Bizə yazın

Baku

-°C

USD

-

Cəriməni vaxtında ödəməyən sürücülərin hüququ məhdudlaşdırıla bilər  

Hüquq 31 Yanvar 2026, 16:30

209

Yol hərəkəti qaydalarını pozduğuna görə inzibati cərimə edilən, lakin bu cəriməni qanunla müəyyən olunmuş müddətdə ödəməyən sürücülərin sürücülük hüququ müvəqqəti məhdudlaşdırıla bilər. İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən, cərimə tətbiq edildikdən sonra 3 ay 20 gün ərzində ödəniş edilmədikdə, sürücülük vəsiqəsinin məhdudlaşdırılması məsələsinə baxılır.

Bu halda yol polisi tərəfindən inzibati xəta haqqında protokol tərtib olunur və iş məhkəməyə göndərilir. Məhkəmə cərimənin ödənilmədiyini təsdiqlədikdə, sürücülük hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edə bilər. Qanunvericiliyə əsasən, məhkəmə bəzi hallarda sürücünün iştirakı olmadan da işə baxa bilər.

Lakin qanun sürücüyə çıxış yolu da tanıyır. Əgər şəxs məhkəmə qərarı qəbul olunana qədər cəriməni və əlavə xərcləri ödəyərsə, inzibati məsuliyyətdən azad oluna bilər. Bunun üçün ödəniş qəbzləri ilə birlikdə müvafiq məhkəməyə əsaslandırılmış ərizə təqdim edilməlidir.

Qeyd edək ki, bu cür müraciətlərə baxılması üçün dövlət rüsumu tutulmur. Məhkəmə qərarı qüvvəyə mindikdən sonra sürücülük hüququnun bərpası ilə bağlı məlumat Baş Dövlət Yol Polisi İdarəsinə göndərilir.

Mütəxəssislər sürücülərə tövsiyə edirlər ki, cərimələrlə bağlı məlumatları vaxtında yoxlasınlar və ödənişləri gecikdirməsinlər ki, sürücülük hüquqlarının məhdudlaşdırılması ilə üzləşməsinlər.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Pulunuzu vermirlər? Sahibkarlar üçün qanuni addımlar

Sahibkarlıq fəaliyyəti zamanı tərəflər arasında ödənişlə bağlı yaranan mübahisələrə kommersiya məhkəmələrində baxılır. Əgər sahibkar satdığı mal və ya göstərdiyi xidmətin əvəzində ödənişi ala bilmirsə, ilk növbədə qarşı tərəfə rəsmi pretenziya – yəni xəbərdarlıq məktubu göndərməlidir. Qanunvericiliyə əsasən, bu mərhələ keçilmədən məhkəməyə müraciət etmək mümkün deyil.Citypost.az-ın məlumatına görə, pretenziya məktubu nəticə vermədikdə, sahibkar cavabdehin hüquqi ünvanı üzrə müvafiq kommersiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilər. İddia ərizəsi və ona əlavə olunan sənədlər yalnız elektron qaydada – “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim olunur. Elektron qaydada verilməyən müraciətlər məhkəmə tərəfindən geri qaytarılır.Pul tələbinə dair iddialar da kommersiya mübahisəsi hesab olunur və...

31 Yanvar 2026, 14:57

Ştat ixtisarı zamanı işçinin hüquqları: qanun nə deyir?

Son dövrlər bir sıra müəssisə və təşkilatlarda aparılan struktur dəyişiklikləri, ştatların azaldılması və optimallaşdırma prosesi fonunda işdən azad olunan vətəndaşların sayı artmaqdadır. Bu proses çox zaman sosial narahatlıq doğurur və işçilər qarşılaşdıqları vəziyyətdə hansı hüquqlara malik olduqlarını dəqiq bilmədikləri üçün qanunla onlara verilən təminatlardan yararlana bilmirlər. Halbuki Azərbaycan Respublikasının əmək qanunvericiliyi ştat ixtisarı zamanı işçilərin hüquqlarını açıq və konkret şəkildə qoruyur.Citypost.az-ın məlumatına görə, əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işəgötürən işçilərin sayı və ya ştat vahidlərinin ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verə bilər. Lakin bu əsasla işdən azad edilmə işəgötürən üçün yalnız müqaviləyə son qoymaq hüququ deyil, eyni...

