, ekspertin analizinə görə, müharibə geosiyasi risklərin artması ilə enerji təchizatında qeyri-müəyyənlik yaradıb, nəticədə neft qiymətləri xeyli qalxıb ki, bu da dünya enerji bazarında ciddi dəyişikliklərə yol açır.O qeyd edib ki, bu vəziyyət Azərbaycan üçün müsbət impulslar verir. Bildirilib ki, dünya bazarında neftin qiymətinin artması Azərbaycan neftinin də yüksək qiymətləndirilməsinə təsir göstərir — son statistikaya görə, “Azeri Light” markalı neftin qiyməti 103 dollar səviyyəsinə yüksəlib ki, bu da bir çox prioritet rüblərlə müqayisədə əhəmiyyətli artımdır.Elman Vəliyev vurğulayıb ki, ABŞ “neft krallığı”...

10 Mart 2026, 10:55

Ekspert: İran ABŞ-ın geri çəkilməsindən istifadə edə bilər

Milli Cəbhə Partiyasının sədrinin müavini və siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ-İran münasibətləri ilə bağlı açıqlama yayıb.Citypost.az xəbər verir ki, ekspert bildirib ki, ABŞ-ın hazırkı vəziyyətdə atəşkəsə getməsi İranın qələbəsi kimi qiymətləndirilə bilər. Hazırda ABŞ İran ətrafında cəmləşdirdiyi aviadaşıyan gəmilərini 500–1000 km məsafəyə qədər geri çəkib. Eyni zamanda Körfəz ərəb ölkələrində yerləşən ABŞ hərbi bazaları İranın intensiv hücumlarına məruz qalır. ABŞ və İsrail isə İranı yüz kilometrlərlə uzaq məsafədən vurmağa davam edir.Məhəmməd Əsədullazadə xatırladıb ki, əvvəllər Yəməndə husiləri devirmək üçün Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələri quru əməliyyatı həyata keçirmiş, ABŞ və İsrail aviasiyası isə havadan zərbələr endirmişdi. Buna baxmayaraq, husiləri...

10 Mart 2026, 09:15

İlham Əliyev Müctəba Xameneyini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneyini təbrik edib.Citypost.az xəbər verir ki, təbrik mətnində deyilir:- Möhtərəm Ayətullah Xameneyi həzrətləri.İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.Atanız - İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinin faciəvi vəfatı ilə əlaqədar Sizə bir daha başsağlığımı ifadə edirəm.Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarası əlaqələrimizin xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı hörmət və etimad məcrasında inkişafı naminə birgə səylər göstərəcəyimizə ümidvar olduğumu bildirirəm.Bu yüksək təyinatla bağlı Sizə bir daha...

09 Mart 2026, 17:13