Bizə yazın

Baku

-°C

USD

-

“Şəki yaylası”nda faciə - 2 nəfər öldü

Hadisə 08 Sentyabr 2026, 20:04

4239

Şəkiyə istirahətə gedən iki nəfər faciəvi şəkildə ölüb.

Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, hadisə bu gün Şəki rayonundakı istirahət mərkəzlərinin birində baş verib.

Belə ki, Qax rayon sakini 30 yaşlı Məmmədov Coşqun Ceyhun oğlu və 27 yaşlı Bayramov Ucal Asif oğlu hündürlükdən yıxılaraq həlak olublar.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb.Citypost.az , Zaqatala rayonunda yerləşən evdən pul oğurlanması barədə polisə məlumat daxil olub.Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R.Musayev müəyyən edilərək saxlanılıb.Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib.Faktla bağlı cinayət işi başlanılıb. R.Musayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

24 Oktyabr 2026, 09:43

Şərurda anbarda dəhşətli hadisə: Ölü və yaralı var

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib.Citypost.az  Oxu.Az-a istinadən xəbər verir ki, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

23 Oktyabr 2026, 21:11

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb."Report"un Qərb bürosunun məlumatına görə, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib.Təxminən 20 dəqiqə sonra körpə vəfat edib.Faktla bağlı araşdırma başlanılıb.

23 Oktyabr 2026, 19:56

Salyanda yol qəzasında bir nəfər ölüb, 4 nəfər xəsarət alıb 

Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (2 qadın, 2 kişi) oktyabrın 23-də saat 15:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, 2 nəfərin vəziyyəti stabil, digərlərinin isə orta ağır qiymətləndirilir.

23 Oktyabr 2026, 17:17

Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik dövriyyədən çıxarılıb 

Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik vasitə və 6365 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib.Bakıda, eləcə də Gəncə və Sumqayıt şəhərlərində keçirilən tədbirlərlə Orxan Quliyev, Məhərrəm Seyidov, Mircəfər Abuşov, İsmayıl Məmmədov, Muraz Məmmədov, Mirzə Mənafov və Elvin Əliyev saxlanılıb.Onlardan ümumilikdə 82 kiloqram narkotik vasitə və 6365 ədəd narkotik tərkibli həb aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.Faktlarla bağlı cinayət işləri başlanılıb....

23 Oktyabr 2026, 15:41

Salyanda kişini elektrik cərəyanı vuraraq öldürüb 

Salyanda kişini elektrik cərəyanı vuraraq öldürüb.Citypost.az xəbər verir ki, Məmmədov Vaqif Hüseyn oğlu Çadırlı kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki istixanada elektrik naqillərini çəkən zaman cərəyan vurub. Nəticədə V. Məmmədov hadisə yerində ölüb.Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.

23 Oktyabr 2026, 09:42