Bizə yazın

Baku

-°C

USD

-

<p><b>Ölkəni silkələyən XƏBƏR: Azərbaycanda hər kəs bunu <font color="#ff0000">MÜZAKİRƏ EDİR </font></b></p>

Ölkəni silkələyən XƏBƏR: Azərbaycanda hər kəs bunu MÜZAKİRƏ EDİR 

Oxu24.com  və CityPost.az saytlarının birgə araşdırması olan Fəzail Ağamalının nikahdan kənar oğlu olması faktı ölkə gündəmini zəbt edib.Oxu24.com  xəbər verir  ki, ölkənin  Qafqazinfo,Musavat.com,Lent.az,BizimMedia,Metbuat.az,Modern.az, gunensesiinfo  və  digər nüfuzlu  saytların əsas manşet xəbəri məhz bu informasiya oldu.Cəmiyyətdə şok effekti yaradan bu xəbər APA TV,Baku Tv və digər TV-lərin də geniş yer verdiyi mövzu oldu.Bir sıra siyasi tənqidçilər,jurnalistlər bu haqda fikirlər bildirdilər.Ana Vətən Partiyasının sədri,keçmiş deputat bu xəbərlərə  sadəcə  "cavanlıq səhvimdir" deməklə  cavablandırdı....

<p><b>Adnan Əhmədzadə işində ŞOK AD&nbsp;</b></p>

Adnan Əhmədzadə işində ŞOK AD 

Həbs edilən iş adamı ilə Mikayıl İsmayılovu nələr bağlayır - DosyeSOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadə ilə bağlı istintaq davam edir. Onun adı enerji sektorunda ən qalmaqallı proseslərlə, qanunsuz neft ticarəti və şübhəli maliyyə əməliyyatlarında hallanır. Adnan Əhmədzadənin həbsindən sonra gündəmə gələn faktlar isə işin yalnız iqtisadi tərəfləri ilə məhdudlaşmır.Məlumatlara görə, Adnan Əhmədzadənin SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovla yaxın əlaqələri olub. Hətta bu xətt üzrə əlaqələrin davam etdiyi bildirilir, müəyyən biznes bağlarının mövcudluğu barədə iddialar dolaşır. Məsələni maraqlı edən digər detal isə Adnan Əhmədzadənin müdafiəçisi, vəkil Şaiq Mirzəyevlə bağlıdır. Belə ki, hazırda dövlət...

Növbə general-mayor Mirsaleh Seyidovun qaynına çatdı  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində  cari ilin işlər planlarına uyğun olaraq yoxlama-nəzarət tədbirləri davam etdirilir.CityPost.az-a daxil  olan məlumata görə,Hesablama Palatası sözügedən Agentlikdə audit yoxlamasına başlayıb.Fəaliyyəti təftiş olunan Vüqar Behbudovun rəhbərlik etdiyi Agentliyin fəaliiyətindən şəhid ailələri və qazilər kütləvi  narazılıq ediblər.Yoxlamaların da  bu  fonda  aparıldığı  bildirilir.Xatırladaq ki,Vüqar Behbudov Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəisi,general-mayor Mirsaleh Seyidovun qaynıdır.Mirzə

16:22

Vətəndaşları aldadaraq 37 min manat ələ keçirən şəxs saxlanılıb 

Ayrı-ayrı vətəndaşların dələduzluqla üzləşməsi və onlara ümumilikdə 37 min manatdan çox maddi zərər vurulması ilə bağlı polisə müraciətlər daxil olub.Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, polis əməkdaşları tərəfindən dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 24 yaşlı F.Baxışov müəyyən olunaraq saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

