Bizə yazın

Baku

-°C

USD

-

Oyun zamanı futbolçular huşunu itirdi 

İdman 04 Mart 2026, 17:13

4948

Tunis Liqasının "Sfaksyen" və "Qabes" komandaları arasında keçirilən qarşılaşmanın başlama saatı kütləvi narazılığa səbəb olub.

Citypost.az xəbər verir ki, Ramazan ayı zamanı, yerli vaxtla günorta saat 13:00-da start götürən matçda bir neçə futbolçu meydanda huşunu itirərək yıxılıb.

Hadisənin baş verdiyi vaxt Tunisdə müşahidə olunan yüksək temperatur və orucluğun yaratdığı fiziki gərginlik oyunçuları çətin vəziyyətə salıb.

Şahidlərin və sosial şəbəkələrdə yayılan görüntülərin təsdiq etdiyi kimi, bir neçə oyunçu kəskin susuzluq və yorğunluq səbəbindən meydanda kollaps keçirib. Tibbi heyət huşunu itirən idmançılara təcili yardım göstərmək üçün dəfələrlə meydana daxil olublar. (Telerqraf)

Hələlik hər iki klub baş verənlərlə bağlı rəsmi bəyanat yaymasa da, ölkə mətbuatı bu hadisəni "yaşıl meydanlarda dram" kimi qələmə verərək, futbol qurumlarını təcili şəkildə oyun cədvəlinə yenidən baxmağa və matçları axşam saatlarına keçirməyə çağırıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar

Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan təmsilçiləri daha 2 medal qazanıblar.Citypost.az xəbər verir ki, M4 yaş kateqoriyasında Elşən Kərimov (60 kq), M5 yaş kateqoriyasında isə Babək Hacıyev (60 kq) gümüş mükafata sahib olublar.Xatırladaq ki, yarışın ilk günündə Fərhad Rəcəbli (90 kq) M8 yaş kateqoriyasında qızıl medal qazanaraq 12-ci dəfə Avropa çempionu olub.

24 Oktyabr 2026, 09:51

Fərid Qayıbov yeni idman zalının açılışında iştirak edib

Qaradağ rayonunun Lökbatan qəsəbəsində Azərbaycan Peşəkar Döyüş Klubunun yeni idman zalının açılışı olub.Citypost.az  xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.Mərasimdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra nazir Fərid Qayıbov gənc idmançıların məşqini izləyib, onlarla söhbət edib. Tədbirin bədii hissəsində gənc idmançıların nümunəvi çıxışları təqdim olunub.

22 Oktyabr 2026, 21:22

Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

Portuqaliyanın Portiman şəhərində veteranlar arasında cüdo üzrə Avropa çempionatına start verilib.Citypost.az  xəbər verir ki, Azərbaycan idmançısı Fərhad Rəcəbli (90 kq) M8 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək qitə birinciliyinin qızıl medalını qazanıb.Bununla da 12 qat dünya çempionu olan Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu tituluna da yiyələnib.Qeyd edək ki, veteranlar arasında cüdo üzrə Avropa çempionatı oktyabrın 25-dək davam edəcək. Azərbaycanı qitə birinciliyində 15 idmançı təmsil edir....

22 Oktyabr 2026, 20:20

Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək

Azərbaycanın "Judo Club 2012" klubu oktyabrın 24-də Fransanın paytaxtı Parisdə keçiriləcək cüdo üzrə Çempionlar Liqasında iştirak edəcək.Citypost.az  xəbər verir ki, baş məşqçisi İmran İmanovun rəhbərliyi altında Parisə Ülviyyə Babayeva (57 kq), Aytac Qardaşxanlı (70 kq), Diana Semçenko (+70 kq), İbrahim Əliyev (73 kq), Elcan Hacıyev (90 kq), Sübhan Axundov və Əsəd Əsgərov (hər ikisi +90 kq) yollanacaq.Nümayəndə heyətinin tərkibində Azərbaycan Cüdo Federasiyasının üzvü, Cüdo Veteranları Assosiasiyasının prezidenti, "Judo Club 2012" İctimai Birliyinin sədri və klubun təsisçisi, veteran cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərov, həmçinin klubun məşqçiləri Zaur Bağırov və Eldar Kasumov da yer alacaq.Qeyd...

21 Oktyabr 2026, 18:27

Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb 

Azərbaycanın U-16 milli komandası FIFA U-15 Dünya Çempionatı və Festivalı üçün inşa olunan Hövsan Yarış Kompleksində ilk məşqini keçirib.Citypost.az AFFA-ya istinadən xəbər verir ki, hazırlıq prosesindən əvvəl A millinin baş məşqçisi Ayxan Abbasov futbolçular və məşqçi heyəti ilə görüşərək onlara turnirdə uğurlar arzulayıb.Mütəxəssis gənc futbolçulara inamının yüksək olduğunu bildirib:"15 yaşınızda dünya çempionatında iştirak etmək hüququ qazandığınız üçün çox şanslısınız. Bu, karyeranız boyunca unudulmaz xatirə kimi qalacaq. Sizə inamımız yüksəkdir".Daha sonra A.Abbasov yığmanın məşqini izləyib.Azərbaycan millisi turnirdə ilk oyununu oktyabrın 24-də, saat 19:30-da "Crystal Hall"da Şərqi-Timor yığmasına qarşı keçirəcək. Komanda qrup mərhələsində Andorra, Avstraliya, İsrail və Haiti yığmaları ilə də qarşılaşacaq....

21 Oktyabr 2026, 18:13

Azərbaycanlı mütəxəssis CEV-in yarışında supervayzer təyin edilib

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.Bu barədə Citypost.az-a AVF-dən məlumat verilib.O, 20 yaşadək voleybolçu qızlar arasında keçiriləcək Avropa çempionatının 1-ci təsnifat mərhələsinin (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.Sözügedən yarış oktyabrın 22-dən 25-dək Gürcüstanın Rustavi şəhərində keçiriləcək. Turnirdə Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları iştirak edəcək.Azərbaycan millisi A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşacaq....

21 Oktyabr 2026, 17:45