Şair Hafiz Baxışın anım günüdür
Hadisə 07 Sentyabr 2026, 11:31
3951
Unudulan unudulmaz...
Sentyabrın 7-si şair Hafiz Baxışın anım günüdür...
Sumqayıtda böyüyüb boya-başa çatdığım məhlə heç vaxt yadımdan çıxmır. Çox mehriban qonşularımız olub. Onlardan biri də əslən Zəngəzurun Qafan rayonunun Giratağ kəndindən olan Fazil dayı idi. Hansısa zavodda sex rəisi işləyirdi. Hər dəfə hyətimizdə ağ rəngdə "Niva" avtomobilini görəndə bilirdik ki, şair Hafiz Baxış yenə də Fazil dayının qonağıdır. Deyəsən, yaxın qohum idilər. Hər dəfə gələndə də xeyli onlarda oturar, hərdən birlikdə mənzilin eyvanına çıxıb həyətimizi seyr edərdilər. İndi nə Fazil dayı həyatdadır, nə də ki şair Hafiz Baxış...
...Hafiz Baxış 1932-ci il oktyabrın 15-də Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində anadan olmuşdu. Orta məktəbi 1950-ci ildə Qafan bölgəsinin Şəhərcik kəndində bitirmişdi. 1950–1952-ci illərdə Qovşud kəndində ibtidai sinif müəllimi işləmiş, 1952-1956-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatr və kino aktyorluğu fakultəsində təhsil almışdı. Tələbə ikən 1954-cü ildə Azərbaycan diviziyasında bədii özfəaliyyət dərnəyinin rəhbəri olmuşdu. 1956–1961-ci illərdə Sumqayıt şəhərində tərbiyəçi, pionerlər evinin və mədəniyyat sarayının direktoru vəzifəsində çalışıb.
1961-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, yüksək dərəcəli rejissor vəzifələrində işləyib. İlk şeirləri "Sosialist Sumqayıtı" qəzetində dərc olunub, "Samur-Dəvəçi kanalı" adlı ilk şeiri də həmin qəzetin 1957-ci il 9 fevral tarixli sayında, "Zirvə" adlı ilk poeması isə "Azərbaycan" jurnalının 1968-ci il 2-ci sayında çap olunub. Bundan sonra o altı poema qələmə alsa da lirik şair kimi tanınınıb. İyirmidən çox şeirinə musiqi bəstələnib. 1989-cu il sentyabrın 7-də vəfat edib...
Sonda, onun "Bizim dost itirən vaxtımız deyil" adlı məşhur şerini xatırlatmaqla ruhuna rəhmət diləyirəm:
Gəlin itirməyək dostları, qardaş!
Onsuz da çox deyil yaxşı dost, sirdaş.
Dostluq qalasından bir kərpic, bir daş
Uçurub aparır hər saat, hər il -
Bizim dost itirən vaxtımız deyil!
Bir könül həmdəmi tapana qədər
Can evi illərlə olur dərbədər.
Var-dövlət dünyada gəlib də gedər,
Hər şeyə göz yumub dosta et meyil-
Bizim dost itirən vaxtımız deyil!
Tutmursa xasiyyət, tutmursa ürək,
Havayı duz dadıb, kəsməyək çörək.
Dostun hər cövrünə qatlaşıb gərək,
Olaq yaxşısına, pisinə qayil -
Bizim dost itirən vaxtımız deyil!
Onsuz da qısadır, dönükdür ömür,
Tale biz deyəni həmişə demir.
Ey dost, biz nə daşıq, nə də ki, dəmir,
Əsl dost yolunda ikiqat əyil-
Bizim dost itirən vaxtımız deyil!
Dünyanı tutub ha qalan deyilik,
Əbədi məskən də salan deyilik.
Ömrü bir də satın alan deyilik,
Dostluqda hər anın qiymətini bil-
Bizim dost itirən vaxtımız deyil!
Canını istəsə, dosta qurban de,
Dərdinə çarə qıl, ona dərman de.
Dost sənə "çor" desə, sən ona "can" de,
Düşməni dost edir xoş söz, şirin dil-
Bizim dost itirən vaxtımız deyil!
Hafiz, dar ayaqda dosta ol dayaq,
Dostluğu müqəddəs bir nemət sayaq.
Fitnə-fəsadlara məhəl qoymayaq,
Çəkək nankorların gözlərinə mil -
Bizim dost itirən vaxtımız deyil!
Elman Eldaroğlu
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şərurda anbarda dəhşətli hadisə: Ölü və yaralı var
Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
23 Oktyabr 2026, 21:11
Gəncədə beşaylıq körpə ölüb
Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb."Report"un Qərb bürosunun məlumatına görə, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib.Təxminən 20 dəqiqə sonra körpə vəfat edib.Faktla bağlı araşdırma başlanılıb.
23 Oktyabr 2026, 19:56
Salyanda yol qəzasında bir nəfər ölüb, 4 nəfər xəsarət alıb
Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (2 qadın, 2 kişi) oktyabrın 23-də saat 15:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, 2 nəfərin vəziyyəti stabil, digərlərinin isə orta ağır qiymətləndirilir.
23 Oktyabr 2026, 17:17
Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik dövriyyədən çıxarılıb
Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik vasitə və 6365 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib.Bakıda, eləcə də Gəncə və Sumqayıt şəhərlərində keçirilən tədbirlərlə Orxan Quliyev, Məhərrəm Seyidov, Mircəfər Abuşov, İsmayıl Məmmədov, Muraz Məmmədov, Mirzə Mənafov və Elvin Əliyev saxlanılıb.Onlardan ümumilikdə 82 kiloqram narkotik vasitə və 6365 ədəd narkotik tərkibli həb aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.Faktlarla bağlı cinayət işləri başlanılıb....
23 Oktyabr 2026, 15:41
Salyanda kişini elektrik cərəyanı vuraraq öldürüb
Salyanda kişini elektrik cərəyanı vuraraq öldürüb.Citypost.az xəbər verir ki, Məmmədov Vaqif Hüseyn oğlu Çadırlı kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki istixanada elektrik naqillərini çəkən zaman cərəyan vurub. Nəticədə V. Məmmədov hadisə yerində ölüb.Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.
23 Oktyabr 2026, 09:42
Yasamal və Nəsimidə oğurluq edən 5 nəfər saxlanılıb
Paytaxtın Yasamal və Nəsimi rayonlarında motosikletlərin qaçırılması, skuter və velosiped oğurluqları ilə bağlı polisə məlumat daxil olub.DİN-in Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, həyata keçirilən tədbirlərlə Yasamal rayonu ərazisində ayrı-ayrı vətəndaşlara məxsus motosikletləri qaçıran Y.Bağırov, T.Dəmirov və M.Qədirov müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla M.Qədirovun paytaxtın digər rayonlarında da analoji əməllər törətdiyi müəyyən olunub.Nəsimi rayonunda isə 1800 manat dəyərində skuter və həmçinin 2500 manat dəyərində velosiped oğurlayan Q.Abbasov, eləcə də əvvəllər məhkum olunmuş V.Cəfərov saxlanılıblar.Faktlarla bağlı araşdırma aparılır....
22 Oktyabr 2026, 15:38