13:10

Siyasi dələduz Cəmil Həsənli - Deputat Fazil Mustafanın HADİSƏ KİMİ YAZISI 

Cəmil Həsənlini son kitabımda birbaşa siyasi dələduz kimi xarakterizə etmişəm. Bunu öz siyasi mövcudluğu anından Əli Kərimlinin mirzəsi olmaqdan o tərəfə bir boy da böyüməmiş bu adamın yalnız indiki siyasi mövqeyi ilə əlaqələndirmirəm. Yazdığı "Zamanın sınağında" adlı kitabında şəxsimlə bağlı təsbitlərində nə qədər riyakar olduğunu göstərmişəm. Yəni kiminsə hansısa siyasi mövqedə olması onun tarixi faktları təhrif etməsi üçün əsas ola bilməz.Tarix fəlsəfəsi barədə bilgisi olmayan insanlar üçün "tarixçi" sayılan bu şəxsin yazdığı kitablarda da bu tendensiyanı anlamaq elə də çətin deyil. Milli azadlıq hərəkatı ilə bağlı yaxın tariximizin təhrifi Cəmil Həsənli kimi bir çox qeyri-ciddi tədqiqatçılar tərəfindən yazılan kitablarda müşahidə...

12:19

Hava necə olacaq?

Noyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Qərb küləyi əsəcək.Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-4° isti, gündüz 10-15° isti olacaq....

12:07

Kişini arı vurub öldürdü

Şahbuz rayonunda 66 yaşlı kişi arı sancması nəticəsində ölüb.Hadisə ötən gün Şahbuz rayonunun Kükü kəndində baş verib.Belə ki, kənd sakini 1959-cu il təvəllüdlü Aftandil Hüseynqulu oğlu Həsənov qızının yaşadığı evdə arı sancıb.A.Həsənov xəstəxanaya aparılarkən yolda ölüb.

11:23

Yol polisi bayram günləri ilə əlaqədar sürücülərə müraciət edib 

Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar bütün yol hərəkəti iştirakçılarına müraciət edib.CİTYpOST.AZ  xəbər verir ki, müraciətdə deyilir:"Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə qeyd olunan ardıcıl istirahət günlərində ölkənin müxtəlif istiqamətlərində nəqliyyat axını və hərəkət intensivliyi artıb.Bu səbəbdən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirilən tədbirləri davam etdirir.Baş Dövlət Yol Polisi sürücüləri və piyadaları diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.Sürücülərə uzun səfərlərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamaları, yorğun və yuxusuz halda sükan arxasına əyləşməmələri tövsiyə olunur.Bayram günlərində sərnişindaşıma ilə məşğul olan sürücülərdən isə...

11:21

Vətəndaşın pensiyasını kəsdilər,sağlamlıq arayışı da verilmir - ŞİKAYƏT 

Hərbidə  sağlamlığını itirsə də,pensiyasını ala bilmir.Bu barədə CityPost.az-a müraciət edən Şirxan Vaqif oğlu Mahmudov bildirib.Qazax rayonu,Dəmirçilər kənd sakini olan  şikayətçi bildirib ki,hərbi xidmət zamanı onda əlillik yaranıb.Bu səbəbdən də ona 5 illik əlillik pensiyası təyin olunub.5 il aldıqdan sonra pensiyası heç bir əsas göstərilmədən kəsilib.“2012-ci ilin iyul ayında hərbi xidmətə getdim.2014-cü ilin Yanvar ayında xidməti başa vurub,könüllü olaraq hərbidə qaldım.Həmin ilin may ayının 31-də xidmətdə olduğum müddətdə səhhətimdə qəfil problem yarandı.Müayinələr zamanı mənə onikibarmaq bağırsağın perforativ xorası diqnozu qoyuldu və əməliyyat olundum.Hərbi Həkim Komissiyasının rəyi əsasında mənə 5 il müddətinə  pensiya təyin edildi.2020-ci ildən etibarən pensiyam kəsildi.Mənə həkimlər bildirdilər ki,sən...

