Bizə yazın

Baku

-°C

USD

-

Millət vəkili:Rəqəmsallaşma dövlət siyasətinin prioritetidir

Siyasət 15 Fevral 2026, 19:22

4264

Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirə Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıracaq strateji fəaliyyət planının əsas istiqamətlərini hökumət üzvlərinin və, həmçinin, geniş ictimaiyyətin diqqətinə çatdırdı.

Ölkəmizin süni intellekt, data mərkəzləri və kibertəhlükəsizlik sahələrindəki hədəfləri, mövcud enerji resursları və əlverişli coğrafi mövqe kimi üstünlükləri var. Dövlət xidmətlərinin "mygov" platforması üzərindən vahid mərkəzdən idarə edilməsi və dövlət qurumları arasında sıx koordinasiyanın yaradılması planlaşdırılır. Yeni arxitektura, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafını təmin etmək üçün rəqəmsallaşmanı dövlət siyasətinin mərkəzinə qoyur.

Azərbaycanın Asiya ilə Avropa arasında və Şimal-Cənub dəhlizi üzərində yerləşməsi ölkəmizə rəqəmsal bağlantılar sahəsində də mühüm üstünlük qazandırır. Yaxın gələcəkdə ölkəmiz bu istiqamətlərdə rəqəmsal qovşağa çevrilə bilər. Azərbaycanın şərq sahillərini birləşdirəcək fiber-optik kabel layihəsinin bu il başa çatacağı gözlənilir. Bu layihə ölkənin informasiya infrastrukturunu gücləndirəcək və regionla əlaqələri yeni səviyyəyə qaldıracaq.

Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan fiber-optik kabel layihəsi — Trans-Xəzər Fiber-Optik Kabel Xətti — Avropa ilə Asiyanı birləşdirən “Rəqəmsal İpək Yolu” meqalayihəsinin əsas elementlərindən biridir. Bu kabel Azərbaycanın Sumqayıt şəhəri ilə Qazaxıstanın Aktau şəhəri arasında birbaşa rəqəmsal bağlantı yaradacaq. Layihə Azərbaycanın şərq istiqamətində kommunikasiya imkanlarını gücləndirməklə yanaşı, qərb istiqamətində də yeni bağlantıların qurulmasını nəzərdə tutur və ölkənin regional kommunikasiya şəbəkəsinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bundan əlavə, Azərbaycan və Türkmənistan arasında (Siyəzən–Türkmənbaşı marşrutu üzrə) oxşar kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası razılaşma mövcuddur. Bu təşəbbüs təkcə texnoloji yenilik deyil, həm də insanların gündəlik həyatına təsir edən mühüm infrastruktur layihəsidir. Daha sürətli və dayanıqlı internet, enerji təchizatının sabitliyi və ixrac imkanlarının genişlənməsi iqtisadi artımı və sosial rifahı gücləndirəcək. Eyni zamanda, regionda yeni iş yerlərinin yaranmasına və innovativ imkanların artmasına şərait yaradacaq.

Data mərkəzləri üçün əlverişli imkanlar ölkəmizi investisiyalar baxımından Avropa ölkələri üçün də cəlbedici edir. Məsələn, rəqəmsal iqtisadiyyat, süni intellekt və data mərkəzlərinin yaradılması Azərbaycan–Slovakiya əməkdaşlığının yüksələn istiqamətlərindən biridir. Azərbaycanın bu sahədə üstünlüyü iki əsas amildən qaynaqlanır. Ən başlıcası, diversifikasiya olunmuş enerji resurslarına malik olmağımızdır ki, data mərkəzlərinin işləkliyi üçün ehtiyac duyduğu da enerjidir. Həmçinin, iqlim müxtəlifliyi ölkədə ilboyu soyuq bölgələrin mövcudluğu data mərkəzlərinin səmərəli fəaliyyətinə imkan yaradır. Çünki nəhəng data mərkəzləri gecə-gündüz işləyir və qızır. Onların soyuq saxlanılması üçün böyük soyutma sistemlərindən istifadə olunur. Bu isə, böyük enerji və su sərfiyyatı deməkdir. Ancaq bu kimi data mərkəzləri iqlim soyuq bölgədə yerləşdirilərsə, su və enerji sərfiyyatı azalar.

