Bizə yazın

Baku

-°C

USD

-

Şuşanın azad olunmasından beş il ötür 

Cəmiyyət 08 Noyabr 2025, 00:23

207

Bu gün Şuşanın işğaldan azad olunmasından beş il ötür.

CityPost.az  xatırladır ki, şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub.

Beləliklə, erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.

Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb.

Belə ki, noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən "İsgəndər" ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub.

2021-ci ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-də Şuşa Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

Xatırladaq ki, Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğaldan sonra şəhərin 22 min əhalisi məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində yerləşib. Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb. Bundan başqa, 55 nəfər əsir düşüb və girov götürülüb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Zəfər Günü ilə bağlı paylaşım edib.CityPost.az  xəbər verir ki, paylaşımda deyilir:"Əziz həmvətənlər! Vətən müharibəsində əldə edilən şanlı Zəfərin beşinci ildönümü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm! Bugünkü bayramı qəhrəman xalq kimi başımız uca qeyd etdiyimizə görə bizim Prezidentimizə, cəsarətli əsgər və zabitlərimizə təşəkkür edirəm! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!" Посмотреть эту публикацию в Instagram Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan) ...

08 Noyabr 2025, 00:27

Bu gün Azərbaycanda Zəfər Günüdür 

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin beşinci ildönümü - Zəfər Günü qeyd olunur.CityPost.az  xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.44 gün davam edən döyüşlər zamanı rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4...

08 Noyabr 2025, 00:25

Bağçada bit olması xəbərinə RƏSMİ REAKSİYA

Bu gün  Suraxanı rayonunda fəaliyyət göstərən 310 nömrəli uşaq bağçasında uşaqların başına bit düşməsi barədə xəbər vermişdik.Bu barədə  Aygün Aslanzadə məlumat verib.Onun sözlərinə görə,qızı M.A. sözügedən bağçada  təhsil alıb. Bu,faktla qarşılaşdıqdan sonra övladını  oradan uzaqlaşdırmaq qərarına gəlib.Qeyd olunan xəbərlə bağlı CityPost.az   Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.Sorğumuza cavab olaraq  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən  bildirib ki,  310 nömrəli uşaq bağçasında bu gün yalnız bir uşağın saçının gigiyenik durumu qeyri-qənaətbəxş olduğu üçün həmin uşağın bağçaya gəlməsinə müvəqqəti məhdudiyyət qoyulub. "Ümumiyyətlə bağçada sanitar-gigiyenik normaların qorunması diqqət mərkəzində saxlanılır, mütəmadi qabaqlayıcı tədbirlər görülür. Bağçada hər gün müvafiq dezinfeksiya...

07 Noyabr 2025, 17:43

Azərbaycanın ilk hərbi təyyarəçisi baş leytenant Vaqif Qurbanova Milli Qəhrəman adı verilib 

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi baş leytenant Qurbanov Vaqif Bəxtiyar oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilib.CityPost.az   xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Qeyd edək ki, baş leytenant Vaqif Qurbanov Birinci Qarabağ müharibəsi zamanı 1992-ci ildə şəhid olub.

07 Noyabr 2025, 16:39

Kənan Seyidova general-leytenant ali hərbi rütbəsi verilib 

General-mayor Kənan Əlihüseyn oğlu Seyidova “general-leytenant” ali hərbi rütbəsi verilib.CityPost.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, general-mayor Ağamir Əzizxan oğlu Sultanova da “general-leytenant” ali hərbi rütbəsi verilib.

07 Noyabr 2025, 16:32

Prezident hərbçiləri təltif etdi - Sərəncam 

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilib.CityPost.az   xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilib.“Azərbaycanın Milli Qəhrəmanı” adı ilə:Teymurov Pəncəli Nurməmməd oğlu – gizir (ölümündən sonra) təltif edilib.“Azərbaycan Bayrağı” ordeni iləƏləsgərov Əlvan Əsədulla oğlu – 3-cü dərəcəli kapitan təltif edilib.2-ci dərəcəli “Rəşadət” ordeni iləAbbasəliyev Yasin Yusif oğlu – polkovnik təltif edilib.3-cü dərəcəli “Rəşadət” ordeni iləİslamzadə Namiq Sərəfruz oğlu – general-leytenant;Nuriyev Ramin Sabir oğlu – polkovnik;Əmirov Zakir Oruc...

07 Noyabr 2025, 16:19