10:26

İmişlidə hamilə qadın xəstəxanada ölüb 

İmişlidə hamilə qadın xəstəxanada ölüb. İmişli rayonunun Cəfərli kənd sakini, 1983-cü il təvəllüdlü Hətəmova Mirvari Əbülfət qızı 9 aylıq hamiləlik sancıları ilə İmişli doğum evinə yerləşdirilib.Doğuş prosesində halı pisləşən 42 yaşlı qadın doğuş stolunda uşaq dünyaya gətirmədən ölüb.Faktla bağlı araşdırma aparılır.

10:25

Bakıda avtoxuliqanlıq edərək videosunu "TikTok"da paylaşan sürücü həbs edilib 

Bakıda avtoxuliqanlıq edərək videosunu "TikTok"da paylaşan sürücü həbs edilib.Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Belə ki, paytaxtın Nizami rayonu ərazisində sürücülük hüququ olmadan avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan "Tofaş" markalı, 10-ST-665 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tural İbrahimov saxlanılıb.T.İbrahimov idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini "TikTok" sosial şəbəkəsində paylaşıb.Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.İbrahimovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 20 sutka inzibati qaydada həbs edilib....

09:50

Qızılın qiyməti 30 oktyabrdan bəri ilk dəfə 4 050 dolları keçib 

Nyu York Ticarət Birjasının bölməsi olan "Comex"də 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 050 dolları keçib.Bu barədə CityPost.az  ticarət platformasının məlumatlarına istinadən xəbər verir.Bakı vaxtı ilə 05:22-yə olan məlumata görə, qiymətli metalın qiyməti bir troya unsiyası üçün $4 054,30 (+1.16) təşkil edib. Bakı vaxtı ilə 05:28-ə olan vəziyyətə görə, qızılın qiyməti hər unsiya üçün $4 060-a qədər artıb (+1.3%).

09:36

Ərdoğan: Cənubi Qafqazda daimi sülh üçün bir imkan pəncərəsi açılıb 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.CityPost.az-ın  məlumatına görə, Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verən Rəcəb Tayyib Ərdoğan səfər zamanı yüksək səviyyədə qarşılandığını bildirib.“Ziyarətimiz zamanı bizi hər zamankı kimi səmimi qonaqpərvərliyi ilə qarşılayan Azərbaycan Prezidenti İlham Əliyevə və bizi ürəkdən qarşılayan qardaş Azərbaycan xalqına təşəkkürümü bildirirəm”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.Qarabağda davam edən quruculuq işlərindən məmnunluqla bəhs edən Türkiyə Prezidenti sülh prosesində Azərbaycanın səylərini yüksək qiymətləndirib, Cənubi Qafqazda daimi sülh və əmin-amanlıq üçün bir imkan pəncərəsi açıldığını vurğulayıb: “30 ildən artıq davam edən qeyri-sabitliyin ardından daimi sülh və əmin-amanlıq üçün bir imkan pəncərəsi açılıb....

09 Noyabr 2025 15:28

 "Mənim üçün o rənglər şəhidlərimizin qanını xatırladır" -  "Ey Sevgili Bayrağım!" şeirinin müəllifi ilə MÜSAHİBƏ

Bu gün Azərbaycan xalqının milli simvolu – üçrəngli bayrağımızın şərəf və qürur günü qeyd olunur. Bayraq təkcə simvol deyil, o, tariximizin, mübarizəmizin və şəhidlərimizin qanı ilə yoğrulmuş mənəvi bir dəyərdir. Hər bir rəngi xalqımızın azadlıq və vətənpərvərlik ruhunu, hər dalğalanışı isə birlik və sadiqliyi simvolizə edir.Bayraq Günü, yalnız dövlət rəmzimizə hörmətin ifadəsi deyil, həm də millətimizin birliyinə, iradəsinə və gələcəyə olan ümidinə həsr olunmuş əziz gündür. Hər bir şair, qələm sahibi üçün vətənini, torpağını, elini, bayrağını vəsf etməkdən, onlara şeir həsr etməkdən daha böyük qürur ola bilməz. CityPost.az  xəbər  verir  ki,bir çox məşhur sənətçilərin,qiraətçilərin,şairlərin səsləndirdiyi "Ey Sevgili Bayrağım!" şeirinin müəllifi şair  Şəmsi...