Azərbaycanın hazırda 10 min meqavata bərabər olan generasiya gücünün ən azı 2 min meqavatı istifadə edilməyən gücdür. Bu sərbəst resurs rəqəmsal infrastrukturun və süni intellekt texnologiyalarının inkişafı üçün hazır baza rolunu oynayır. Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, coğrafi vəziyyət və enerji müstəqilliyi ölkənin uzunmüddətli, dayanıqlı inkişafını təmin edən və beynəlxalq texnoloji şirkətləri ölkəyə cəlb edən əsas amillərdir. Yaşıl enerji növləri üzrə imzalanmış müqavilələr gələcəkdə enerji generasiya gücünü daha da artıracaq ki, bu da rəqəmsallaşma prosesinin dayanıqlılığını təmin edəcək.

Dövlət Başçımız açıq şəkildə qeyd edir ki, Avropa texnoloji şirkətləri hazırda ABŞ nəhəngləri ilə rəqabətdə "ən azı bir nəsil geridədirlər". Məhz bu səbəbdən ABŞ ilə imzalanmış “Strateji Tərəfdaşlıq Xartiyası” ölkəmizin data mərkəzləri və süni zəka ekosistemi üçün böyük əhəmiyyət kəsb edir. Çin ilə "Hərtərəfli Strateji Tərəfdaşlıq" və Avropa İttifaqının 10 ölkəsi ilə olan sazişlər Azərbaycanı qlobal texnoloji ekosistemin qovşağına çevirir.

Azərbaycan hazırda dövlət idarəçiliyini və iqtisadi inkişaf modelini rəqəmsal transformasiya üzərində qurmağa çalışır. Bu prosesin mərkəzində süni intellekt texnologiyalarının tətbiqi dayanır. Süni intellekt agentlərinin dövlət qurumlarında istifadəsi qərarvermə proseslərini daha dəqiq, sürətli və şəffaf edir, idarəetmədə insan faktorundan qaynaqlanan riskləri azaldır. Eyni zamanda, hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul rəhbərlərin təyin olunması süni zəkanın hər sahədə artıq strateji prioritetə çevrildiyini göstərir.

Lakin rəqəmsal arxitekturanın dayanıqlığı təkcə texnologiyadan asılı deyil. Bu sistemin gücü insan kapitalı və kibertəhlükəsizlik imkanları ilə müəyyən olunur. Son illərdə baş verən kiberhücumlar sübut edib ki, bu sahə sadəcə texniki məsələ deyil, milli təhlükəsizlik məsələsidir. Buna görə də təhsil sisteminin yenilənməsi, yeni mütəxəssislərin hazırlanması və rəqəmsal bacarıqların inkişafı strateji hədəf kimi önə çıxır.

Bu yanaşma Azərbaycanın enerji potensialını texnoloji və intellektual resurslarla birləşdirməyə yönəlib. Məqsəd yalnız elektron xidmətlərin sayını artırmaq deyil, ölkəni regionda rəqəmsal innovasiya və kommunikasiya mərkəzinə çevirməkdir. Coğrafi mövqe, enerji imkanları və beynəlxalq tərəfdaşlıqlar bu transformasiyanın əsas hərəkətverici qüvvələri kimi çıxış edir.

Milli Məclisin deputatı

Pərvanə Vəliyeva

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov rumınyalı həmkarı ilə danışdı 

15 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu arasında telefon danışığı baş tutub.XİN-dən Citypost.az-a verilən xəbərə görə, telefon danışığı zamanı tərəflər Azərbaycan ilə Rumıniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.Bu çərçivədə enerji, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın iştirakı ilə həyata keçirilən strateji layihələrin əhəmiyyəti vurğulanıb.Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə toxunaraq, əməkdaşlığın möhkəmləndirilməsinin, təhlükəsizliyin və sabitliyin əhəmiyyətini qeyd ediblər.Danışıq zamanı geniş kontekstdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri də nəzərdən keçirilib....

15 Aprel 2026, 17:36

İranın ABŞ-yə vurduğu ziyan açıqlandı  

ABŞ İrandakı hərbi əməliyyatlara 51,4 milyard dollardan çox pul xərcləyib.Modern.az xəbər verir ki, bu barədə “Iran War Cost Tracker” portal məlumat yayıb.Xatırladaq ki, aprelin 6-da  portal Pentaqonun Konqresə təqdim etdiyi hesabat əsasında apardığı hesablamalara əsasən  müharibənini ilk 6 günü 11,3 milyard dollara başa gəldiyi sonrakı dövrdə isə gündəlik xərclərin təxminən 1 milyard dollar təşkil etdiyi bildirilmişdi.Bununla belə, portal özü qeyd edir ki, bəzi analitiklərin fikrincə, sayğacda göstərilən məbləğ əhəmiyyətli dərəcədə az göstərilmiş ola bilər....

