Qanunsuz tikililərə çıxarış almaq mümkündürmü? – Hüquqi vəziyyət izah olunur
Hüquq 10 Aprel 2026, 11:43
1756
Qanunsuz tikililərin sənədləşdirilməsi məsələsi son illərdə ən çox müzakirə olunan hüquqi mövzulardan biridir.
Citypost.az-ın məlumatına görə,mütəxəssislərin izahına görə, bu tip tikililərə çıxarış verilib-verilməməsi birbaşa onların yerləşdiyi torpaq sahəsinin hüquqi statusundan asılıdır.
Qeyd olunur ki, ilk mərhələdə əsas məsələ torpaq sahəsinin sənədləşdirilməsidir. Yəni əvvəlcə həmin torpaq üçün rəsmi çıxarış əldə olunmalıdır. Daha sonra həmin sahədə inşa edilmiş fərdi yaşayış evi və ya digər tikililər üçün ayrıca qeydiyyat proseduru həyata keçirilə bilər.Rəsmi məlumatlara görə, Bakı şəhərində böyük sayda – yüz minlərlə qeyri-qanuni fərdi yaşayış evi mövcuddur və bu tikililərin bir hissəsinin torpaq sənədləri tam qaydasında deyil.
Əgər torpaq sahəsi vaxtilə bələdiyyə, icra orqanı və ya digər qurumlar tərəfindən ayrılıbsa, onun hüquqi statusunun tanınması mümkündür. Bu halda sənədləşmə prosesi araşdırma və təsdiq mərhələlərindən keçir.Bəzi hallarda isə məsələ məhkəmə qaydasında həll olunur. Məhkəmənin müsbət qərarı əsasında torpaq sahəsinə çıxarış verilməsi və daha sonra üzərindəki tikilinin rəsmiləşdirilməsi mümkün olur.
Hüquqşünasların fikrincə, hər bir iş fərdi şəkildə araşdırılmalı və yekun qərar mövcud sənədlər və hüquqi əsaslara uyğun verilməlidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mağazada məhsul qırılarsa, pulu kim ödəməlidir?
Bəzən mağazada alış-veriş zamanı məhsulun təsadüfən qırılması və ya zədələnməsi ilə bağlı mübahisəli hallar yaranır. Bir çox vətəndaş belə vəziyyətdə məhsulun pulunu ödəməyə məcbur olduğunu düşünsə də, qanunvericilik bu məsələni konkret şəkildə tənzimləyir.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, Mülki Məcəllənin müvafiq maddələrinə əsasən, əmlakın təsadüfən məhv olması və ya zədələnməsi riski, əgər qanun və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, mülkiyyətçinin üzərinə düşür. Yəni məhsulun pulu tam ödənilənədək və alıcıya kassa qəbzi təqdim olunana qədər həmin məhsul mağazanın mülkiyyəti hesab edilir.Bu səbəbdən, əgər məhsul alıcının təqsiri olmadan təsadüfən qırılıbsa və ya zədələnibsə, mağazanın həmin məhsulun dəyərini alıcıdan tələb etməsi...
20 May 2026, 12:37
“Öz xahişimlə işdən çıxıram” ərizəsini düşünmədən imzalamayın – Hüquqşünaslardan xəbərdarlıq
Əmək münasibətlərində ən çox rast gəlinən problemlərdən biri işçilərin təzyiq altında “öz xahişi ilə işdən çıxma” ərizəsi yazmağa məcbur edilməsidir. Bir çox hallarda işəgötürənlər işçini könüllü şəkildə işdən çıxırmış kimi göstərməyə çalışır və bu da sonradan işçinin hüquqlarını ciddi şəkildə məhdudlaşdıra bilir.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, işçi əslində işdən çıxmaq istəmədiyi halda belə ərizəni imzalaması gələcəkdə kompensasiya, məhkəmə müdafiəsi və digər hüquqların itirilməsinə səbəb ola bilər.Hüquqşünasların sözlərinə görə, bir çox vətəndaş iş yerində təzyiqlə qarşılaşdıqda qorxuya düşür. İnsanlar düşünür ki, ərizəni yazmasalar, əmək kitabçasına mənfi qeyd salınacaq və ya “maddə ilə” işdən çıxarılacaqlar. Lakin hər bir hal qanun...
20 May 2026, 10:39
Sürücülük vəsiqəsinin təhvil verilməsi qaydası necə həyata keçirilir?