09 Noyabr 2025 14:16

Hava ilə bağlı AÇIQLAMA 

Azərbaycan ərazisində noyabrın 10-na gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq, şimal-qərb küləyi səhər cənub-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək.Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-4° isti, gündüz 10-15°...

09 Noyabr 2025 12:15

Mehriban Əliyeva: Qoy, sonsuz qürur mənbəyimiz olan üçrəngli bayrağımız Vətənimizin səmasında əbədi dalğalansın 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqramdakı hesabında 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib.CityPost.az  paylaşımı təqdim edir:"9 Noyabr Dövlət Bayrağı Günü.Qoy, sonsuz qürur mənbəyimiz olan üçrəngli bayrağımız sülhün, sabitliyin, təhlükəsizliyin, tolerantlığın hökm sürdüyü doğma Vətənimizin səmasında əbədi dalğalansın!".

09 Noyabr 2025 09:57

İlham Əliyev Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib 

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib.CityPost.az  paylaşımı təqdim edir:9 Noyabr - Dövlət Bayrağı Günü pic.twitter.com/IozZ2BqBjs— İlham Əliyev (@azpresident) November 9, 2025

09 Noyabr 2025 09:54

Azərbaycanda Dövlət Bayrağı Günüdür 

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.CityPost.az-ın  məlumatına görə, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib.1990-cı il noyabrın 17-də Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilib.Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunmasına qərar verilib.1991-ci il fevralın 5-də isə Azərbaycan Ali...

09 Noyabr 2025 00:06

Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq 

Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar paytaxtda keçirilən kütləvi-mədəni bayram tədbirləri və şəhər gəzintisi nəzərə alınaraq, Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq.Bu barədə  CityPost.az-a qurumdan bildirilib.Bakı metropoliteninin bütün stansiyaları gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

08 Noyabr 2025 18:27

DTX Zəfər Günü münasibətilə paylaşım edib 

Dövlət Təhlükəsizliyi Xidməti 8 Noyabr – Zəfər Günü münasibətilə paylaşım edib.CityPost.az  paylaşımı təqdim edir:

08 Noyabr 2025 18:12

Prezident İlham Əliyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir 

Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Bu gün “Böyük Qayıdış” Proqramı icra edilir.CityPost.az  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.“Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır”, - deyən dövlətimizin başçısı bütün bu tarixi nailiyyətlər münasibətilə xalqımızı bir daha təbrik edib.

08 Noyabr 2025 14:06

Sabah Azərbaycanda hava necə olacaq?  

Noyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a  verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 9-13, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 75-85 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı və arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 8-13, gündüz...

08 Noyabr 2025 12:43

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO 

Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.CityPost.az  xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad etdilər.Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində Qələbəmizə həsr olunmuş Hərbi parada hazırlaşan paytaxt Bakının mənzərəsini seyr etdilər....

08 Noyabr 2025 12:17

Prezident və birinci xanım Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.CityPost.az  xəbər verir ki, Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyaraq xatirəsini ehtiramla andı.Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini yad etdi.Dövlətimizin başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular.Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olundu....

08 Noyabr 2025 12:09

Türkiyədə fabrikdə baş verən yanğında 6 nəfər ölüb 

Türkiyədə fabrikdə baş verən yanğın nəticəsində 6 nəfər həlak olub.Hadisə Kocaelinin Dilovası rayonunda ətir fabrikində baş verib.Yanğın nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanıb. Həlak olanların fabrikin işçiləri olduğu bildirilir.Əraziyə yanğınsöndürən qruplar cəlb olunub.