15 Aprel 2026, 14:03

Paşinyan: İrəvan üzvlük naminə Aİ-ni "şantaj etməyəcək" 

Ermənistan Avropa İttifaqına (Aİ) üzvlük barədə qərardan asılı olmayaraq avrointeqrasiya kursundan qazanacaq."Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan Ermənistan-Aİ Vətəndaş Cəmiyyəti Platformasının 8-ci ikitərəfli görüşündə bəyan edib.Onun sözlərinə görə, İrəvan Aİ ilə yaxınlaşma prosesində təzyiq və ya "şantaj" tətbiq etmək niyyətində deyil. "Bəli, biz Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması barədə qanun qəbul etdik. Strategiyamız bundan ibarətdir ki, "bizi bir ay ərzində qəbul etməlisiniz" deyərək şantaj alətlərindən istifadə etməyəcəyik", - o qeyd edib.N.Paşinyan vurğulayıb ki, hətta imtina halında belə ölkə islahatlardan fayda əldə edəcək. "Əgər Avropa İttifaqı bizi qəbul etmək qərarına gəlsə, bu, əla olacaq....

15 Aprel 2026, 13:53

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrası üzrə məsələlər müzakirə olunub 

Aprelin 15-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neff və Ticarət və İnkişaf Agentliyinin (USTDA) nümayəndələri ilə görüşüb.XİN-dən Citypost.az-a  verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrasından irəli gələn məsələlər, o cümlədən enerji və ticarət məsələləri, regional bağlantılar və iqtisadi sərmayə sahələrində əməkdaşlıq müzakirə edilib.Tərəflər arasında nəqliyyat, rəqəmsallaşma, süni intellekt və s. potensial layihələr, bu istiqamətdə görülən işlər və özəl sektor nümayəndələrinin iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.Görüş zamanı Azərbaycanın regionun enerji təhlükəsizliyində mühüm rolu, Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi, habelə Azərbaycanda...

15 Aprel 2026, 12:25

ABŞ-ın “kişi sözü” və ya İran üçün hazırlanmış İraq ssenarisi  

ABŞ-ın “kişi sözü” və ya İran üçün hazırlanmış İraq ssenarisiBoş-boşuna Hörmüz boğazında yeni hadisələr axtarmayın. Böyük ehtimalla, Hörmüz boğazında hələ uzun müddət diqqətə layiq hadisələr baş verməyəcək. Çünki ABŞ Hörmüz boğazını tamamilə blokadaya aldı və bundan sonra İranın ciddi şəkildə zəifləməsini gözləyəcək. Onun artıq müqavimət göstərmək qabiliyyətində olmadığını hiss edəndə isə sonuncu və həlledici hücuma keçib, məsələyə nöqtə qoyacaq. Eynilə 1990-2000-ci illərdə İraqda olduğu kimi.Məlumdur ki, ABŞ adına Körfəz müharibəsi dediyi İraqın işğalını iki mərhələdə həyata keçirdi. I Körfəz savaşı 1990-cı ildə İraqın Kuveyti işğalı ilə başladı. İddiaya görə, ABŞ-ın İraqdakı səfiri Aprel Qlaspinin işğaldan bir müddət əvvəl Səddam Hüseynlə...

15 Aprel 2026, 11:46

Turan Rzayev: İsrail–Livan danışıqlarında əsas mövzu “Hizbullah”dır

Politoloq Turan Rzayev İsrail və Livan nümayəndələri arasında Vaşinqtonda keçirilən danışıqlarla bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, İsrail və Livan nümayəndələri arasında danışıqlar ABŞ Dövlət Departamentinin Vaşinqtondakı qərargahında baş tutub və 1993-cü ildən bəri ilk belə görüş kimi tarixi əhəmiyyət daşıyır. Görüşdə ABŞ Dövlət katibi Marko Rubio, Livanın ABŞ-dakı səfiri Nada Hamadeh, İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter, ABŞ-ın Livandakı səfiri Mişel İssa və Dövlət Departamentinin müşaviri Maykl Nidhem iştirak edib.T.Rzayev qeyd edib ki, İsrail Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatlar aparır və bu əməliyyatlar nəticəsində 165 uşaq və 87 tibb işçisi də daxil olmaqla azı 2089 nəfər həlak...

15 Aprel 2026, 11:34