Əkbər Qoşalı: Azərbaycan regional sülhü və yeni geosiyasi modeli formalaşdırır
Siyasət 05 May 2026, 10:00
4754
Çağdaş dünyanın siyasi xəritəsi həm sərhədlərlə, həm də münasibətlər sistemi ilə və daha da dərin qatlarda – sivilizasiya səviyyəli davranış kodları ilə müəyyən olunur. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında səsləndirdiyi fikirlər cari diplomatik mövqedən daha üstün – yeni bir geosiyasi düşüncə modelinin konturlarını ortaya qoyur.
Bəli, sülh praktik mexanizmdir və o, deklarasiya sayıla bilməz.
Azərbaycan-Ermənistan münasibətlərində son dönəmdə müşahidə olunan dinamika, klassik diplomatik ritorikanın hüdudlarını aşaraq praktik sülh mexanizminə çevrilməkdədir. Sülhün sənədlərlə birgə, logistik və iqtisadi axınlarda ifadə olunması bunu təsdiqləyir.
Örnək göstərsək, Azərbaycan ərazisi üzərindən Ermənistana minlərlə ton yükün çatdırılması, eyni zamanda neft məhsullarının ixracına başlanması sülhün artıq gerçək iqtisadi davranışa transformasiyasını göstərir. Bəli, bu, klassik anlamda “savaşsonrası mərhələ” olmaqdan daha irəli – qarşıdurmadan sonrakı mədəniyyətinin başlanğıcıdır. Bəli, bəli, mədəniyyətin!..
Belə addımlar qarşılıqlı güvənin institusional əsasını yaradır, regional kommunikasiya xəritəsini yenidən qurur və ən əsası, sülhü “məcburi pauza”dan “şüurlu seçim”ə çevirir.
Biz bu məqamda tarazlıq siyasətinin Bakı modelinə keçid edə bilərik.
Azərbaycanın irəli sürdüyü və qəbul olunmuş təşəbbüs – “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Bakıda keçirilməsi – tarazlıq prinsipinin siyasi institusionallaşmasıdır. Yəni söhbətin sadəcə diplomatik jestdən getmədiyi hər kəsə aydındır.
Ermənistanda keçirilən sammitə dəstək verilməsi və paralel olaraq Azərbaycanın ev yiyəliyi təklifinin qəbul olunması regiona yeni anlayış gətirir (yaxud onu möhkəmləndirir). Bəli, sülh kompromis olmaqdan irəli – qarşılıqlı legitimlikdir.
Bu, keçmiş Sovet məkanında nadir rast gəlinən yanaşmadır. Burada artıq “qalib-məğlub” dili işlək sayılmır və necə deyərlər, “bərabər iştirakçı” dili formalaşır.
Avropa ilə dialoq – bax, bu isə bizi işbirliyi və ziddiyyətin dialektikasına toxunmağa çağırır.
Azərbaycanın Avropa strukturları ilə münasibətlərində diqqət çəkən məqam iki xəttin paralel mövcudluğudur: bir tərəfdə – Avropa Komissiyası ilə konstruktiv işbirliyi, digər tərəfdə isə – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası ilə ciddi fikir ayrılıqları vardır…
Bax, bu təzad özü təsadüfi deyil; əslində, bu, Avropanın öz içində mövcud olan normativ parçalanmanın xarici siyasətdə əksidir.
Azərbaycan Respublikasının irəli sürdüyü əsas tezis – “ikili standartların qəbuledilməzliyi” – milli maraq mövqeyi olmaqdan başqa, həm də daha geniş miqyasda beynəlxalq hüququn universallığına çağırışdır.
Əgər ərazi bütövlüyü prinsipi ayrıcalıqlı (selektiv) tətbiq olunursa, o zaman bu prinsip artıq hüquqi norma olmaqdan enir, konkret siyasi alətə çevrilir…
Onda belə çıxır, biz narrativ savaşa – informasiya məkanında qarşıdurmaya fokuslanmalıyıq.
Budur, günümüzdə qarşıdurma fiziki məkanlarla yanaşı, informasiya sahəsində də davam edir. –
Son illərdə Avropa Parlamenti tərəfindən qəbul edilən çoxsaylı qətnamələr və onların ritorikası bunu açıq-aydın göstərmirmi?
Bu durumda Azərbaycan öz suverenliyini bərpa edən aktor, regional sabitlik yaradan mərkəz və habelə, narrativ hücumlara məruz qalan subyekt kimi çıxış edir.
Bu isə yeni bir gerçəklik yaradır:
geosiyasət artıq həm də semantika savaşına çevrilib… – Yəni, sözlərin, anlayışların və anlamların üzərində gedən savaşa… Örnək verək: biz haqlı olaraq, “antiterror əməliyyatı” deyirik, Avropalı “barış biliciləri” – “sülhşünaslar” dönüb-dönüb “hücum” deyəcəklər… Hərçənd erməni hökuməti İrəvanda da, İrəvandan qıraqda da heç bu mövzuya yaxınlaşmaq istəmirlər – düz də edirlər – savaşöncəsinə qayıdıb-qayıdıb, barışı necə təmin edəcəksən? – Axı “Ermənistanın təhlükəsizliyinin qarantı Azərbaycandır”…
Sülhə sədaqət söz süzmək sayılmaz – o, strateji seçim olmalıdır.
Ən önəmli məqam isə budur ki, bütün təzyiqlərə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqliyini qoruyur. Bu, gücün daha yüksək formasıdır.
Çünki savaşı qazanmaq bir mərhələdirsə, sülhü qurmaq və onu davam etdirmək sivilizasiya mərhələsi – daha doğrusu, sivilizasion mərhələdir. Əgər sivilizasiya mərhələsi zamanın bölgüsüdürsə,
sivilizasion mərhələ məzmunun dəyişməsidir.
