Bizə yazın

Baku

-°C

USD

-

Arzu İsayeva: “Süni intellekt media üçün rəqib deyil, sadəcə alətdir”

Müsahibələr 26 Yanvar 2026, 15:41

7611

Son dövrlər süni intellekt texnologiyalarının media sahəsində tətbiqi sürətlə genişlənir. Artıq dünyanın bir sıra ölkələrində, eləcə də bəzi yerli platformalarda süni intellektlə yaradılan xəbər aparıcıları efirə çıxır, gündəlik xəbərləri oxuyur, məlumatları təqdim edir. Bu yenilik bəziləri üçün media sahəsində inqilabi addım, digərləri üçün isə etik və peşəkar risklər doğuran proses kimi dəyərləndirilir.

Bəs süni intellekt jurnalistikanın klassik dəyərlərini dəyişə bilərmi? İnsan jurnalistin yerini tutmaq ehtimalı varmı? Etika və ictimai etimad baxımından hansı təhlükələr mövcuddur?

Bakı Dövlət Universitetinin Multimedia ve elektron kommunikasiya kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Arzu İsayeva bu və digər suallara Citypost.az-a müsahibəsində aydınlıq gətirib.

– Süni intellektlə xəbər aparıcılarının yayılması gələcəkdə canlı insan resursuna olan ehtiyacı həqiqətən azaldırmı, yoxsa bu yalnız texniki yardımçı alətdirmi?

– İlk olaraq onu qeyd edim ki, ötən il dünya üzrə media məhsullarının hazırlanmasında süni intellektin payı təxminən 10–12 faiz təşkil edib. Bu fakt onu göstərir ki, texnologiya artıq prosesin bir hissəsinə çevrilib, lakin hələ dominant mövqedə deyil.Süni intellektlə yaradılan xəbər aparıcıları insan resursunu tam şəkildə əvəz etmir. Daha çox əmək bölgüsünün dəyişməsinə səbəb olur. Məsələn, standart və qısa xəbərlərin oxunması, hava proqnozları, maliyyə göstəriciləri, idman nəticələri kimi informativ təqdimatlar süni intellekt vasitəsilə hazırlandıqda müəyyən qədər effektiv sayıla bilər.Bu baxımdan düşünürəm ki, süni intellekt insan jurnalistinin yerini tutmaqdan daha çox onu texniki yüklərdən azad edir. Yəni, bu texnologiya əsasən yardımçı alət rolunu oynayır.

– Jurnalistikanın etika, məsuliyyət və ictimai etimad prinsipləri baxımından bu proses nə dərəcədə risklidir?

– Bəli, bu sahədə kifayət qədər ciddi risklər mövcuddur. Onlardan biri məsuliyyət problemidir. Süni intellekt səhv və ya manipulyativ informasiya təqdim edərsə, hüquqi məsuliyyəti kimin daşıyacağı sualı ortaya çıxır: proqramçı, media qurumu, yoxsa platforma? Digər mühüm məsələ ictimai etimadla bağlıdır. Tamaşaçı qarşısında üzü, səsi, emosiyası olan canlı jurnalistlə real olmayan, süni şəkildə yaradılmış aparıcı arasında fərq var. Bu fərq uzunmüddətli perspektivdə auditoriyanın mediaya olan etimadının zəifləməsinə səbəb ola bilər.Bundan əlavə, manipulyasiya və dezinformasiya riski də mövcuddur. Süni intellekt çox sürətlə və kütləvi şəkildə yanlış informasiyalar yaya bilər ki, bu da ciddi təhlükədir. Şəffaflıq problemi də xüsusi vurğulanmalıdır. Tamaşaçı mütləq bilməlidir ki, qarşısındakı aparıcı insandır, yoxsa süni intellekt. Bu, etik baxımdan vacib məsələdir.

– Sizcə, süni intellekt insan jurnalistin yerini tam tuta bilərmi, yoxsa bu, yalnız müəyyən formatlarla məhdudlaşacaq?

– Bu suala qısa və konkret cavab verə bilərəm: xeyr, süni intellekt insan jurnalistin yerini tam tuta bilməz. Çünki o, əsasən texniki icraçı funksiyasını yerinə yetirir – mətn səsləndirir, məlumat ötürür.İnsana xas olan empatiya, emosional yanaşma, situasiyanı dəyərləndirmə, etik qərarvermə kimi xüsusiyyətlər süni intellektdə mövcud deyil. İnsan jurnalistin daşıdığı bu keyfiyyətlər heç bir texnoloji alətlə tam əvəz oluna bilməz.Nəticə etibarilə demək olar ki, süni intellekt media sahəsində nə rəqibdir, nə də alternativ. O, sadəcə alətdir və düzgün istifadə edildiyi təqdirdə jurnalistikanın keyfiyyətinə kömək edə bilər.

