Bizə yazın

Baku

-°C

USD

-

Süni intellektlə “dirilən” ölülər: Din xadimi ilə MÜSAHİBƏ 

Müsahibələr 27 Yanvar 2026, 12:00

1882

Son dövrlər sosial şəbəkələrdə narahatedici və eyni zamanda geniş müzakirələrə səbəb olan bir tendensiya sürətlə yayılmaqdadır. Vəfat etmiş insanların süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış videoları paylaşılır. Bəzi istifadəçilər dünyasını dəyişmiş yaxınlarını guya məzardan çıxırmış kimi, bəziləri isə danışan, hərəkət edən formada təqdim edir. Bu videolar bir tərəfdən texnologiyanın imkanlarını nümayiş etdirsə də, digər tərəfdən ciddi mənəvi, etik və dini suallar doğurur.

Mövzu ilə bağlı dini baxımdan mövqeni öyrənmək üçün Abşeron,Sumqayıt Xızı bölgə qazisi Hacı Rauf Sərdarovdan açıqlama aldıq. O, süni intellektlə vəfat etmiş insanların “canlandırılması”nın İslam dini baxımından qətiyyən qəbul olunmadığını bildirdi.

 Hacı Rauf Sərdarovun sözlərinə görə, İslam dinində bu cür yanaşmalar bəyənilmir və hətta günah hesab olunur:“İslam baxımından bu cür görüntülər qəbul edilən deyil. Ümumiyyətlə, bəyənilmir, hətta günah sayılır. Ölünü diriltmək, ona yenidən həyat vermək yalnız Allaha məxsus bir xüsusiyyətdir. İnsanlar süni intellektlə özlərindən nəsə uydururlar, amma bu, dinimizdə tamamilə qəbuledilməzdir.”

Axund qeyd edir ki, sosial şəbəkələrdə bu cür videolar artıq bir növ “trend”ə çevrilsə də, müasirlik və texnologiya adı altında hər şeyin leqallaşdırılması doğru deyil:“Elm başqadır, müasirlik başqadır, günün tələbi başqadır. Amma bu kimi vasitələrdən istifadə etmək dinimizə görə uyğun deyil. Kim edirsə, bu artıq onun şəxsi düşüncəsidir, lakin bəzi mənbələrdə bu, hətta insanın özünə qarşı hörmətsizlik, həqarət kimi dəyərləndirilir.”

 Hacı Rauf vurğulayır ki, insan dünyasını dəyişdikdən sonra onun ruhu Allaha qovuşur və artıq bərzəx aləmində olur:“İnsan vəfat edəndən sonra onun ruhu Allahına qayıdır və orada öz əməllərinə görə hesaba çəkilir. Sən onun həyatına niyə müdaxilə edirsən? Bu, düzgün deyil.”

O, həmçinin qeyd etdi ki, İslamda hətta başdaşıların həddindən artıq bəzədilməsi, şəkillərin qoyulması belə bəyənilmir. Yalnız vətən, xalq və millət yolunda canından keçmiş şəhidlər istisna təşkil edir.

 Rauf Sərdarov vurğulayır ki, dünyasını dəyişmiş yaxınlarına təsəlli tapmaq istəyənlər üçün dinin tövsiyə etdiyi daha doğru yolları da sadaladı:“Əgər insan valideyni və ya yaxınları üçün nəsə etmək istəyirsə, onun ruhuna dua oxusun, Quran oxutsun, bir yetimi sevindirsin, bir ehtiyaclıya kömək etsin. Onun adından yol çəksin, su çəkdirsin, məktəb, məscid, mədrəsə tiksin, təhsilinə dəstək olsun. Bunlar daha məqsədyönlü və savab əməllərdir.”

Din xadiminin fikrincə, süni intellektlə hazırlanmış bu tip videoların mərhuma heç bir faydası yoxdur:“Bu cür görüntülər sadəcə şok xarakteri daşıyır. Nə mərhuma xeyri var, nə də axirət baxımından fayda verir.”

Beləliklə, müasir texnologiyaların yaratdığı imkanlar insanları heyrətləndirsə də, din və mənəviyyat prizmasından baxıldıqda, hər yeniliyin doğru və məqbul olmadığı bir daha ortaya çıxır.

Söhbətləşdi- Turan Etibaroğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nadir Azəri: “Xocalı faciəsini unutmamaq gəncliyin üzərinə düşən mühüm vəzifələrdən biridir”

“Ermənilərin uzun illər ərzində Azərbaycan xalqının başına gətirdiyi müsibətlər tariximizin ən ağrılı səhifələrini təşkil edir. Bu faciələrdən ən dəhşətlisi isə 1992-ci ilin fevralın 26-da törədilmiş Xocalı soyqırımıdır ki, bu hadisə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq və bəşəriyyət əleyhinə törədilmiş ağır cinayətdir. Aradan illər keçsə də, bu qanlı faciənin ağrısı xalqımızın yaddaşından silinməyib və silinməyəcək”.Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.Nadir Azəri bildirib ki, bu gün Xocalı şəhidlərinin ruhu şaddır: “Çünki Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. 44 günlük...