08 Noyabr 2025 11:52

Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.Citypost.az  xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.Bildirilib ki, Türkiyə lideri 8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda keçiriləcək mərasimdə iştirak edəcək.Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev və mərasimə qatılacaq Pakistanın Baş naziri Şahbaz Şəriflə ikitərəfli görüş keçirəcəyi nəzərdə tutulur.Görüşlərdə regional və qlobal məsələlərin müzakirəsi planlaşdırılır.

08 Noyabr 2025 09:23

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Zəfər Günü ilə bağlı paylaşım edib.CityPost.az  xəbər verir ki, paylaşımda deyilir:"Əziz həmvətənlər! Vətən müharibəsində əldə edilən şanlı Zəfərin beşinci ildönümü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm! Bugünkü bayramı qəhrəman xalq kimi başımız uca qeyd etdiyimizə görə bizim Prezidentimizə, cəsarətli əsgər və zabitlərimizə təşəkkür edirəm! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!" Посмотреть эту публикацию в Instagram Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan) ...

08 Noyabr 2025 00:27

Bu gün Azərbaycanda Zəfər Günüdür 

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin beşinci ildönümü - Zəfər Günü qeyd olunur.CityPost.az  xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.44 gün davam edən döyüşlər zamanı rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4...

08 Noyabr 2025 00:25

Şuşanın azad olunmasından beş il ötür 

Bu gün Şuşanın işğaldan azad olunmasından beş il ötür.CityPost.az  xatırladır ki, şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub.Beləliklə, erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb.Belə ki, noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat...

08 Noyabr 2025 00:23

Bağçada bit olması xəbərinə RƏSMİ REAKSİYA

Bu gün  Suraxanı rayonunda fəaliyyət göstərən 310 nömrəli uşaq bağçasında uşaqların başına bit düşməsi barədə xəbər vermişdik.Bu barədə  Aygün Aslanzadə məlumat verib.Onun sözlərinə görə,qızı M.A. sözügedən bağçada  təhsil alıb. Bu,faktla qarşılaşdıqdan sonra övladını  oradan uzaqlaşdırmaq qərarına gəlib.Qeyd olunan xəbərlə bağlı CityPost.az   Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.Sorğumuza cavab olaraq  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən  bildirib ki,  310 nömrəli uşaq bağçasında bu gün yalnız bir uşağın saçının gigiyenik durumu qeyri-qənaətbəxş olduğu üçün həmin uşağın bağçaya gəlməsinə müvəqqəti məhdudiyyət qoyulub. "Ümumiyyətlə bağçada sanitar-gigiyenik normaların qorunması diqqət mərkəzində saxlanılır, mütəmadi qabaqlayıcı tədbirlər görülür. Bağçada hər gün müvafiq dezinfeksiya...

07 Noyabr 2025 17:43

Azərbaycanın ilk hərbi təyyarəçisi baş leytenant Vaqif Qurbanova Milli Qəhrəman adı verilib 

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi baş leytenant Qurbanov Vaqif Bəxtiyar oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilib.CityPost.az   xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Qeyd edək ki, baş leytenant Vaqif Qurbanov Birinci Qarabağ müharibəsi zamanı 1992-ci ildə şəhid olub.

07 Noyabr 2025 16:39

Kənan Seyidova general-leytenant ali hərbi rütbəsi verilib 

General-mayor Kənan Əlihüseyn oğlu Seyidova “general-leytenant” ali hərbi rütbəsi verilib.CityPost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, general-mayor Ağamir Əzizxan oğlu Sultanova da “general-leytenant” ali hərbi rütbəsi verilib.

07 Noyabr 2025 16:32

Prezident hərbçiləri təltif etdi - Sərəncam 

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilib.CityPost.az   xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilib.“Azərbaycanın Milli Qəhrəmanı” adı ilə:Teymurov Pəncəli Nurməmməd oğlu – gizir (ölümündən sonra) təltif edilib.“Azərbaycan Bayrağı” ordeni iləƏləsgərov Əlvan Əsədulla oğlu – 3-cü dərəcəli kapitan təltif edilib.2-ci dərəcəli “Rəşadət” ordeni iləAbbasəliyev Yasin Yusif oğlu – polkovnik təltif edilib.3-cü dərəcəli “Rəşadət” ordeni iləİslamzadə Namiq Sərəfruz oğlu – general-leytenant;Nuriyev Ramin Sabir oğlu – polkovnik;Əmirov Zakir Oruc...