Söhbətləşdi - Turan Etibaroğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şakir Quliyev: "Dinləyicilərin sevgisini qazanmaq bizim üçün ən böyük uğur idi" - MÜSAHİBƏ

Azərbaycanın bölgələrində milli estrada musiqisinin formalaşmasına töhfə verən musiqi kollektivlərdən biri də İmişlidə fəaliyyət göstərən “Şəms” ansamblı olub. 1980-ci illərdən etibarən dinləyicilərin rəğbətini qazanan ansambl təkcə ifaları ilə deyil, həm də milli ruhu müasir estrada üslubu ilə birləşdirən yaradıcılığı ilə seçilib. Kollektivin bədii rəhbəri, bəstəkar-müğənni Şakir Quliyev uzun illər ərzində çoxsaylı mahnıların müəllifi olub, bəstələri tanınmış ifaçılar tərəfindən səsləndirilib, mahnılarından biri isə Rusiyanın "Mosfilm" kinostudiyasının istehsalı olan "Trio" filmində istifadə olunub. İstedadlı bəstəkar Şakir Quliyevlə söhbətimizdə "Şəms" ansamblının yaranma tarixindən, yaradıcılıq yolundan, uğurlarından və bu günə qədər davam edən sənət fəaliyyətindən danışdıq. Həmin müsahibəni oxuculara təqdim edirik. - Şakir müəllim, istərdik...

14 İyul 2026, 20:47

Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 78 kiloqram 250 qram narkotik vasitə və 1990 ədəd nakotik tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.Oxu24.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 6 kiloqram 380 qram narkotik vasitə (5 kiloqram 530 qram marixuana; 850 qram tiryək) və 1990 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində isə 71 kiloqram 870 qram marixuana...

08 İyul 2026, 13:02

Dələduzluq edən altı nəfər saxlanıldı

Azərbaycanda dələduzluq edən altı nəfər saxlanılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.Məlumata görə, polis əməkdaşlarının iyulun 6-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

08 İyul 2026, 09:05

İlham Qəhrəman AYB-ni rüsvay etdi

İlham Qəhrəman: "Məhkəmə AYB-nin iddiasını haqlı saymadı, nə üzr istədim, nə də təzminat ödədim" - Müsahibə Kulis.az Ülvi Bahadırın şair İlham Qəhrəmanla müsahibəsini təqdim edir.– İlham bəy, Laçın azad olunandan sonra ora getmisiniz?– Laçın azad olunandan təxminən iki il sonra – 2022-ci ilin aprelində getdim. O vaxt getmək çox çətin idi. Qubadlı tərəfdən gedəndə Laçının ilk kəndi Güləbirddi. Sarı Aşığın qəbri də həmin kənddədir. Orada “Laçın” sözü yazılmış banner vardı. Maşından düşüb bannerə sarıldım, kövrəldim, özümü saxlaya bilmədim. Vaxtilə yazdığım “Laçın” şeirinin ilk bəndini xatırladım:"Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş"Avatar"ın yaradıcısı oğurluqda ittiham olunur"Bəlkə, əynindəki mundirinə görə onunla xoş danışdılar?" -...

26 May 2026, 10:51

Qaya uçqunu İsmayıllı–Lahıc yolunda hərəkəti dayandırıb

İsmayıllı–Lahıc avtomobil yolunda baş verən qaya uçqunu səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.Yolun qaya parçaları və daşlardan təmizlənməsi məqsədilə əraziyə səhər saatlarından etibarən ağır texnika cəlb olunub. Hazırda yolun qısa müddətdə yenidən istifadəyə verilməsi üçün təmizləmə və bərpa işləri aparılır....

16 May 2026, 09:04

Qalib İbrahimoğlu: “MEDİA mətbuatın inkişafında mühüm rol oynayır” 

Müasir informasiya cəmiyyətində media artıq yalnız xəbərin çatdırılması funksiyası ilə məhdudlaşmır, o həm də ictimai şüurun formalaşmasında, dövlətlə vətəndaş arasında etibarlı informasiya mübadiləsinin təmin olunmasında mühüm strateji institut kimi çıxış edir. Qlobal rəqəmsallaşma proseslərinin sürətləndiyi bir dövrdə medianın rolu daha da genişlənir, onun operativliyi, peşəkarlığı və texnoloji imkanlara uyğunlaşması əsas prioritetlərdən birinə çevrilir.Bu baxımdan Azərbaycanda medianın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti xüsusi əhəmiyyət daşıyır. Medianın İnkişafı Agentliyi tərəfindən icra olunan dəstək mexanizmləri media subyektlərinin institusional güclənməsinə, onların maddi-texniki bazasının təkmilləşdirilməsinə və peşəkar jurnalistika standartlarının yüksəldilməsinə xidmət edir. Bu yanaşma xüsusilə onlayn medianın inkişafında yeni mərhələnin formalaşmasına şərait yaradır.Agentlik tərəfindən...

12 May 2026, 15:51