26 Fevral 2026, 09:38

Nüşabə Babayeva-Vəkilova:İlham Əliyevin sərəncamı ilə keçirilən yubiley ədəbiyyatımız üçün önəmlidir

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.Ədibin gəlini, Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı,Filologiya üzrə fəlsəfə doktoru, dosent Nüşabə Babayeva-Vəkilova Citypost.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Səməd Vurğunun 120 illik yubileyinin keçirilməsi Azərbaycan mədəniyyəti üçün sevindirici və əlamətdar hadisədir. O, böyük şairə göstərilən diqqətə görə dövlət başçısına dərin minnətdarlığını ifadə edib.N.Babayeva-Vəkilova qeyd edib ki, Səməd Vurğun Azərbaycan mədəniyyətində  eləcə də tarixində öz sözünü demiş, mövqeyini müəyyənləşdirmiş böyük sənətkardır. Onun sözlərinə görə, şair hələ sağlığında keçmiş Sovet məkanında və bir sıra xarici ölkələrdə tanınıb, sevilib....

23 Fevral 2026, 15:22

95 yaşını qeyd edən Xalq şairi: "Həm qəmginəm, həm sevincli"  

Azərbaycanın görkəmli Xalq şairi, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli Nəriman Həsənzadə bu gün  95 illik yubileyini qeyd edir. Bu münasibətilə Citypost.az  saytına açıqlama verən görkəmli şair bildirib ki, bu günlərdə onu təbrik edənlərin sayı çoxdur və hər birinə minnətdardır. O, keçirdiyi hissləri belə ifadə edib:“Zəng eləyən, maraqlanan, yazan hər kəsə təşəkkür edirəm. Həm sevincliyəm, həm də qəmginəm. Qəm mənim yol yoldaşımdır. Özümü bir qədər həm yaxşı, həm də səhhətimlə əlaqədar biraz pis hiss edirəm. Amma zəngləri gördükcə çalışıram ki, özümü daha yaxşı hiss edim”.Qeyd edək ki, Nəriman Həsənzadə 18 fevral 1931-ci ildə Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Filologiya...

18 Fevral 2026, 10:21

Azər Həsrət: Saxta hesablara və təhqirlərə dözmək lazımdır

Cəmiyyətin önündə olan və ictimai rəy formalaşdıran insanlar üçün tənqid və narazılıq qaçılmazdır. Əməkdar jurnalist Azər Həsrət Citypost.az-a verdiyi açıqlamada bu vəziyyətlə bağlı şəxsi yanaşmasını və sosial mediada qarşılaşdığı təhqir və hədə hallarını şərh edib.Azər Həsrət bildirib ki, ictimai rəy formalaşdıran şəxslər hər kəs tərəfindən sevilməyə borclu deyil: “Təbii ki, narazılar olacaq. Amma bu narazılıqlar həmişə ədəb çərçivəsində ifadə edilməlidir.”Jurnalist qeyd edib ki, dəstək də kifayət qədərdir: “Minlərlə, bəzən yüz minlərlə insan paylaşımlarımı bəyənir, fikirlərimi yayır, dəstəyini bildirir. Xaricdən də belə dəstək görürük. Amma bəzən saxta və gizli hesablardan təhqir və hədə göndərən şəxslər də olur. Bəzən onları tapıb üzr...

09 Fevral 2026, 14:21

"Təhsilin bərbad vəziyyətə salınması insanın ürəyini sızladır"  - Fazil Mustafa

Fəlsəfə üzrə fəlsəfə doktoru, Böyük Qurtuluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa yerli mediaya müshaibə verib.CityPost.az   həmin müsahibəni təqdim edir:- Salam Fazil bəy, necəsiniz?- Sağ olun, şükürlü insan olaraq ancaq yaxşılıqdan və gözəllikdən danışa bilərəm.- Orta təhsil aldığınız məktəblə bağlı hansı xatirələr yadınızda qalıb. O illəri tez-tezmi xatırlayırsınız?- Əlbəttə, bu ömür yolumuzun ən maraqlı və duyğusal anlarıdır. İlk əlifba hərfi, ilk 5 və 2 qiymətlər, ilk sevgilər, ilk dostluqlar və ən əsası da müəllimlər və sinif yoldaşları. Ara-sıra öz müəllimlərimlə, sinif yoldaşlarımla o keçmiş günləri xatırlayarkən ən çox üzərində durduğumuz xatirə mənim son zəng günündə bütün sinif yoldaşlarıma ayrı-ayrılıqda yazdığım...

05 Fevral 2026, 16:04

Hacıbəy Heydərli:"İstinadsız xəbər yolverilməzdir!"

Azərbaycan mediasında istinad məsələsi uzun illərdir ki, gündəmdə qalır. Bir çox sayt digər medianın özəl xəbərlərini istinadsız paylaşır və bu, həmkarlar arasında qalmaqala səbəb olur. Son dövrlərdə bu tendensiya sosial şəbəkələrdə də narazılıqlara yol açır.Buna münasibət bildirən Mətbuat Şurasının İdarə heyətinin üzvü, "Azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli Citypost.az saytına bildirib ki, istinad mədəniyyəti medianın əsas prinsiplərindən biridir. O qeyd edib ki, bəzən xəbərlərin mənbəyi göstərilmədən paylaşılması jurnalistlər və media subyektləri tərəfindən haqlı narazılıqla qarşılanır.H.Heydərli xatırladıb ki, istinad mədəniyyəti həm media haqqında qanunla, həm də Jurnalistlərin Peşə Kodeksi ilə tənzimlənir. Buna baxmayaraq, Azərbaycan mediasında belə anlaşılmazlıqların və narazılıqların şahidi olmaq...

29 Yanvar 2026, 15:13