Saxta rəy üçün 25 min rüşvət istəyibmiş
Hadisə 07 Noyabr 2025, 15:59
5096
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad Ekspertizalar şöbəsinin sabiq aparıcı eksperti Rüfət Sultanovun Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Cityost.az Baş Prokurorluğa istinadən xəbər verir ki, ibtidai istintaqla Rüfət Sultanovun həmin vəzifədə işlədiyi dövrdə Cavad Nərimanov və Elvin Ramazanovla cinayət əlaqəsinə girməsi müəyyənləşib.
Onların daxili işlər orqanlarında istintaqı aparılan cinayət işi üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası qərarının vətəndaş Akif Məlikovun lehinə icra edilərək müvafiq rəyin verilməsi müqabilində ondan 25 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək 20 min manat məbləğində olan hissəsini almalarına, bundan başqa, Elvin Ramazanov və Cavad Nərimanovun əlavə olaraq Akif Məlikovun 40 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin oxuyun
Toplanmış sübutlar əsasında Rüfət Sultanova Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elvin Ramazanov və Cavad Nərimanova həmin Məcəllənin 178.2.1, 178.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almağa kömək etmə) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ötən gün 45 kiloqramdan çox narkotik aşkarlanıb
Azərbaycanda ötən gün polis əməkdaşları tərəfindən 45,3 kiloqram narkotik aşkarlanıb.Bu barədə Citypost.az Daxili İşlər Nazirliyindən məlumat verilib.Bundan başqa, iyulun 24-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 4 ton çəkidə 17782 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
25 İyul 2026, 18:08
Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb
Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb.APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə sakini, 1951-ci il təvəllüdlü İsmayilov Dəmir Əli oğlunun idarə etdiyi Mercedes markalı avtomobil idarəetməni itirib. Yoldan çıxan avtomobil yeraltı keçidin dəmir səddini qıraraq keçidə düşüb.Nəticədə sürücü və avtomobildə olan sərnişin Gəncə sakini, 1970-ci il təvəllüdlü Bayramova Yeganə Şəmil qızı xəsarət alıblar. Onlar Hacıqabul rayon xəstəxanasına və daha sonra Şirvan xəstəxanasına yerləşdiriliblər.Faktla bağlı araşdırma aparılır....
25 İyul 2026, 15:30
Şəmkirdə 12 yaşlı qızın qətlinə görə bacısı tutuldu
Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən şəxs tutulub.Citypost.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən bacısı, 16 yaşlı S. Rəhimova saxlanılıb.Araşdırmalar davam etdirilir.
25 İyul 2026, 13:13
Xəzərdə çətənə yetişdirən şəxs həbs olundu
Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Şüvəlan qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Hatəm Sultanov saxlanılıb.DİN-in Mətbuat Xidmətindən Citypost.az-a verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 232 kiloqram olan 46 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə H.Sultanov barəsində həbs qətimkan tədbiri seçilib.Araşdırmalar davam etdirilir....
25 İyul 2026, 12:06
Şəmkirdə yaralı tapılan qız vəfat edib
Şəmkirdə bıçaq xəsarəti alan yeniyetmə qız xəstəxanada ölüb.Citypost.az xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.İlkin məlumata görə qızın valideynləri onun bu gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.Lakin bundan bir qədər sonra yeniyetmə öz həyətyanı sahələrindən yaralanmış şəkildə tapılıb.Hazırda hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır....
24 İyul 2026, 22:39
Bakıda güclü yanğın - Yol bağlandı
Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda otluq ərazidə yanğın baş verib.Citypost.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.Bildirilib ki, sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisi tərəfindən “Biləcəri" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
24 İyul 2026, 21:14