28 Yanvar 2026, 11:24

İstintaq zamanı təzyiq altında etirafın hüquqi nəticələri  

Son dövrlər məhkəmə və hüquq sistemində təzyiq altında verilən etirafların hüquqi statusu geniş müzakirə mövzusuna çevrilib. Hüquqşünaslar bildirirlər ki, istintaq zamanı şəxslərin məcbur edildikdə verdikləri etiraflar həmişə həqiqəti əks etdirmir və bu, onların hüquqlarının pozulması riskini daşıyır.Citypost.az-ın məlumatına görə, hüquqi baxımdan, əgər bir şəxs təzyiq altında cinayəti törətdiyini etiraf etmiş, lakin həmin cinayəti törətmədiyi digər sübutlarla təsdiqlənirsə, bu sübutlar məhkəmə prosesində onun xeyrinə istifadə olunur. Təzyiq altında verilmiş etiraf heç də avtomatik olaraq ittihamedici hökmün çıxarılması üçün əsas sayılmır. Məhkəmələr belə hallarda bütün təqdim olunan sübutları obyektiv şəkildə qiymətləndirir və ədalətin təmin edilməsi üçün yalnız etibarlı faktlar əsasında qərar qəbul...

27 Yanvar 2026, 15:15

Vəfat edən valideynlərin dəfni üçün müavinət hansı hallarda ödənilir? QANUN 

Valideyn itkisi ailə üçün təkcə ağır mənəvi sarsıntı deyil, eyni zamanda bir sıra sosial və hüquqi məsələləri də gündəmə gətirir. Bu məsələlərin başında isə dəfn xərcləri ilə bağlı dövlət tərəfindən ödənilən müavinət dayanır. Bir çox vətəndaşı maraqlandıran əsas sual da məhz budur: dəfn üçün müavinət hansı hallarda, kimlərə və nə qədər məbləğdə ödənilir?Citypost.az-ın məlumatına görə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, sığortaolunan şəxs və ya əmək pensiyaçısı vəfat etdikdə, onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxsə dövlət tərəfindən dəfn üçün müavinət təyin olunur.Əgər vəfat edən şəxs məcburi dövlət sosial sığortaolunan olubsa, bu halda dəfn üçün müavinətin məbləği 600 manat təşkil edir.Vəfat edən...

27 Yanvar 2026, 10:50

Xəyanətə görə təzminat mümkündürmü?  - QANUN nə deyir?

Nikah həyatında xəyanət hər zaman emosional sarsıntılarla müşayiət olunur. Bu, bir çox qadın və kişi üçün yalnız şəxsi deyil, eyni zamanda hüquqi narahatlıq yarada bilər: “Xəyanətə görə mən pul tələb edə bilərəmmi?”Citypost.az-ın məlumatına görə,hüquqi baxımdan cavab aydındır: xeyr. Azərbaycan qanunvericiliyində xəyanətə görə təzminat tələb etmək hüququ mövcud deyil. Nikahın xəyanət səbəbi ilə pozulması hallarında belə, qanun heç bir təzminat nəzərdə tutmur. Məhkəmələr boşanma zamanı xəyanətin motivini nəzərə almır və mənəvi zərərin ödənilməsi məsələsinə baxmır.Yeganə istisna isə nikah müqaviləsinin mövcudluğu ilə bağlıdır. Əgər tərəflər arasında belə bir müqavilə imzalanıbsa və orada xəyanətə görə təzminat ödənilməsi barədə müddəa göstərilibsə, həmin halda bir...

26 Yanvar 2026, 13:22

Karantin cərimələri: Silmək mümkündürmü?  

Karantin dövrü həyatımızın gündəlik ritmini dəyişdiyi kimi, insanların davranışlarını da ciddi şəkildə məhdudlaşdırmışdı. O vaxt bir çox vətəndaş karantin qaydalarını pozduğuna görə inzibati cərimələrə məruz qaldı. Bəziləri isə tibbi maskadan istifadə etməmək kimi kiçik qanun pozuntuları səbəbindən cərimələndi.Bəs bu cərimələri silmək mümkündürmü?Citypost.az-ın məlumatına görə, hüquqi baxımdan buna müəyyən müddət limiti tətbiq olunur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə əsasən, inzibati cərimə növündə inzibati tənbeh barədə qərar qanuni qüvvəyə mindiyi gündən 5 il müddətində icra edilməzsə, artıq icra edilmir.Yəni 2020-ci ildə tətbiq olunmuş karantin qaydalarını pozduğuna görə verilmiş cərimələr, həmin qərarın qüvvəyə mindiyi gündən 5 il keçdikdən sonra icra olunmamışsa,...

26 Yanvar 2026, 13:15