Azərbaycan İdman Akademiyasında beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər keçiriləcək
İdman 04 Sentyabr 2026, 14:30
204
Azərbaycan İdman Akademiyasında (AİA) professor-müəllim heyətinin məzmunun inkişafı, müasir tədris və qiymətləndirmə strategiyaları üzrə bilik və bacarıqlarının artırılması məqsədilə beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər təşkil olunacaq.
Bu barədə Citypost.az-a AİA-nın mətbuat xidmətindən məlumat verilib.
Təlimlərdə Kembric Universitetinin ekspertləri Ceyms Bidl sentyabrın 7-dən 9-dək "Effektiv qiymətləndirmə", Reyçl Cefferson isə sentyabrın 10-dan 14-dək "Kurikulumun xəritələnməsi" mövzusunda mühazirələr aparacaqlar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabir Zeynalov Muju Qran-Prisinin qalibi oldu
Cənubi Koreyanın Muju şəhərində 4 sentyabr tarixində parataekvondo üzrə ən reytinqli idmançıların mübarizə apardığı Qran-Pri keçirilib.Citypost.az xəbər verir ki, K44 kateqoriyasında 58 kq çəki dərəcəsində çıxış edən parataekvondoçumuz Sabir Zeynalov 1/4 finalda yaponiyalı Mitsuya Tanakanı, yarımfinalda tayvanlı Xiang Weni qalib gəlib.Finalda isə braziliyalı Gustavo Ruppeli məğlub edərək turnirin qızıl medalını qazanıb.
04 Sentyabr 2026, 13:25
“Qəbələ” “İmişli”ni, “Kəpəz” “Şamaxı”nı qəbul edir
Bu gün Misli Premyer Liqasında 4-cü tura start veriləcək.Citypost.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.Əvvəlcə 3 oyundur qol vura bilməyən və 1 xalla 10-cu yerdə olan “Qəbələ” 6-cı pillədə qərarlaşan “İmişli”ni qəbul edəcək.Digər görüşdə isə 9-cu yerdə qərarlaşan “Şamaxı” Gəncədə 7-ci yerin sahibi “Kəpəz”in qonağı olacaq.Misli Premyer Liqası, 4-cü tur18:00.“Qəbələ” – “İmişli”Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.Qəbələ şəhər stadionu.20:15.“Kəpəz” – “Şamaxı”Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.Gəncə şəhər stadionu....
04 Sentyabr 2026, 09:45
"Zirə" braziliyalı futbolçu Talisson Moreyra Reysi transfer edib
"Zirə" braziliyalı futbolçu Talisson Moreyra Reysi (Ktatau) transfer edib.Bu barədə Citypost.az klubun mətbuat xidmətindən məlumat verilib.25 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanılıb. O, son olaraq Portuqaliyanın "Çaveş" klubunda çıxış edib.
03 Sentyabr 2026, 20:29
Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Avropa çempionu olub
Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıb.Citypost.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici mərhələdə Fransa təmsilçisi Lüsien Tiksyeyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Qeyd edək ki, Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur. Bu gün digər təmsilçilərimizdən Məhəmməd Musayev (66 kq) qızıl, Xədicə Qədəşova (57) isə bürünc medal uğrunda görüşə qatılacaq....
03 Sentyabr 2026, 19:20
Azərbaycanın 6 basketbolçusu karyerasını ABŞ-də davam etdirəcək
Basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin altı üzvü ABŞ-nin müxtəlif təhsil müəssisələrinin basketbol proqramlarından təklif alıb.Azərbaycan Basketbol Federasiyasından Citypost.az-a verilən məlumata görə, yeni mövsümdən etibarən Səlminaz Ramazanlı, Ela Nur Gökçöl, Aylin Əkbərzadə, Polina Şukina, Aylin Niftəliyeva və Deniz Gökçöl təhsillərini və basketbol karyeralarını ABŞ-də davam etdirəcəklər.Səlminaz Ramazanlı Luiziana, Ela Nur Gökçöl Corcian Kort universitetində, Aylin Əkbərzadə Con Bapst Memorial Liseyində, Polina Şukina Mərkəzi Florida, Aylin Niftəliyeva Sprinqfild Kommonvels, Deniz Gökçöl isə Sentral Point Akademiyasında təhsil alacaqlar.Bu keçidlər basketbolçulara yeni mühitdə inkişaf etmək və ABŞ basketbol sistemində təcrübə qazanmaq imkanı verəcək....
03 Sentyabr 2026, 17:20
AFFA Kadini 3 oyunluq cəzalandırdı
"Qarabağ"ın futbolçusu Kadi Borges 1-i şərti olmaqla 3 oyunluq cəzalanıbCitypost.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.Braziliyalı futbolçu Misli Premyer Liqasının III turunda baş tutan "Sumqayıt" – "Qarabağ" qarşılaşmasının 31-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 3 oyunluq cəzalanıb. Bununla yanaşı, Ağdam təmsilçisi 3 000 manat cərimə olunub. Yarımmüdafiəçiyə 6 ay sınaq müddəti təyin edilib.Həmçinin sözügedən matçda azarkeşlərin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə "Sumqayıt" klubu 5 000 manat cərimələnib.III turun "Zirə" – "Neftçi" matçının 70-ci dəqiqəsində ikinci sarı vərəqədən sonra cəzalanan "Neftçi"nin futbolçusu Elvin Bədəlov...
03 Sentyabr 2026, 16:48