Bizə yazın

Baku

-°C

USD

-

Qarğalar həndəsi fiqurları ayırd edə bilirlər - ARAŞDIRMA

Maraqlı 22 Aprel 2025, 17:30

2225

Yeni araşdırma qarğaların da insanlar kimi yüksək inkişaf etmiş həndəsi intuisiyaya malik olduğunu ortaya çıxarıb.

CityPost.az xəbər verir ki, Almaniyanın "Tübingen" Universitetində aparılan araşdırmaya görə, qarğalar ekranda göstərilən həndəsi fiqurlar arasında kənar nöqtələri aşkar edə bilir və nizamlı, simmetrik formalara açıq meyl göstərə bilirlər.

Bu qabiliyyət əvvəllər insanlara xas olduğu düşünülən qavrayış forması kimi tanınırdı. Bununla belə, tədqiqatçılar həndəsi naxışları tanımaq qabiliyyətinin təkamüllə köklü bir xüsusiyyət ola biləcəyinə diqqət çəkirlər.

Tədqiqatda 10 və 11 yaşlı iki erkək leş qarğasından ("Corvus corone") istifadə edilib. Qarğalara kompüter ekranında altı formadan birinin digərlərindən fərqlənmələrini tələb edən tapşırıqlar verilib. Qarğalar anomal formada dimdikləyərək cavab veriblər.

"Bu mərhələyə qədər qarğalara oxşar tapşırıq verilməmişdi ki, bu, əldə edilən nəticələrin öyrənməyə deyil, fitri intuisiyaya əsaslandığını göstərir", - alimlər izah ediblər.

Qarğalar kvadrat və ya düzbucaqlı kimi müntəzəm yan uzunluqları və sabit bucaqları olan düzbucaqlı formalarda nəyin fərqli olduğunu daha çox ayırd edə bilirdilər. Digər tərəfdən əyri və ya təsadüfi yaradılmış formalarda kənarı tapmaqda daha çox çətinlik çəkdikləri müşahidə edilib.

Araşdırma qrupundan heyvan fizioloqu Professor Andreas Nieder qeyd edib: "İnsanlar olaraq, biz həndəsi anlayışı simvolik və mücərrəd səviyyəyə qaldırırıq. Lakin bu anlayışın əsas vizual kökləri təkamüldə çox daha qədim ola bilər".

Həndəsə sağ qalmağın bir hissəsidir

Tədqiqatçılar vurğulayırlar ki, qarğalar təkcə təlim yolu ilə deyil, birbaşa bioloji təkamül yolu ilə inkişaf etmiş həndəsi qavrayışa malikdirlər. Qarğalar bu intuisiyadan təbiətdə naviqasiya və ətraf mühitin stimullarını qavramaq kimi vəzifələrdə istifadə edərək sağ qalma şanslarını artırır.

Təcrübə boyu qarğaların motivasiyasını yüksək tutmaq üçün vaxtaşırı onlara tanış olan beş ulduz və ay kimi formalardan istifadə edilirdi.

Nəticələr göstərir ki, həndəsi qanunauyğunluq insanlara xas deyil və bu xüsusiyyət bəzi heyvanların, məsələn, quşların dünyanı qavramasına da təsir edə bilər.

Araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc olunub.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Alimlər dinozavrda xərçəng tapdılar: Bu kəşf insan həyatını xilas edə bilər

Dinozavr qalıqları və müasir xərçəng araşdırmaları ilk baxışdan iki çox fərqli sahə kimi görünə bilər, lakin yeni araşdırmalar göstərdi ki, milyonlarla ildir qorunan yumşaq toxumalar xərçəngin necə əmələ gəldiyi və müalicə oluna biləcəyi ilə bağlı qiymətli ipuçları verə bilər.

20 İyun 2025, 18:00

Sükut insanı sağaldır - TƏDQİQAT

Yeni bir araşdırma sükutun sadəcə səsin olmaması deyil, beyni dəyişdirə və ümumi sağlamlığı yaxşılaşdıra bilən aktiv bir qüvvə olduğunu müəyyən etdi. Cəmi üç günlük qəsdən sükutdan sonra insan beyni uzunmüddətli meditasiya və ya idrak təlimi ilə müqayisə edilə bilən fiziki və funksional dəyişikliklərə məruz qalır.

20 İyun 2025, 15:30

 İnsan əzaları yenidən böyüyə bilər? -ARAŞDIRMA

İnsan bədəninin itirilmiş əzalarını bərpa etmək qabiliyyəti artıq xəyal olmaya bilər. Alimlər meksikalı salamandr aksolotlunun ("Ambystoma mexicanum") bu qeyri-adi qabiliyyətinin sirrinə bir addım da yaxınlaşıblar ki, bu da öz üzvlərini və hətta orqanlarını yenidən böyüdə bilir.

19 İyun 2025, 18:18

Qrammatik səhvlər şizofreniyanın erkən mərhələsinin əlamətləri ola bilər 

Qrammatik cəhətdən düzgün cümlələrin qurulması və başa düşülməsində pozuntular şizofreniyanın inkişafını göstərə bilər. Sfaks Universitetinin (Tunis) alimləri belə qənaətə gəliblər.

18 İyun 2025, 18:43

Yüksək intellektə malik insanların beyninin özəlliyi məlum olub - Araşdırma

"Yohannes Qutenberq" Universitetinin alimləri müəyyən ediblər ki, daha yüksək idrak qabiliyyəti olan insanlarda beyin siqnalları qərar qəbul etmənin kritik anlarında xüsusilə aydın şəkildə sinxronlaşdırılır.

17 İyun 2025, 17:00

Sosial media uşaqlarda depressiyaya səbəb ola bilər - ARAŞDIRMA

ABŞ-da aparılan yeni bir araşdırma, sosial mediadan istifadənin uşaqlarda depressiya əlamətlərini artırdığını ortaya çıxarıb.CityPost.az xəbər verir ki, San Fransisko Kaliforniya Universitetinin (UCSF) apardığı və "JAMA Network Open" jurnalında dərc edilən araşdırmaya görə, sosial mediadan istifadə müddəti artdıqca uşaqlarda depressiya əlamətləri də artır.Bununla belə, tədqiqatçılar depressiyaya düşmüş uşaqların sosial mediada daha çox vaxt keçirdiyi tərs əlaqə tapmayıblar.Mühüm nəticələrÜç il ərzində aparılan araşdırmada uşaqların gündəlik sosial mediadan istifadə müddəti 7 dəqiqədən 73 dəqiqəyə yüksəlib. Eyni dövrdə depressiya əlamətləri 35 faiz artıb.Tədqiqatın aparıcı müəllifi Dr.Jason Nagata, "Sosial medianın depressiyaya səbəb olduğu və ya sadəcə mövcud depressiya əlamətlərini əks etdirdiyi uzun müddətdir müzakirə olunur. Bizim...

13 İyun 2025, 19:30