Beləliklə, yeni siyasi fəlsəfə yaranır…
Budur, Bakı ilə Brüssel arasında münasibətlər yalnız diplomatik çərçivədə incələnə bilməz; burada daha dərin proses gedir. Yəni: milli maraq ilə qlobal norma arasında balans axtarışı, regional liderlik ilə beynəlxalq legitimlik arasında körpü quruculuğu və ən əsası, savaşsonrası dönəmin yeni fəlsəfəsinin formalaşmasından danışırıq...
Azərbaycan bu prosesdə artıq yalnız iştirakçı kimi çıxış etmir və oyunun qaydalarını təklif edən aktora çevrilir.
Ona görə indi “Avropa Azərbaycanı necə qəbul edir?“ sualını “Azərbaycan Avropaya hansı yeni siyasi məntiqi təklif edir?” şəklində dəyişdirməkdə haqlıyıq.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovu qəbul edib.Citypost.az xəbər verir ki, görüş barədə partiyanın "X" sosial media hesabında video paylaşılıb.
23 Oktyabr 2026, 20:58
Ədalət Verdiyev Nəsrullahın öldürülməsini əks etdirən videonu şərh edib
Hərbi ekspert Ədalət Verdiyev İsrailin Baş naziri Benyamin Netanyahunun süni intellekt vasitəsilə hazırlanmış Həsən Nəsrullahın öldürülməsini əks etdirən videonu yayımlaması ilə bağlı fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, Ədalət Verdiyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Hərbi ekspertin sözlərinə görə, Netanyahu seçki kampaniyası çərçivəsində İran, SEPAH, HƏMAS və Hizbullahla bağlı bu cür çoxsaylı materiallar paylaşa bilər. O, yayımlanan videoların təkzib edilməsinin mümkün olmayacağını iddia edib.Ədalət Verdiyev paylaşımında yazıb:“Netanyahu süni intellekt vasitəsilə hazırlanmış Həsən Nəsrullahın öldürülməsi videosunu yayımlayıb. Video baş verənləri tam həcmdə əks etdirir.Seçki kampaniyası ilə bağlı Netanyahu İran, SEPAH, HƏMAS və Hizbullah ilə əlaqədar onlarla belə material paylaşa bilər.Kimsə də...
23 Oktyabr 2026, 08:43
ABŞ İrana yeni zərbə endirməyə hazırlaşır? – Ədalət Verdiyev AÇIQLADI
Hərbi ekspert Ədalət Verdiyev ABŞ-ın İrana qarşı yeni hərbi əməliyyata başlaya biləcəyi ilə bağlı fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, hərbi ekspert bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Ədalət Verdiyevin sözlərinə görə, Pentaqon yeni əməliyyata başlamaq üçün ABŞ Prezidenti Donald Trampdan icazə gözləyir və paralel olaraq qoşunları İran sərhədinə yaxınlaşdırır.Ekspert həftənin sonuna qədər İrana növbəti zərbənin endirilməsi ehtimalının böyük olduğunu bildirib.Turan
23 Oktyabr 2026, 08:27
Alqış Musayev: “Səfirliyimiz qarşısında aksiya keçirənlər Türkiyənin və Türkün düşmənidir!”
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev Ankaradakı Azərbaycan səfirliyinin qarşısında aksiya keçirənlərə və aksiya keçirmək istəyənlərə münasibət bildirib.Citypost.az xəbər verir ki, Alqış Musayev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.O, paylaşımında Ankaradakı səfirliyimizin qarşısında aksiya keçirənləri və aksiya keçirmək istəyənləri Türkiyənin və türk xalqının düşməni adlandırıb.“Ankaradakı səfirliyimiz qarşısında aksiya keçirənlər və keçirmək istəyənlər Türkiyənin və Türkün düşmənidir!” – deyə Alqış Musayev yazıb.Turan...
23 Oktyabr 2026, 08:15
Məhəmməd Əsədullazadə: “Ölkəmizə qarşı ideoloji təsirlər müxtəlif formalarda həyata keçirilir”
Ölkəmizə qarşı ideoloji təsirlər müxtəlif istiqamətlər üzrə həyata keçirilir. Bu təsirlər dini və məzhəbsəl amillərlə yanaşı, təhsil və dil sahələrində də özünü göstərir.Citypost.az xəbər verir ki, bunu politoloq, Müasir Müsavat Partiyası (MCP) sədrinin müavini Məhəmməd Əsədullazadə sosial şəbəkə hesabında yazıb.Politoloq ölkəmizə qarşı yönələn ideoloji təsirlərin müxtəlif formalarda təzahür etdiyini vurğulayıb.“Ölkəmizə qarşı ideoloji təsirlər müxtəlif formalarda həyata keçirilir. Bu təsirlər həm dini və məzhəbsəl, həm də təhsil və dil baxımından özünü göstərir”, – deyə Məhəmməd Əsədullazadə qeyd edib....
23 Oktyabr 2026, 08:02
Bakıda Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
22 oktyabr tarixində Bakı şəhərində Azərbaycan Respublikası və Norveç Krallığı Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.XİN-dən Citypost.az-a verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Norveç nümayəndə heyətinə isə bu ölkənin Xarici işlər Nazirliyinin dövlət katibi Eivind Vad Petersson rəhbərlik edib.Məsləhətləşmələr çərçivəsində Azərbaycan və Norveç arasında siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib və ikitərəfli dialoqun davamlılığının təmin olunmasının vacibliyi qeyd edilib.Məsləhətləşmələr çərçivəsində ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan strateji enerji və nəqliyyat layihələri çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.Həmçinin müqavilə-hüquq bazasının...
22 Oktyabr 2026, 18:53