Bizə yazın

Baku

-°C

USD

-

TƏBİB 20 ilin tibb işçisini get-gələ salıb - ŞİKAYƏT 

Cəmiyyət 07 Noyabr 2025, 13:10

2523

CityPost.az-a Bakı şəhər sakini Taciroğlu Rövşanə Gülbala qızı tərəfindən müraciət daxil olub.

Müraciətdə deyilir:

“2005-ci ildə Bakı 2 saylı  Baza Tibb Məktəbini laborant diqnostika ixtisası üzrə bitirmişəm.2005-ci ildən  Bakı şəhəri, Yasamal  rayonu ərazisində yerləşən  19 nömrəli Şəhər Poliklinikasında tibb qeydiyyatçısı vəzifəsində çalışıram.

01 fevral  2023-cü il tarixdə orta tibb işçilərinin sertifikasiyasından keçmişəm.

Azərbaycan Respublikası ərazisində laborant ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün AT №-079609  nömrə-nişanlı sertifikasiya şəhadətnaməsi almışam.

Bakı 2 saylı Baza Tibb Məktəbində feldşer-laborant ixtisası almağımı və orta tibb işçilərinin sertifikasiyasından keçdiyim üçün laborant ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaqdan ötrü mənə icazə verilməsini nəzərə almaqla köçürmə yolu ilə ixtisasım  üzrə işlə təmin olunmağıma  dair dəfələrlə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-yə  ərizə ilə  müraciət etmişəm.Lakin, ərizələrimə müsbət cavab verilməyib.

Araşdırma zamanı öyrəndik ki,Rövşanə Taciroğlu ixtisası üzrə başqa işə köçürülməklə bağlı çalışdığı 19 nömrəli Şəhər  Poliklinikasının rəhbərliyinə şifahi və TƏBİB-ə dəfələrlə yazılı   müraciət edib.

29 sentyabr 2025-ci il tarixdə TƏBİB-in nəzdində olan “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-dən R.Taciroğluya  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” nin müvafiq alt sistemi vasitəsi ilə elektron qaydada müraciət etməsi tövsiyə olunub.

R.Taciroğluna  Pərvin  Zeynalovanın imzası ilə göndərilmiş məktubun sonunda qeyd edilmiş 012 595 38 81  nömrəli  telefonla  dəfələrlə  zəng  etsək də,əlaqə saxlamaq mümkün olmayıb.

TƏBİB rəhbərliyinin və  Pərvin Zeynalovanın diqqətinə çatdırmaq istəyirik ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin  18 iyul 2024-cü il tarixli  344 nömrəli Qərarı ilə “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə  tibb işçilərinin işə qəbulu Qaydası”  tibb müəssisələrinə yeni qəbul olunmaq istəyən şəxslərə şamil olunur.

Rövşanə Taciroğlu  20 ildən artıqdır ki, 19 nömrəli Şəhər  Poliklinikasında çalışır.Çalışdığı Poliklinikada isə laborant ixtisası üzrə boş yer mövcuddur.Boş olan vakant yeri gizlətmək görəsən, kimin marağındadır?Əlbəttə, bu kimi suallara TƏBİB və 19  nömrəli Şəhər   Poliklinikasının rəhbərliyi cavab verməlidir.

CityPost.az-ın apardığı jurnalist  təhqiqatı nəticəsində bəlli olub ki,19 nömrəli Şəhər Poliklinasının baş həkimi Aytən Qəribovadır. O,mərhum millət vəkili mərhum Fərhad Qəribovun qızıdır.

Mirzə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Uşaqların başına bit düşüb - ŞİKAYƏT

Suraxanı rayonunda fəaliyyət göstərən 310 nömrəli uşaq bağçasında uşaqların başına bit düşməsi barədə xəbər yayılıb.Bu barədə CityPost.az-a müraciət edən Aygün Aslanzadə məlumat verib.Onun sözlərinə görə,qızı M.A. sözügedən bağçada  təhsil alıb. Bu,faktla qarşılaşdıqdan sonra övladını  oradan uzaqlaşdırmaq qərarına gəlib.“ Uşağın başına bağçada bit düşdü.Bu,səbəbdən də oradan qızımı çıxartdım”,deyə valideyn  sayta açıqlamasında bildirib.Qeyd edək ki, sözügedən bağça barədə sosial şəbəkələrdə daha bir mənfi məlumat yayılmışdı.2024-cü ilin  iyul ayında T.Sadıqovanın uşaqları döyməsi, bağçanın direktoru olmuş H.Hüseynovanın isə maddi maraq müqabilində normadan əlavə uşaq qəbulu və aylıq ödəniş tələb etməsi ilə bağlı şikayətlər yayılmışdı.Faktl bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə...

07 Noyabr 2025, 14:20

Gələn ildən tətbiq ediləcək vergi güzəştlərinə aydınlıq gətirilib 

Əmək haqlarına tətbiq edilən vergi güzəştlərinin ləğv edilməsindən söhbət getmir. Dünyanın hər bir yerində vergi güzəştləri müəyyən olunanda müddətli olur.CityPost.az  xəbər verir ki, bunu Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib."Vergi güzəştinin bu növü üzrə də 7 il müəyyən edilmişdi. Bu müddət başa çatdı. Həmin məsələyə vergi güzəştinin yeni növü gətirilir. 2500 manata qədər əməkhaqqı alan adamlara 14% olmalı idi, amma gələn ildən bu, 3% olacaq. Azərbaycanda 2500 manat əmək haqqı alanların kifayət qədər çoxdur. 3% o qədər də böyük məbləğ...

07 Noyabr 2025, 14:05

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq 

Fövqəladə Hallar Nazirliyi (FHN) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.Bu barədə CityPost.az-a FHN-dən məlumat verilib.Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, bayramlarla əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib....

07 Noyabr 2025, 10:37

BDYPİ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq 

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq 8–11 noyabr tarixlərini əhatə edən ardıcıl istirahət günlərində ölkə üzrə nəqliyyat axınının intensivləşəcəyi, paytaxtdan bölgələrə, eləcə də əks istiqamətdə hərəkətin artacağı gözlənilir.Bu barədə  CityPost-a  DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək bildirir ki, qarşıdakı dörd günlük qeyri-iş günlərində yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının diqqətindən və məsuliyyətindən asılıdır.Sürücülərdən xahiş olunur ki, yola çıxmazdan əvvəl idarə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətini diqqətlə yoxlasınlar — xüsusilə tormoz sistemi, şinlərin aşınma dərəcəsi, işıq cihazları və şüşəsilənlərin işləkliyinə nəzarət etsinlər.Xalqımızın birlik və...

07 Noyabr 2025, 10:28

Vahid Əliyev vəfat etdi 

Əməkdar artist Vahid Əliyev vəfat edib.CityPost.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf məlumat verib.Bildirilib ki, 73 yaşlı aktyor bu gün axşam saatlarında vəfat edib.

06 Noyabr 2025, 17:55

Bu ilin 10 ayında 50 aptekdə dərman vasitələrinin reseptsiz satıldığı aşkarlanıb 

Cari ilin 10 ayı ərzində 50 aptekə dərman vasitələrinin reseptsiz satıldığı aşkarlanıb.Bu barədə   Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.Bildirilib ki, bunlardan 8-i Bakıda, 42-i isə digər bölgələrdə fəaliyyət göstərən apteklər olub.Dərman vasitələrinin reseptsiz satışına görə protokollar tərtib edilib.

06 Noyabr 2025, 17:16