07 Noyabr 2025 16:19

Saxta rəy üçün 25 min rüşvət istəyibmiş 

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad Ekspertizalar şöbəsinin sabiq aparıcı eksperti Rüfət Sultanovun Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.Cityost.az  Baş Prokurorluğa istinadən xəbər verir ki, ibtidai istintaqla Rüfət Sultanovun həmin vəzifədə işlədiyi dövrdə Cavad Nərimanov və Elvin Ramazanovla cinayət əlaqəsinə girməsi müəyyənləşib.Onların daxili işlər orqanlarında istintaqı aparılan cinayət işi üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası qərarının vətəndaş Akif Məlikovun lehinə icra edilərək müvafiq rəyin verilməsi müqabilində ondan 25 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək 20 min manat məbləğində olan hissəsini almalarına, bundan başqa, Elvin Ramazanov və Cavad Nərimanovun əlavə olaraq Akif Məlikovun...

07 Noyabr 2025 15:59

Uşaqların başına bit düşüb - ŞİKAYƏT

Suraxanı rayonunda fəaliyyət göstərən 310 nömrəli uşaq bağçasında uşaqların başına bit düşməsi barədə xəbər yayılıb.Bu barədə CityPost.az-a müraciət edən Aygün Aslanzadə məlumat verib.Onun sözlərinə görə,qızı M.A. sözügedən bağçada  təhsil alıb. Bu,faktla qarşılaşdıqdan sonra övladını  oradan uzaqlaşdırmaq qərarına gəlib.“ Uşağın başına bağçada bit düşdü.Bu,səbəbdən də oradan qızımı çıxartdım”,deyə valideyn  sayta açıqlamasında bildirib.Qeyd edək ki, sözügedən bağça barədə sosial şəbəkələrdə daha bir mənfi məlumat yayılmışdı.2024-cü ilin  iyul ayında T.Sadıqovanın uşaqları döyməsi, bağçanın direktoru olmuş H.Hüseynovanın isə maddi maraq müqabilində normadan əlavə uşaq qəbulu və aylıq ödəniş tələb etməsi ilə bağlı şikayətlər yayılmışdı.Faktl bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə...

07 Noyabr 2025 14:20

Gələn ildən tətbiq ediləcək vergi güzəştlərinə aydınlıq gətirilib 

Əmək haqlarına tətbiq edilən vergi güzəştlərinin ləğv edilməsindən söhbət getmir. Dünyanın hər bir yerində vergi güzəştləri müəyyən olunanda müddətli olur.CityPost.az  xəbər verir ki, bunu Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib."Vergi güzəştinin bu növü üzrə də 7 il müəyyən edilmişdi. Bu müddət başa çatdı. Həmin məsələyə vergi güzəştinin yeni növü gətirilir. 2500 manata qədər əməkhaqqı alan adamlara 14% olmalı idi, amma gələn ildən bu, 3% olacaq. Azərbaycanda 2500 manat əmək haqqı alanların kifayət qədər çoxdur. 3% o qədər də böyük məbləğ...

