Vətəndaşın pensiyasını kəsdilər,sağlamlıq arayışı da verilmir - ŞİKAYƏT
Cəmiyyət 10 Noyabr 2025, 10:26
212
Hərbidə sağlamlığını itirsə də,pensiyasını ala bilmir.
Bu barədə CityPost.az-a müraciət edən Şirxan Vaqif oğlu Mahmudov bildirib.
Qazax rayonu,Dəmirçilər kənd sakini olan şikayətçi bildirib ki,hərbi xidmət zamanı onda əlillik yaranıb.Bu səbəbdən də ona 5 illik əlillik pensiyası təyin olunub.5 il aldıqdan sonra pensiyası heç bir əsas göstərilmədən kəsilib.
“2012-ci ilin iyul ayında hərbi xidmətə getdim.2014-cü ilin Yanvar ayında xidməti başa vurub,könüllü olaraq hərbidə qaldım.Həmin ilin may ayının 31-də xidmətdə olduğum müddətdə səhhətimdə qəfil problem yarandı.Müayinələr zamanı mənə onikibarmaq bağırsağın perforativ xorası diqnozu qoyuldu və əməliyyat olundum.Hərbi Həkim Komissiyasının rəyi əsasında mənə 5 il müddətinə pensiya təyin edildi.2020-ci ildən etibarən pensiyam kəsildi.Mənə həkimlər bildirdilər ki,sən sağalmısan,daha pensiya ala bilməzsən.Mən bu cavabla razılaçmasam da,komissiyada şikayətimə baxan olmadı. Bu gün həmin diqnozu mənə qoyan həkimlərdən sağlamlıq haqqında arayış tələb edirəm.Əgər,sağlamamsa,arayış versinlər və yenidən hərbiyə qayıdım.Bu,arayışı da mənə verən yoxdur.Çünki sağlam deyiləm.Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etsəm də,baxan olmadı.Bəhanə ediridlər ki,müharibədən sonrakı dönəmdir.Qazi,pensiya alan çoxdur.İndi yenidən bununla bağlı müraciət edirəm və haqqımı tələb edirəm”,-deyə şikayətçi bildirib.
CityPost.az vətəndaşın şikayəti ilə bağlı aidiyyatı qurumlara sorğu ünvanlayıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Siyasi dələduz Cəmil Həsənli - Deputat Fazil Mustafanın HADİSƏ KİMİ YAZISI
Cəmil Həsənlini son kitabımda birbaşa siyasi dələduz kimi xarakterizə etmişəm. Bunu öz siyasi mövcudluğu anından Əli Kərimlinin mirzəsi olmaqdan o tərəfə bir boy da böyüməmiş bu adamın yalnız indiki siyasi mövqeyi ilə əlaqələndirmirəm. Yazdığı "Zamanın sınağında" adlı kitabında şəxsimlə bağlı təsbitlərində nə qədər riyakar olduğunu göstərmişəm. Yəni kiminsə hansısa siyasi mövqedə olması onun tarixi faktları təhrif etməsi üçün əsas ola bilməz.Tarix fəlsəfəsi barədə bilgisi olmayan insanlar üçün "tarixçi" sayılan bu şəxsin yazdığı kitablarda da bu tendensiyanı anlamaq elə də çətin deyil. Milli azadlıq hərəkatı ilə bağlı yaxın tariximizin təhrifi Cəmil Həsənli kimi bir çox qeyri-ciddi tədqiqatçılar tərəfindən yazılan kitablarda müşahidə...
10 Noyabr 2025, 12:19
Hava necə olacaq?
Noyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Qərb küləyi əsəcək.Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-4° isti, gündüz 10-15° isti olacaq....
10 Noyabr 2025, 12:07
Yol polisi bayram günləri ilə əlaqədar sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar bütün yol hərəkəti iştirakçılarına müraciət edib.CİTYpOST.AZ xəbər verir ki, müraciətdə deyilir:"Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə qeyd olunan ardıcıl istirahət günlərində ölkənin müxtəlif istiqamətlərində nəqliyyat axını və hərəkət intensivliyi artıb.Bu səbəbdən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirilən tədbirləri davam etdirir.Baş Dövlət Yol Polisi sürücüləri və piyadaları diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.Sürücülərə uzun səfərlərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlamaları, yorğun və yuxusuz halda sükan arxasına əyləşməmələri tövsiyə olunur.Bayram günlərində sərnişindaşıma ilə məşğul olan sürücülərdən isə...
10 Noyabr 2025, 11:21
"Mənim üçün o rənglər şəhidlərimizin qanını xatırladır" - "Ey Sevgili Bayrağım!" şeirinin müəllifi ilə MÜSAHİBƏ
Bu gün Azərbaycan xalqının milli simvolu – üçrəngli bayrağımızın şərəf və qürur günü qeyd olunur. Bayraq təkcə simvol deyil, o, tariximizin, mübarizəmizin və şəhidlərimizin qanı ilə yoğrulmuş mənəvi bir dəyərdir. Hər bir rəngi xalqımızın azadlıq və vətənpərvərlik ruhunu, hər dalğalanışı isə birlik və sadiqliyi simvolizə edir.Bayraq Günü, yalnız dövlət rəmzimizə hörmətin ifadəsi deyil, həm də millətimizin birliyinə, iradəsinə və gələcəyə olan ümidinə həsr olunmuş əziz gündür. Hər bir şair, qələm sahibi üçün vətənini, torpağını, elini, bayrağını vəsf etməkdən, onlara şeir həsr etməkdən daha böyük qürur ola bilməz. CityPost.az xəbər verir ki,bir çox məşhur sənətçilərin,qiraətçilərin,şairlərin səsləndirdiyi "Ey Sevgili Bayrağım!" şeirinin müəllifi şair Şəmsi...
09 Noyabr 2025, 14:16
Hava ilə bağlı AÇIQLAMA
Azərbaycan ərazisində noyabrın 10-na gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq, şimal-qərb küləyi səhər cənub-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək.Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-4° isti, gündüz 10-15°...
09 Noyabr 2025, 12:15
Mehriban Əliyeva: Qoy, sonsuz qürur mənbəyimiz olan üçrəngli bayrağımız Vətənimizin səmasında əbədi dalğalansın
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqramdakı hesabında 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib.CityPost.az paylaşımı təqdim edir:"9 Noyabr Dövlət Bayrağı Günü.Qoy, sonsuz qürur mənbəyimiz olan üçrəngli bayrağımız sülhün, sabitliyin, təhlükəsizliyin, tolerantlığın hökm sürdüyü doğma Vətənimizin səmasında əbədi dalğalansın!".
09 Noyabr 2025, 09:57