Uşaqların başına bit düşüb - ŞİKAYƏT
Cəmiyyət 07 Noyabr 2025, 14:20
399
Suraxanı rayonunda fəaliyyət göstərən 310 nömrəli uşaq bağçasında uşaqların başına bit düşməsi barədə xəbər yayılıb.
Bu barədə CityPost.az-a müraciət edən Aygün Aslanzadə məlumat verib.
Onun sözlərinə görə,qızı M.A. sözügedən bağçada təhsil alıb. Bu,faktla qarşılaşdıqdan sonra övladını oradan uzaqlaşdırmaq qərarına gəlib.
“ Uşağın başına bağçada bit düşdü.Bu,səbəbdən də oradan qızımı çıxartdım”,deyə valideyn sayta açıqlamasında bildirib.
Qeyd edək ki, sözügedən bağça barədə sosial şəbəkələrdə daha bir mənfi məlumat yayılmışdı.
Həmçinin oxuyun
2024-cü ilin iyul ayında T.Sadıqovanın uşaqları döyməsi, bağçanın direktoru olmuş H.Hüseynovanın isə maddi maraq müqabilində normadan əlavə uşaq qəbulu və aylıq ödəniş tələb etməsi ilə bağlı şikayətlər yayılmışdı.
Faktl bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanmışdı.
Sayt məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.
Mirzə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanın ilk hərbi təyyarəçisi baş leytenant Vaqif Qurbanova Milli Qəhrəman adı verilib
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi baş leytenant Qurbanov Vaqif Bəxtiyar oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Qeyd edək ki, baş leytenant Vaqif Qurbanov Birinci Qarabağ müharibəsi zamanı 1992-ci ildə şəhid olub.
07 Noyabr 2025, 16:39
Kənan Seyidova general-leytenant ali hərbi rütbəsi verilib
General-mayor Kənan Əlihüseyn oğlu Seyidova “general-leytenant” ali hərbi rütbəsi verilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, general-mayor Ağamir Əzizxan oğlu Sultanova da “general-leytenant” ali hərbi rütbəsi verilib.
07 Noyabr 2025, 16:32
Prezident hərbçiləri təltif etdi - Sərəncam
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilib.CityPost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilib.“Azərbaycanın Milli Qəhrəmanı” adı ilə:Teymurov Pəncəli Nurməmməd oğlu – gizir (ölümündən sonra) təltif edilib.“Azərbaycan Bayrağı” ordeni iləƏləsgərov Əlvan Əsədulla oğlu – 3-cü dərəcəli kapitan təltif edilib.2-ci dərəcəli “Rəşadət” ordeni iləAbbasəliyev Yasin Yusif oğlu – polkovnik təltif edilib.3-cü dərəcəli “Rəşadət” ordeni iləİslamzadə Namiq Sərəfruz oğlu – general-leytenant;Nuriyev Ramin Sabir oğlu – polkovnik;Əmirov Zakir Oruc...
07 Noyabr 2025, 16:19
Gələn ildən tətbiq ediləcək vergi güzəştlərinə aydınlıq gətirilib
Əmək haqlarına tətbiq edilən vergi güzəştlərinin ləğv edilməsindən söhbət getmir. Dünyanın hər bir yerində vergi güzəştləri müəyyən olunanda müddətli olur.CityPost.az xəbər verir ki, bunu Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib."Vergi güzəştinin bu növü üzrə də 7 il müəyyən edilmişdi. Bu müddət başa çatdı. Həmin məsələyə vergi güzəştinin yeni növü gətirilir. 2500 manata qədər əməkhaqqı alan adamlara 14% olmalı idi, amma gələn ildən bu, 3% olacaq. Azərbaycanda 2500 manat əmək haqqı alanların kifayət qədər çoxdur. 3% o qədər də böyük məbləğ...
07 Noyabr 2025, 14:05
TƏBİB 20 ilin tibb işçisini get-gələ salıb - ŞİKAYƏT
CityPost.az-a Bakı şəhər sakini Taciroğlu Rövşanə Gülbala qızı tərəfindən müraciət daxil olub.Müraciətdə deyilir:“2005-ci ildə Bakı 2 saylı Baza Tibb Məktəbini laborant diqnostika ixtisası üzrə bitirmişəm.2005-ci ildən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 19 nömrəli Şəhər Poliklinikasında tibb qeydiyyatçısı vəzifəsində çalışıram.01 fevral 2023-cü il tarixdə orta tibb işçilərinin sertifikasiyasından keçmişəm.Azərbaycan Respublikası ərazisində laborant ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün AT №-079609 nömrə-nişanlı sertifikasiya şəhadətnaməsi almışam.Bakı 2 saylı Baza Tibb Məktəbində feldşer-laborant ixtisası almağımı və orta tibb işçilərinin sertifikasiyasından keçdiyim üçün laborant ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaqdan ötrü mənə icazə verilməsini nəzərə almaqla köçürmə yolu ilə ixtisasım üzrə işlə təmin...
07 Noyabr 2025, 13:10
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
Fövqəladə Hallar Nazirliyi (FHN) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.Bu barədə CityPost.az-a FHN-dən məlumat verilib.Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, bayramlarla əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib....
07 Noyabr 2025, 10:37