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi ilə bağlı ən çox verilən suallardan biri sürücülük vəsiqəsinin hansı hallarda və hansı qaydada təhvil verilməsi ilə əlaqədardır.Citypost.az-ın məlumatına görə, qanunvericiliyə əsasən, sürücülük hüququ məhdudlaşdırıldıqda və ya ləğv edildikdə vətəndaş sürücülük vəsiqəsini müvafiq dövlət orqanına təhvil verməlidir. Bunun üçün vətəndaş Yol Polisi İdarəsinə müraciət edərək ərizə yazır və vəsiqənin təhvil verilməsi rəsmi şəkildə qeydə alınır.Ərizədə sürücülük vəsiqəsinin təhvil verildiyi tarix mütləq şəkildə göstərilməlidir. Bu, gələcəkdə sənədin geri qaytarılması və ya hüquqi prosedurlar zamanı yarana biləcək anlaşılmazlıqların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.Mütəxəssislərin bildirdiyinə görə, ərizənin bir nüsxəsinin vətəndaşda saxlanılması da tövsiyə olunur....
19 May 2026, 11:52
Əmək Məcəlləsində əlavə məzuniyyət hüquqları kimlərə şamil olunur?
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən, işçilərin müəyyən kateqoriyalarına əsas məzuniyyətdən əlavə olaraq əlavə məzuniyyət günləri verilir. Bu norma işçinin sosial vəziyyəti, təhsil fəaliyyəti və xidmət keçmişi kimi amillərə görə fərqli müddətlərdə tətbiq olunur.Citypost.az-ın məlumatına görə, qanunvericiliyə görə, bəzi işçilər 1 təqvim ayınadək əlavə məzuniyyət hüququ əldə edə bilirlər. Bu kateqoriyaya sağlamlıq imkanları məhdud olan və orqanizm funksiyalarının pozulması müəyyən edilmiş işçilər, eləcə də doktorantura təhsili alan şəxslər aid edilir.Digər bir qrup işçilərə isə 7 təqvim gününədək əlavə məzuniyyət verilir. Buraya ailə və sosial vəziyyətlə bağlı müəyyən ehtiyacları olan şəxslər, orta ixtisas və ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak...
19 May 2026, 11:05
Moda hüququ nədir? – Dizaynların qorunmasında yeni hüquqi yanaşmalar
Son illər dünya üzrə sürətlə inkişaf edən moda sənayesi hüquq sahəsində də yeni istiqamətin formalaşmasına səbəb olub. Məhz bu səbəbdən “moda hüququ” anlayışı ayrıca və müstəqil hüquq sahəsi kimi daha çox diqqət çəkməyə başlayıb.Citypost.az-ın məlumatına görə, moda hüququ moda sənayesində yaranan ictimai münasibətləri tənzimləyən xüsusi hüquq sahəsidir və onun özünəməxsus predmetinə malik olduğu bildirilir. Bu sahə həm kommersiya, həm də yaradıcılıq yönümlü fəaliyyətləri əhatə edir. Buraya dizaynların qorunması, müəllif hüquqları, əmtəə nişanları, moda brendlərinin hüquqları, müqavilələr və digər hüquqi məsələlər daxildir.Mütəxəssislərin sözlərinə görə, moda hüququ sahəsində beynəlxalq hüquqi mexanizmlər də mühüm rol oynayır. Bu istiqamətdə əsas hüquqi sənədlərdən biri Haaqa...
19 May 2026, 09:23
Müstəntiqin çağırışına getməmək hansı məsuliyyət yaradır?
İstintaq orqanı tərəfindən vətəndaşa telefonla və ya rəsmi qaydada çağırış edildikdə, həmin şəxs üzrsüz səbəbdən istintaqa gəlməzsə, qanunvericiliyə uyğun olaraq məcburi gətirilmə (məcburi iştirak) barədə qərar qəbul oluna bilər.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, belə hallarda vətəndaşın istintaqdan yayınması onun istənilən vaxt polis əməkdaşları tərəfindən məcburi qaydada istintaq orqanına aparılması ilə nəticələnə bilər. Bu zaman şəxsin harada olmasından asılı olmayaraq – evdə, işdə və ya ictimai məkanda – qərar icra edilə bilər.Mütəxəssislər bildirirlər ki, istintaq hərəkətləri cinayətin törədildiyi və ya araşdırmanın aparıldığı ərazi üzrə həyata keçirilir. Bu səbəbdən şəxs yalnız qeydiyyatda olduğu yerə deyil, hadisə ilə bağlı araşdırma aparılan...
18 May 2026, 10:39