07 Noyabr 2025 14:05

“Instagram” və “TikTok”da qumarı reklam edən 17 tiktoker, o cümlədən məşhur reper saxlanılıb- VİDEO 

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Haqsız Rəqabət və Reklam Qanunvericiliyinə Nəzarət Şöbəsinin əməkdaşları ilə birgə ölkə ərazisində qadağan olunan onlayn qumar oyunlarının “Instagram”, “TikTok” və digər sosial şəbəkə platformalarında yüksək izləyici sayına malik hesablarda reklam olunmasına qarşı əməliyyat-texniki tədbirlər keçirib.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən CityPost.az-a  verilən məlumata görə, araşdırmalar zamanı influenserlər, yəni sosial mediada aktiv olan bir sıra şəxslər tərəfindən qanunsuz qumar və mərc oyunlarının reklamının həyata keçirildiyi, həmin hesabların təbliğinə yönələn kontentlərin yayımlandığı aşkarlanıb. Bununla əlaqədar qanunsuz qumar və mərc oyunlarını öz səhifələrində reklam edən 17 nəfər kiberpolis tərəfindən müəyyən...

07 Noyabr 2025 13:29

TƏBİB 20 ilin tibb işçisini get-gələ salıb - ŞİKAYƏT 

CityPost.az-a Bakı şəhər sakini Taciroğlu Rövşanə Gülbala qızı tərəfindən müraciət daxil olub.Müraciətdə deyilir:“2005-ci ildə Bakı 2 saylı  Baza Tibb Məktəbini laborant diqnostika ixtisası üzrə bitirmişəm.2005-ci ildən  Bakı şəhəri, Yasamal  rayonu ərazisində yerləşən  19 nömrəli Şəhər Poliklinikasında tibb qeydiyyatçısı vəzifəsində çalışıram.01 fevral  2023-cü il tarixdə orta tibb işçilərinin sertifikasiyasından keçmişəm.Azərbaycan Respublikası ərazisində laborant ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün AT №-079609  nömrə-nişanlı sertifikasiya şəhadətnaməsi almışam.Bakı 2 saylı Baza Tibb Məktəbində feldşer-laborant ixtisası almağımı və orta tibb işçilərinin sertifikasiyasından keçdiyim üçün laborant ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaqdan ötrü mənə icazə verilməsini nəzərə almaqla köçürmə yolu ilə ixtisasım  üzrə işlə təmin...

07 Noyabr 2025 13:10

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq 

Fövqəladə Hallar Nazirliyi (FHN) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.Bu barədə CityPost.az-a FHN-dən məlumat verilib.Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, bayramlarla əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib....

07 Noyabr 2025 10:37

BDYPİ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq 

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq 8–11 noyabr tarixlərini əhatə edən ardıcıl istirahət günlərində ölkə üzrə nəqliyyat axınının intensivləşəcəyi, paytaxtdan bölgələrə, eləcə də əks istiqamətdə hərəkətin artacağı gözlənilir.Bu barədə  CityPost-a  DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək bildirir ki, qarşıdakı dörd günlük qeyri-iş günlərində yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının diqqətindən və məsuliyyətindən asılıdır.Sürücülərdən xahiş olunur ki, yola çıxmazdan əvvəl idarə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətini diqqətlə yoxlasınlar — xüsusilə tormoz sistemi, şinlərin aşınma dərəcəsi, işıq cihazları və şüşəsilənlərin işləkliyinə nəzarət etsinlər.Xalqımızın birlik və...

07 Noyabr 2025 10:28

Vahid Əliyev vəfat etdi 

Əməkdar artist Vahid Əliyev vəfat edib.CityPost.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf məlumat verib.Bildirilib ki, 73 yaşlı aktyor bu gün axşam saatlarında vəfat edib.

06 Noyabr 2025 17:55

Bu ilin 10 ayında 50 aptekdə dərman vasitələrinin reseptsiz satıldığı aşkarlanıb 

Cari ilin 10 ayı ərzində 50 aptekə dərman vasitələrinin reseptsiz satıldığı aşkarlanıb.Bu barədə   Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.Bildirilib ki, bunlardan 8-i Bakıda, 42-i isə digər bölgələrdə fəaliyyət göstərən apteklər olub.Dərman vasitələrinin reseptsiz satışına görə protokollar tərtib edilib.

06 Noyabr 2025 17:16

Problemlərinizi bizə bildirin

077 323 55 66