Ən acı maddə tapıldı
Maraqlı 22 Aprel 2025, 18:00

2132
Almaniyada aparılan araşdırmalar nəticəsində məlum olub ki, acı rəf göbələkindən çıxarılan kimyəvi maddə indiyə qədər kəşf edilən ən acı maddədir.
CityPost.az xəbər verir ki, Almaniyanın "Leybniz" Qida Sistemləri Biologiyası İnstitutunda çalışan alimlər acı dadın sirlərinə işıq sala biləcək mühüm kəşf ediblər.
Tədqiqatçılar Amaropostia stiptica rəf göbələkindən üç kimyəvi birləşmə çıxarıblar. Bu maddələrin insan dilindəki acı dad reseptorlarına təsiri öyrənilib.
Bu üç birləşmədən biri, oliqoporin D, çox az miqdarda olsa belə, acı bir dad verə bilər. O qədər ki, 106 küvet suya cəmi 1 qram qarışdırılsa belə, yenə də acı dad verir.
Zəhərli deyil, çox acıdır
Araşdırmalara görə, bu birləşmələr zəhərli deyil; lakin onların dadı son dərəcə acıdır. Bu tapıntı dad qavrayışımızın necə işlədiyinə dair mühüm fikir verir.
Alimlər bildirirlər ki, bu cür təbii acı birləşmələr təkcə ağızda deyil, həm də mədə, bağırsaq, ürək və ağciyərlərdə olan acı reseptorlara təsir edə bilir. Lakin bu sensorların bədənin digər hissələrindəki rolu hələ də məlum deyil.
Tədqiqatın həmmüəllifi Dr.Maik Behrens deyir ki, bu cür araşdırmalar sayəsində acı dad reseptorlarının necə işlədiyi və onların nə üçün təkamül etdikləri barədə daha aydın məlumat əldə etmək olar.
Dr.Behrens bu açıqlama ilə çıxış edib:
“Acı birləşmələr və reseptorlar haqqında nə qədər çox məlumat toplasaq, yeni maddələri müəyyən etmək və onların təsirlərini proqnozlaşdırmaq bir o qədər asan olar”.
Alimlər xatırladırlar ki, hər acı maddə zəhərli deyil, eynilə hər zəhərli maddə də acı deyil.
Məsələn, qırmızı mamır göbələyi kimi bəzi yüksək zəhərli növlərin acı dadı demək olar ki, yoxdur.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Alimlər dinozavrda xərçəng tapdılar: Bu kəşf insan həyatını xilas edə bilər
Dinozavr qalıqları və müasir xərçəng araşdırmaları ilk baxışdan iki çox fərqli sahə kimi görünə bilər, lakin yeni araşdırmalar göstərdi ki, milyonlarla ildir qorunan yumşaq toxumalar xərçəngin necə əmələ gəldiyi və müalicə oluna biləcəyi ilə bağlı qiymətli ipuçları verə bilər.
20 İyun 2025, 18:00

Sükut insanı sağaldır - TƏDQİQAT
Yeni bir araşdırma sükutun sadəcə səsin olmaması deyil, beyni dəyişdirə və ümumi sağlamlığı yaxşılaşdıra bilən aktiv bir qüvvə olduğunu müəyyən etdi. Cəmi üç günlük qəsdən sükutdan sonra insan beyni uzunmüddətli meditasiya və ya idrak təlimi ilə müqayisə edilə bilən fiziki və funksional dəyişikliklərə məruz qalır.
20 İyun 2025, 15:30

İnsan əzaları yenidən böyüyə bilər? -ARAŞDIRMA
İnsan bədəninin itirilmiş əzalarını bərpa etmək qabiliyyəti artıq xəyal olmaya bilər. Alimlər meksikalı salamandr aksolotlunun ("Ambystoma mexicanum") bu qeyri-adi qabiliyyətinin sirrinə bir addım da yaxınlaşıblar ki, bu da öz üzvlərini və hətta orqanlarını yenidən böyüdə bilir.
19 İyun 2025, 18:18

Qrammatik səhvlər şizofreniyanın erkən mərhələsinin əlamətləri ola bilər
Qrammatik cəhətdən düzgün cümlələrin qurulması və başa düşülməsində pozuntular şizofreniyanın inkişafını göstərə bilər. Sfaks Universitetinin (Tunis) alimləri belə qənaətə gəliblər.
18 İyun 2025, 18:43

Yüksək intellektə malik insanların beyninin özəlliyi məlum olub - Araşdırma
"Yohannes Qutenberq" Universitetinin alimləri müəyyən ediblər ki, daha yüksək idrak qabiliyyəti olan insanlarda beyin siqnalları qərar qəbul etmənin kritik anlarında xüsusilə aydın şəkildə sinxronlaşdırılır.
17 İyun 2025, 17:00

Sosial media uşaqlarda depressiyaya səbəb ola bilər - ARAŞDIRMA
ABŞ-da aparılan yeni bir araşdırma, sosial mediadan istifadənin uşaqlarda depressiya əlamətlərini artırdığını ortaya çıxarıb.CityPost.az xəbər verir ki, San Fransisko Kaliforniya Universitetinin (UCSF) apardığı və "JAMA Network Open" jurnalında dərc edilən araşdırmaya görə, sosial mediadan istifadə müddəti artdıqca uşaqlarda depressiya əlamətləri də artır.Bununla belə, tədqiqatçılar depressiyaya düşmüş uşaqların sosial mediada daha çox vaxt keçirdiyi tərs əlaqə tapmayıblar.Mühüm nəticələrÜç il ərzində aparılan araşdırmada uşaqların gündəlik sosial mediadan istifadə müddəti 7 dəqiqədən 73 dəqiqəyə yüksəlib. Eyni dövrdə depressiya əlamətləri 35 faiz artıb.Tədqiqatın aparıcı müəllifi Dr.Jason Nagata, "Sosial medianın depressiyaya səbəb olduğu və ya sadəcə mövcud depressiya əlamətlərini əks etdirdiyi uzun müddətdir müzakirə olunur. Bizim...
13 İyun 2025, 19:30